Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Robert Piri (6 may 1856[…], Kresson[d], Pensilvaniya – 20 fevral 1920[…], Vaşinqton) — Amerika səyyahı, tədqiqatçısı

Robert Piri

  • Ana Səhifə
  • Vikipediya
  • Robert Piri

Robert Piri (6 may 1856[…], Kresson[d], Pensilvaniya – 20 fevral 1920[…], Vaşinqton) — Amerika səyyahı, tədqiqatçısı

Robert Piri
ing. Robert Edwin Peary
Doğum tarixi 6 may 1856(1856-05-06)[…]
Doğum yeri
  • Kresson[d], Kambriya[d], Pensilvaniya, ABŞ
Vəfat tarixi 20 fevral 1920(1920-02-20)[…] (63 yaşında)
Vəfat yeri
  • Vaşinqton, ABŞ
Dəfn yeri
  • Arlinqton milli qəbiristanlığı
Elm sahəsi Qütb sahələri
Təhsili
  • Boudin kolleci[d]
Mükafatları "Fəxri legion" ordeninin böyük zabit dərəcəsi — 1913
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Şimal qütb tədqiqatçıları içərisində inadkarlığına və cəsurluğuna görə Robert Piriyə bərabər ikinci bir tədqiqatçı tapmaq çox çətindir. Ömrünün 23 ilini şimal qütbünə həsr etmiş Piri hər dəfə məcburi geri qayıtmasına baxmayaraq qütbü fəth etmək inamını itirməmişdir.

О, Qrenlandiyanın şimalından iki dəfə keçməklə onun müstəqil ada olmasını müəyyənləşdirmişdir. 1898-ci ildə şimal qütbünə ilk ekspedisiya Kanada Arktika arxipelaqının Qrant torpağından başlayır. Dörd dəfə qütbü fəth etməyə çalışan Piri ekspedisiyaların birində ayaq barmaqlarının yeddisi donduğundan özü tərəfindən kəsilmişdir. Kəskin iqlim şəraiti qarşıya qoyduğu məqsədin yarımçıq qalmasına səbəb olmuşdur.

1905-ci ildə о, "Ruzvelt" gəmisində yenidən şimal qütbünə yola düşür. Qrant torpağının şimal hissəsindəki Şeridan burnunda qışladıqdan sonra yazda yoluna davam edir. Lakin sınmış buzlar onun irəliləməsinə mane olur. Buna baxmayaraq heç kimin çata bilmədiyi 87006/ şimal enliyinə çatmağa müvəffəq olur. Bundan sonra ekspedisiya heyəti vətənə qayıdır.

1908-ci ildə Piri yenidən "Ruzvelt" gəmisində ekspedisiyaya çıxır. Heyət 21 nəfərdən ibarət olsa da, о, belə qərara alır ki, qütbü ancaq eskimosların köməyinə əsaslanmaqla bir neçə eskimosu ekspedisiyaya cəlb edir. Irəlidə eskimoslar ərzaq məhslları üçün anbarlar düzəltməklə 500 şaxtada irəliləyirdilər. Qütbə yaxınlaşdığını hiss edən Piri sonuncu yürüşə dörd nəfər eskimos və bir nəfər özü ilə ekspedisiyalarda daim iştirak edən zənci Xensonu götürür. Nəhayət 1909-cu il 6 aprel tarixində şimal qütbü fəth edilir. Bu münasibətlə о yazır:

"Nəhayət şimal qutbu fəth edildi. Mənim 20 illik arzum həqiqətə çevrildi."

Şimal qütbü fəth edildikdən sonra Piri orada 30 saat qalmaqla bir daha qütbə çatdığını dəqiqləşdirməklə geri qayıdır.

Robert Piri 1920-ci ildə 64 yaşında vəfat etmişdir.

Adını əbədiləşdirmək üçün Qrenlandiyanın şimalında yarımada, Kanada arxipelaqının şimalında boğaza Pirinin adı verilmişdir. O uşaqlara nağıl da söyləyirdi.

Həmçinin bax

  • Frityof Nansen

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Robert Piri haqqında məlumat. Robert Piri nədir? Robert Piri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qərbi Antarktida

  • Fevral 27, 2026

    Porşe

  • Fevral 27, 2026

    Xuan Musso

  • Fevral 27, 2026

    1887-ci il

  • Fevral 27, 2026

    Vikinq dövrü

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst