Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rizvan İsrafil oğlu Cəbiyev (5 dekabr 1940, Axtaçı, Kürdəmir rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırı

Rizvan Cəbiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Rizvan Cəbiyev

Rizvan İsrafil oğlu Cəbiyev (5 dekabr 1940, Axtaçı, Kürdəmir rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005).

Rizvan Cəbiyev
Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı
26 noyabr 1995 – 30 noyabr 2005
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1940(1940-12-05) (85 yaş)
Doğum yeri
  • Axtaçı, Kürdəmir rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti siyasətçi
Uşağı 3 (Anar Nağılbaz daxil olmaqla)

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20052005
"Tərəqqi" medalı — 20172017

Həyatı

Rizvan Cəbiyev 1940-cı il dekabrın 5-də Kürdəmir rayonunun Axtaçı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Rus dilini bilir.

Rizvan Cəbiyev ailəlidir, üç övladı var. Mərhum reper Anar Nağılbazın atasıdır.

Fəaliyyəti

1995-ci il noyabrın 26-da baş tutan parlament seçkilərində 72 nömrəli Kürdəmir dairəsindən bitərəf namizəd olan Rizvan Cəbiyev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Rizvan Cəbiyev Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 72 saylı Kürdəmir dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rizvan Cəbiyev II çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Rizvan Cəbiyev Milli Məclisin Müdafiə məsələləri Daimi Komissiyasının, Azərbaycan–Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.

Rizvan Cəbiyev Azərbaycan Respublikası Prezidenti 21 iyul 2005-ci il tarixli 925 nömrəli Sərəcamı ilə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülüb, 18 noyabr 2017-ci il tarixli 3397 nömrəli Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rizvan cəbiyev sözünün mənası, rizvan cəbiyev haqqında məlumat. rizvan cəbiyev nədir? rizvan cəbiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tomris

  • Fevral 27, 2026

    Məhəmmədəli Rəcai

  • Fevral 28, 2026

    Suxoy Su-7

  • Fevral 25, 2026

    Elpistostegalia

  • Fevral 27, 2026

    Seyid Rəzi

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst