Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sir Ronald Eylmer Fişer (ing. Sir Ronald Aylmer Fisher; 17 fevral 1890[…], İst Finçli, Böyük London – 29 iyul 1962[…], Adelaida) — britaniyalı statistik, geneti

Ronald Fişer

  • Ana Səhifə
  • Vikipediya
  • Ronald Fişer

Sir Ronald Eylmer Fişer (ing. Sir Ronald Aylmer Fisher; 17 fevral 1890[…], İst Finçli, Böyük London – 29 iyul 1962[…], Adelaida) — britaniyalı statistik, genetik və biologiya sahəsində çalışan alim, müasir statistik elmin banilərindən biri hesab olunur. O, həm nəzəri statistikanın, həm də təcrübi tədqiqat metodlarının inkişafına əvəzsiz töhfələr vermişdir.

Ronald Fişer
ing. Sir Ronald Aylmer Fisher
Doğum tarixi 17 fevral 1890(1890-02-17)[…]
Doğum yeri
  • İst Finçli, Barnet borosu, Böyük London, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Vəfat tarixi 29 iyul 1962(1962-07-29)[…] (72 yaşında)
Vəfat yeri
  • Adelaida, Cənubi Avstraliya, Avstraliya
Vəfat səbəbi kolorektal xərçəng, Emboliya
Elm sahələri statistika, Genetika
İş yerləri
  • London Universitet Kolleci (1933–1943),
  • Adelaida Universiteti (1959–1962),
  • Kembric Universiteti (1943–1959)
Təhsili
  • Kembric Universiteti (1909–1912),
  • Harrou Məktəbi[d] (1904–1909),
  • Qonvil və Kayus Kolleci[d]
Elmi rəhbərləri Ceyms Cins
Üzvlüyü
  • London Kral Cəmiyyəti,
  • Leopoldin Alman Milli Elmlər Akademiyası,
  • İsveç Kral Elmlər Akademiyası,
  • Papa Elmlər Akademiyası,
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Amerika Fəlsəfə Cəmiyyəti[d] (1941),
  • ABŞ Milli Elmlər Akademiyası (1948),
  • Kral statistika cəmiyyəti
Mükafatları Cəngavər bakalavrı — 1952
"Kopli" medalı — 1955
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fişer, 1912-ci ildə Kembric Universitetində riyaziyyat təhsilini başa vurduqdan sonra biometrika və genetika sahəsində fəaliyyətə başlamışdır. Onun ilk böyük töhfəsi, eksperimental tədqiqatların planlaşdırılmasında əsas metod kimi tanınan varians analizinin (ANOVA) işlənib hazırlanmasıdır. Həmçinin o, p-dəyəri konsepsiyasını elmi tədqiqatlarda qərarvermə üçün istifadə olunan ehtimallara əsaslanan ölçü kimi təklif etmiş və 0.05 əhəmiyyətlilik səviyyəsini geniş yaymışdır.

Fişer eksperimental dizayn prinsiplərinin banisidir. Onun 1935-ci ildə çap olunan “The Design of Experiments” (Təcrübələrin Tərtibi) əsəri bu sahədə klassik hesab olunur. Həmin əsərində o, təsadüfi seçmənin və nəzarətli eksperimentlərin əhəmiyyətini vurğulamışdır.

Mündəricat

Bioqrafiyası

Sir Ronald Eylmer Fişer 17 fevral 1890-cı ildə Londonun İst Finçli bölgəsində anadan olmuşdur. O, ailədə dörd uşağın ən kiçiyi idi. Anası Meri Enn Hit 1899-cu ildə vəfat etdikdən sonra Ronald və bacı-qardaşları atası Georg Fişer tərəfindən tərbiyə olunmuşdur. Uşaqlıqdan zəif görmə qabiliyyətinə malik olan Fişer, bu fiziki məhdudiyyətə baxmayaraq, riyaziyyat və məntiq sahəsində erkən yaşlardan xüsusi istedad nümayiş etdirmişdir. O, təbiətə və biologiyaya da böyük maraq göstərmiş, kənd həyatına və genetik müşahidələrə maraqla yanaşmışdır.

Fişer öz təhsilinə Londonda yerləşən Harrou məktəbində başlamış, daha sonra təqaüdlə Kembric Universitetinin Qonvill-end-Kiz kollecinə daxil olmuşdur. Burada riyaziyyat üzrə təhsil alaraq 1912-ci ildə universiteti bitirmişdir. Universitetdə təhsil aldığı dövrdə Fişer yalnız riyazi analizlə maraqlanmamış, eyni zamanda fizika və biologiya fənlərini də dərindən öyrənmişdir. Statistikaya olan marağı da bu dövrdə formalaşmışdır. O, statistik nəzəriyyələrin real elmi problemlərə necə tətbiq edilə biləcəyini öyrənmək istəyirdi.

Ailəsi

Ronald Fişer 1917-ci ildə Rut Eylin Giness ilə evlənmişdir. Bu evlilikdən 3 oğlu və 5 qızı dünyaya gəlmişdir. Oğullarından biri – Georq Fişer – II Dünya Müharibəsində həyatını itirmişdir. Fişer ailəsinə bağlı bir şəxs olsa da, çox vaxtını elmi araşdırmalara həsr etmişdir. Geniş ailəsi, xüsusilə kənd həyatına marağı onun genetik tədqiqatlarına təsir etmişdir.

Fəaliyyəti

Ronald Fişerin elmi fəaliyyəti XX əsrin statistikasına və genetikasına böyük təsir göstərmişdir. O, statistik eksperimentlərin elmi tədqiqatlarda necə tətbiq olunmasını sistemləşdirmiş, varians analizi (ANOVA), təsadüfi seçmə və p-dəyəri kimi metodları statistikaya qazandırmışdır. Onun 1925-ci ildə çap etdirdiyi "Statistical Methods for Research Workers" adlı əsəri eksperimental statistikanın təməl kitablarından biri sayılır. 1930-cu ildə çap olunan "The Genetical Theory of Natural Selection" kitabı, Təkamül nəzəriyyəsi ilə Mendel genetikasını birləşdirərək müasir sintetik təkamül nəzəriyyəsinin əsasını qoymuşdur. Fişer təbii seçmə prosesinin genetik əsaslarını izah etmiş, irsiyyət və variasiyanın riyazi əsaslarını inkişaf etdirmişdir.

1933-cü ildə Fişer London Universitet Kollecində Biometrika kafedrasının rəhbəri oldu. 1943-cü ildən 1957-ci ilə qədər isə Kembric Universitetində riyazi genetika professoru vəzifəsində çalışdı. Elmi tədqiqatları onun dövründə kənd təsərrüfatından tutmuş, tibbi statistikaya qədər bir çox sahələrdə tətbiq olundu.

Ronald Fişer yalnız statistik metodların deyil, həm də elmin fəlsəfi və nəzəri əsaslarının inkişafına ciddi töhfələr vermişdir. Onun təklif etdiyi p-dəyəri və əhəmiyyətlilik testləri bu gün də geniş istifadə olunmaqdadır. Lakin XXI əsrdə metaelmi yanaşmalar onun bəzi metodlarının yanlış interpretasiyaya açıq olduğunu da göstərmişdir. Fişerin həyatına və fəaliyyətinə müasir dövrdə tənqidi yanaşmalar da mövcuddur. Onun bəzi əsərlərində irqi üstünlük və evgenika ilə bağlı fikirlər yer alır ki, bu da son illərdə onun irsinin etik tərəfdən yenidən qiymətləndirilməsinə səbəb olmuşdur. Bütün bunlara baxmayaraq, onun elmi metodologiyaya verdiyi töhfələr inkarolunmazdır və müasir eksperimental elmin əsas daşlarından biri kimi qəbul edilir.

Seçilmiş əsərləri

  • Statistical Methods for Research Workers (1925)
  • The Genetical Theory of Natural Selection (1930)
  • The Design of Experiments (1935)
  • Statistical Methods and Scientific Inference (1956)

Həmçinin bax

  • P-dəyəri
  • Varians analizi
  • Təkamül nəzəriyyəsi
  • Metaelm
  • Elmi metodologiya

Ədəbiyyat

  • Aldrich, John. "R.A. Fisher and the making of maximum likelihood 1912–1922". Statistical Science. 12 (3). 1997: 162–176. doi:10.1214/ss/1030037906.
  • Fienberg, S. E.; Hinkley, D. V., redaktorlar R.A. Fisher: An Appreciation. Springer-Verlag. 1980. ISBN 9781461260790.
  • Rao, C. R. "R. A. Fisher: The founder of modern statistics". Statistical Science. 7. 1992: 34–48. doi:10.1214/ss/1177011442.
  • Savage, L. J. "On rereading R. A. Fisher". Annals of Statistics. 4 (3). 1976: 441–500. doi:10.1214/aos/1176343456.
  • Fisher in the 21st Century Arxiv surəti 27 iyun 2025 tarixindən Wayback Machine saytında – conference at Gonville & Caius College, April 2022

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ronald Fişer haqqında məlumat. Ronald Fişer nədir? Ronald Fişer nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 430

  • Mart 01, 2026

    Azad Qaraqoyunlu

  • Fevral 27, 2026

    Kürdmahmudlu

  • Fevral 23, 2026

    Sofiya

  • Fevral 27, 2026

    Marks

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst