Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Roza İsaq qızı Otunbayeva (qırğ. Роза Исак кызы Отунбаева; 23 avqust 1950, Frunze) — Qırğızıstan Respublikasında baş verən 7 aprel 2010-cu ildə qarşıdurmalardan

Roza Otunbayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Roza Otunbayeva

Roza İsaq qızı Otunbayeva (qırğ. Роза Исак кызы Отунбаева; 23 avqust 1950, Frunze) — Qırğızıstan Respublikasında baş verən 7 aprel 2010-cu ildə qarşıdurmalardan sonra yaradılan müvəqqəti hökumətin rəhbəri idi. Qırğızıstan Respublikasının 3-cü Prezidenti (03 iyul 2010 – 01 dekabr 2011) idi.

Roza Otunbayeva
qırğ. Роза Исаковна Отунбаева
Qırğızıstan Respublikasının 3-cü Prezidenti
03 iyul 2010 – 1 dekabr 2011
ƏvvəlkiQurmanbek Bakıyev
SonrakıAlmazbek Atambayev
Qırğızıstan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən
7 aprel 2010 – 3 iyul 2010
ƏvvəlkiQurmanbek Bakıyev
SonrakıRoza Otunbayeva
Şəxsi məlumatlar
Doğum adı Роза Исаковна Отунбаева
Doğum tarixi 23 avqust 1950(1950-08-23) (75 yaş)
Doğum yeri
  • Frunze, Qırğızıstan SSR, SSRİ
Təhsili
  • Moskva Dövlət Universiteti
Fəaliyyəti siyasətçi, diplomat
Dini aqnostisizm
Təltifləri "Fəxri legion" ordeninin komandor dərəcəsi "Qütb ulduzu" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Roza Otunbayeva 1950-ci ildə Qırğızıstan Respublikasında anadan olub. 1972-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. Fəlsəfə elmləri namizədidir. Qırğızıstan Dövlət Universitetinin (indiki Qırğız Milli Universiteti) kafedra müdiri olub.

1981-ci ildə partiya işinə keçib. Frunze (indiki Bişkek) Şəhər Partiya Komitəsinin ikinci katibi işləyib.

1986–1989-cu illərdə Qırğızıstan Respublikasının Nazirlər Soveti Sədrinin Müavini, Qırğızıstan Respublikasının Xarici İşlər Naziri postunu tutub.

1986–1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin YUNESKO məsələləri üzrə komissiyasına rəhbərlik edib.

1992-ci ildə Qırğızıstan Respublikasının Baş Nazirinin Müavini, Qırğızıstan Respublikası Xarici İşlər Naziri, həmin ildən 1994-cü ilə qədər Qırğızıstanın ABŞ və Kanadada səfiri vəzifələrində çalışıb.

1994–1997-ci illərdə yenidən Qırğızıstan Respublikası Xarici İşlər Naziri olan Otunbayeva 1997–2002-ci illərdə ölkəsini Böyük Britaniya və İrlandiyada səfir kimi təmsil edib.

2002-ci ildən BMT baş katibinin Gürcüstandakı xüsusi nümayəndəsinin müavini postunda çalışıb.

2004-cü ildə ölkəsinə dönərək "Ata-Yurt" müxalif hərəkatının yaradıcılarından olub. Əsgər Akayev prezident postundan devriləndən sonra xarici işlər vəzifəsinə gətirilib. Ancaq 2005-ci il prezident seçkisindən sonra parlament onu nazir postuna təsdiqləməyib.

2007-ci ildən Qırğızıstan parlamentinin deputatı, 2009-cu ildən sosial demokrat fraksiyasının rəhbəridir.

Qırğızıstan Respublikasında baş verən 7 aprel 2010-cu ildə qarşıdurmalardan sonra yaradılan müvəqqəti hökumətin rəhbəri idi.

Qırğız, rus, ingilis, alman, fransız dillərini bilir.

Həyat yoldaşından boşanmış Roza Otunbayeva bir qız, bir oğul anasıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, roza otunbayeva sözünün mənası, roza otunbayeva haqqında məlumat. roza otunbayeva nədir? roza otunbayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İlqar Mirzəyev

  • Mart 01, 2026

    Şinobu Ota

  • Fevral 27, 2026

    Pozitron

  • Fevral 27, 2026

    Aida Abdullayeva

  • Fevral 27, 2026

    AZN

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst