Allahverdiyeva Ruhəngiz — Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının əməkdar artisti
| Ruhəngiz Allahverdiyeva | |
|---|---|
| Ümumi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Xızı, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | müğənni |
| Mükafatları | |
Həyatı
Ruhəngiz Allahverdiyeva orta məktəbini bitirdikdən sonra "Təranə gənclik" ansamblında müğənni kimi fəaliyyətə başlamışdır.
1973-cü ildən başlayaraq əvvəl Filarmoniyada, daha sonra isə "Azkonsert" qastrol birliyində "Lalə" qızlar ansamblının solisti olmuş, keçmiş SSRİ məkanının bir çox şəhərlərində, xarici dövlətlərdə, o cümlədən Türkiyədə, Almaniyada, Macarıstanda, Vyetnamda, Əfqanıstanda qastrol səfərində olmuş, Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil etmişdir.
1976-cı ildə Azərbaycanda keçirilən "İstedadlar axtarırıq" festivalının qalibidir.
Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir.15 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 2 oğlu və bir qızı var.
Filmoqrafiya
- Qış nağılı. I film (film, 2002) - Zəroş xala
- Qış nağılı. II film (film, 2003) - Zəroş xala
- Qız qalası (film, 2000)
- Hərənin öz payı+tayı (film, 2006)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ruhəngiz allahverdiyeva sözünün mənası, ruhəngiz allahverdiyeva haqqında məlumat. ruhəngiz allahverdiyeva nədir? ruhəngiz allahverdiyeva nə deməkdir?