Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rongbuk buzlağı ( çin s. 绒布冰川, ə. 絨布冰川, pinyin:Róngbù Bīngchuān ) cənubi Tibetdə Himalay dağlarında yerləşir. Şərqi Ronqbuk buzlağı və Qərbi Ronqbuk buzlaqı əsa

Ronqbuk Buzlağı

  • Ana Səhifə
  • Vikipediya
  • Ronqbuk Buzlağı

Rongbuk buzlağı ( çin s. 绒布冰川, ə. 絨布冰川, pinyin:Róngbù Bīngchuān ) cənubi Tibetdə Himalay dağlarında yerləşir. Şərqi Ronqbuk buzlağı və Qərbi Ronqbuk buzlaqı əsas Ronqbuk buzlağına axır. Ronqbuk buzlağı şimaldan axır və Everest dağının şimalındakı Ronqbuk Vadisini meydana gətirir. Məşhur Ronqbuk Monastrı Ronqbuk vadisinin şimal ucunda yerləşir. Everest dağı Ronqbuk buzlağının və Şərqi Ronqbuk buzlağının mənbəyidir.

Ronqbuk buzlağı
Yerləşməsi
28°06′07″ şm. e. 86°51′55″ ş. u.HGYO
Ölkə
  •  Çin
Ronqbuk buzlağı xəritədə
Ronqbuk buzlağı
Ronqbuk buzlağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Kəşfi

İngilis alpinist Corc Mallori, 1921-ci ildə ilk İngilis Everest kəşf ekspedisiyası boyunca Everest dağının zirvəsinə mümkün marşrutları axtararkən Ronqbuk Vadisini və onun buzlaqlarını araşdırırdı.

Eyni ekspedisiyada Oliver Veeler əvvəlcə Şərqi Ronqbuk buzlağını tədqiq etdi. Lhakpa La keçidinin altındakı kəşfiyyatı 3 Avqust 1921-ci ildə Şərqi Ronqbuk Vadisinin Everest zirvəsinə gedən yolun açarı olduğu fikrinə gətirib çıxardı. Bir neçə həftə sonra Corc Mallori, Gay Bullok və Oliver Veeler Lhakpa La keçidi ilə dərənin başını araşdırdılar və Everestin Şimal Aşırımına çatan və yamaclarına ayaq basan ilk insanlar oldular.

Everestə yol

Tibetdən normal marşrutla keçməyə çalışan dırmaşma ekspedisiyaları bu buzlaqdan istifadə edərək Şərqi Ronqbuk buzlağının yuxarı ucundakı Everest dağının inkişaf etmiş bazası olan Şimal Baza düşərgəsinə çatırlar. Oradan, dırmaşan ekspedisiyalar Everestə Şimal Aşırımı və şimal-şərq silsiləsi ilə qalxmağa çalışırlar.

Ətraf mühit

Amerikalı alpinist və rejissor Devid Breşers qlobal iqlim dəyişikliyi səbəbiylə Ronqbuk buzlağının 2007-ci ildən bəri sürətlə əridiyini bildirdi. Breşersin "GlacierWorks" layihəsi Asiya Cəmiyyəti və MediaStorm ilə ortaq olaraq fotoşəkilləri internetə təqdim etdi. 80 ildə Ronqbuk Buzlağı hər biri təxminən Azadlıq heykəli ölçüsündə olan 300-də çox şaquli buz bloku itirmişdir.

Həmçinin bax

  • Xumbu Buzlağı
  • Ronqbuk Monastrı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ronqbuk buzlağı sözünün mənası, ronqbuk buzlağı haqqında məlumat. ronqbuk buzlağı nədir? ronqbuk buzlağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Vipsania Aqrippina

  • Fevral 27, 2026

    Ərəb Birliyi

  • Mart 06, 2026

    Qulaqlıq

  • Mart 06, 2026

    Aromunlar

  • Fevral 27, 2026

    Həbs yeri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst