Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Robert Şirli (ing. Sir Robert Shirley) — ingilis səyyah və macərapərəst. Şah Abbasın hakimiyyəti dönəmində Səfəvilər ordusunun modernləşdirilməsində mühüm işlər

Robert Şirli

  • Ana Səhifə
  • Vikipediya
  • Robert Şirli

Robert Şirli (ing. Sir Robert Shirley) — ingilis səyyah və macərapərəst. Şah Abbasın hakimiyyəti dönəmində Səfəvilər ordusunun modernləşdirilməsində mühüm işlər görmüşdür. Şah Abbasın tələbi üzərinə İrana gələn Şirlinin qarşısında ordunun və donanmanın yenilənməsi vəzifəsi qoyulur. Görülən işlər nəticəsində Səfəvilərin əsas rəqibləri olan Osmanlı imperiyasının ordusu ilə rəqabət apara biləcək ordu yaradılmışdır.

Robert Şirli
Robert Shirley
Robert Şirli Romada (1622)
Robert Şirli Romada (1622)
Səfəvilərin İngiltərəyə I səfiri
1608 – 1627
MonarxI Abbas
ƏvvəlkiNağdəli bəy
Şəxsi məlumatlar
Doğum tarixi 1581
Doğum yeri Viston, Qərbi Sasseks, İngiltərə
Vəfat tarixi 13 iyul 1628 (46–47 yaşında)
Vəfat yeri
  • Qəzvin, Qəzvin şəhristanı, Qəzvin ostanı, İran
Fəaliyyəti diplomat, səyyah
Atası Tomas Şirli
Anası Enn Kemp
Həyat yoldaşı Tereza Sampsonia
Elmi fəaliyyəti
Elm sahəsi səyahət, diplomatiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Robert Şirli və çərgəz arvadı Tereza Sapsonia ənənəvi Səfəvi geyimində. Şirli İrandan Avropaya qayıdandan sonra ənənəvi şərq geyimlərini qərbdə məşhurlaşdırmış və eyni zamanda hər iki mədəniyyətin sintezini yaratmağa cəht etmişdir. Şərq mədəniyyətində görünməyən cib saatı və əl tapançası bu sintezə misal göstərilə bilər.

Mündəricat

Ailəsi

Robert Şirli 1581-ci ildə Şimali Sasseks bölgəsinin Viston kəndində yaşayan Tomas Şirlinin (ata) ailəsində anadan olmuşdur. Özündən böyük olan qardaşları Tomas Şirli və Entoni Şirlidən əlavə altı bacısı vardı.

Fəaliyyəti

İrana gəlişi

Səyyah 1598-ci ildə Səfəvilər imperiyası ordusunun daha da modernləşdirilməsi və mövcud düşmənlərlə effektiv mübarizə aparılması üçün imperiyaya dəvət edildi. Robert Şirli Səfəvilər imperiyasına böyük qardaşı Entoni Şirli ilə birlikdə getmişdi və Entoni imperiyanı tərk edən zaman, Robert 14 nəfər ingilis zabiti ilə birlikdə burada qaldı. 1607-ci ilin fevral ayında Robert Şirli yerli xristian-çərkəz zadəganlarından birinin qızı olan Tereza Sapsonia ilə evlənir. Karmelitlər ordeni tərəfindən vəftiz edildikdən sonra Sapsonia Tereza adını götürmüşdür. Tereza Sapsonia qərb mənbələrində daha çox Xanım Tereza Sapsonia Şirli kimi xatırlanır.

Avropada

1608-cı ildə Robert Şirli Şah Abbas tərəfindən Osmanlı imperiyasına qarşı müttəfiqlik yaratmaqdan ötrü Avropaya göndərilir. Əsas məqsəd Şotlandiya kralı I Ceymsi və digər nüfuzlu hökümdarları Osmanlı imperiyasına qarşı yaradılması planan ittifaqa cəlb etmək idi. Xarici müttəfiqləri əməkdaşlığa cəlb etməzdən əvvəl Şirli qardaşlarının qarşısına qoyulan əsas missiyalardan biri Səfəvilər imperiyasının ordu və donanma cəhətdən avropa orduları səviyyəsinə qaldırmaqdan ibarət olmuşdur. Robert Şirlinin islahatlarından sonra Səfəvi ordusu xeyli modernləşdirildi və 1603-cü ildə Səfəvi-Osmanlı müharibəsində Səfəvilər qalib gəldilər.

Şirli növbəti səfərini Reç Pospolitaya gercəkləşdirmişdir. Reç Pospolitada kral III Sigizmund tərəfindən yüksək ehtiramla qəbul edilmişdir. Həmin il Almaniyaya gedərək Kort Palatin ünvanını almışdır. Səyyah Avropada bir çox mühüm titul və rütbələrə də layiq görülmüşdür. Müqəddəs Roma imperiyasının İmperatoru II Rudolf tərəfindən ona verilmiş cəngavər titulu və Roma Papası V Paul tərəfindən verilmiş qraf ünvanını buna misal göstərmək olar.

Avropa səyahətinin davamı kimi Florensiya şəhərinə gəlmiş və buradan Romaya yollanmışdır. 1609-cu ilin 27 sentyabr tarixində, bazar günü 18 nəfərlik heyətlə birlikdə şəhərə daxil olmuşdur. Səyyahın növbəti dayanacağı Milan və Genuya şəhərləri olmuşdur. İtalyan şəhərlərinin ardından 1609-cu ilin dekabr ayında Barselona şəhərinə gəldiyi məlumdur. 1611-ci ilin yayına qədər İspaniyada, daha dəqiq Madrid şəhərində qalmışdır.

Şirli 1613-cü ildə İrana qayıtmış, cəmi iki il sonra yenidən Avropaya geri dönmüşdür.

İrana son səfəri və ölümü

Səyyahın İrana üçüncü səfəri Böyük Britaniyanın Səfəvilərə təyin etmiş olduğu ilk səfir Dodmor Koton ilə birlikdə 1627-ci ildə baş tutmuşdur. Üçüncü səfərindən qısa müddət sonra 1628-ci ilin 13 iyul tarixində Qəzvin şəhəri yaxınlığında vəfat etmişdir. Robert Şirlinin cəsədi ilk öncə Qəzvin yaxınlığında dəfn edilsədə 1658-ci ildə arvadı Tereza Sapsonianın səyi nəticəsində Roma şəhərinə göndərilmiş və buradakı Santa Maria della Skala kilsəsində dəfn edilmişdir. Tereza Sapsonianın özü 1668-ci ildə vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Robert Şirli haqqında məlumat. Robert Şirli nədir? Robert Şirli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kirpikli qurdlar

  • Mart 01, 2026

    Elnur Sultanov

  • Fevral 27, 2026

    Porfiri Baxmetyev

  • Fevral 27, 2026

    Thimphu

  • Fevral 27, 2026

    Artsak

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst