Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Riyaz əs-siyahət" (fars. ریاض السیاحه‎; azərb. Səyahət bağçaları‎) — Hacı Zeynalabdin Şirvaninin əsəri. Hacı Zeynalabdin Şirvaninin Riyaz əs-siyahət, "Bustan ə

Riyaz əs-siyahət

  • Ana Səhifə
  • Vikipediya
  • Riyaz əs-siyahət

"Riyaz əs-siyahət" (fars. ریاض السیاحه‎; azərb. Səyahət bağçaları‎) — Hacı Zeynalabdin Şirvaninin əsəri. Hacı Zeynalabdin Şirvaninin Riyaz əs-siyahət, "Bustan əs-siyahət" və "Hədayiq əs-siyahət" adlı əsərləri ona dünya şöhrəti gətirmişdir. Riyaz əs-siyahət əsəri 2 hissədən ibarətdir. "Riyaz əs-siyahət"in önəmli hissəsi hicri-tarixi ilə 1237-ci ildə (1821–1822) Qomşedə qələmə alınmışdır. "Riyaz əs-siyahət"in birinci hissəsinin sonunda bu yazı gözə çarpır: "Həqiqətən bu ürəkaçan bağın və ruhu oxşayan nüsxənin yazılması üçün son dərəcə ciddiyyət tələb olunduğu halda, lakin alicənab Abbasqulu Ağa ibn Mirzə Məhəmmədxan səfərə tələsdiyi üçün onun yazılmasını tələb etdikdə məcbur qalıb bir neçə gün ərzində Məhəmməd Təqi ibn Məhəmməd Qasim Salyani ilə birlikdə 1258-ci ilin şəvval/1842-ci ilin noyabr ayında Qubada onu bitirmək şərəfinə nail oldum. Ümidvaram ki, həqiqət axtaranlar onun nöqsan və qüsurlarını fürsətin azlığı və durumun gərginliyindən qaynaqlandığını bilərək islah etməyə çalışacaqlar. "Riyaz əs-siyahət"in ikinci hissəsi hicri-tarixi ilə 1242-ci ilin zilhiccə ayının 7-də, miladi tarixi ilə 23 iyul 1827-ci ildə sona çatmışdır. Aşağıdakı sətirlər bu mövzudan xəbər verir: "O, bu kitabın yazılmasını Məlik Vəhhabın köməyi ilə Şiraz şəhərində hicrətin 1242-ci ilində zilhiccə ayının 27-də bazar ertəsi günü bitirdi". Bu əsər elmi baxımdan uzun illər alimlərin diqqətini özünə cəlb etmişdir. Belə ki, Riyaz əs-siyahət Abbasqulu Ağa Bakıxanovun da xüsusi diqqətini cəlb etmişdir. Belə ki, özünün Gülüstani-İrəm əsərində yazır: Həqiqətən bu kitab zəngin faydalı xəzinədir. Nəzəri və əməli cəhətdən müəllifinin fəzl və kamalına möhkəm bir dəlildir M. Tərbiyət "Riyaz əs-siyahət"i ən yaxşı əsərlərdən biri hesab etmişdir.

Riyaz əs-siyahət

Mündəricat

Əsərin məzmunu

Kim asanlıqla səyahət etmək istəyirsə, Ona de, "Riyaz əs-siyahət" kitabını oxusun Hacı Zeynalabdin Şirvaninin "Riyaz əs-siyahət" əsərində Asiya və Afrika xalqlarının mədəniyyəti, ictimai fikri, fəlsəfəsi, ədəbiyyatı və tarixi haqqında qiymətli məlumatlar yer almışdır. Bundan əlavə Yaxın Şərq və ona yaxın ərazilərdə yaşamış alim və şairlərin mənsub olduğu cərəyanlar və məktəblər haqqında da maraqlı məlumatlar vermişdir. Şirvani bəzi ölkələr, şəhərlər, bölgələr və tayfaların adlarının meydana çıxmasının mənşəyi və əsası haqqında da söhbət açmışdır. Şirvaninin bu əsəri eyni zamanda onun dünyagörüşünü tədqiq etmək baxımından da əsas mənbələrdən biri hesab edilə bilər. Şirvaninin əsəri təsəvvüfün araşdırılması baxımından da qiymətli bir mənbədir.

Əsərin adı niyə Riyaz əs-siyahət adlanır?

Kitabın adının niyə "Riyaz əs-siyahət" adlanmasına gəlincə isə müəllif bunu belə əsaslandırır: Zeynalabdin Şirvani qeyd edir ki, bu kitabda cürbəcür xəbər çiçəkləri və müxtəlif səyahətlər bitkisi göyərdiyinə, rəngarəng hekayə meyvələri və şirin rəvayət səmərələri dəydiyinə görə onu "Riyaz əs-siyahət" adlandırmış və orada hər ölkənin böyük və kiçik şəhərlərini əlifba sırası ilə aydınlaşdırıb yazmışdır

Tərcüməsi

  • Şirvani öz əsərlərini fars dilində yazmışdır. Akademik Ə. Ə. Əlizadə və T. A. Məhərrəmovun redaktorluğu və A. A. Quliyevin ön sözü ilə 1974-cü ildə Moskvada Şərq ədəbiyyatı redkasiyasında yenidən fars dilində nəşr edilən bu əsərin II hissəsinin I cildi ilk dəfə olaraq 2024-cü ildə Azərbaycan dilinə tərcümə edilmişdir. Əsər Azərbaycan dilinə AMEA Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Şahin Yəhyayev tərəfindən tərcümə edilmişdir. Tərcümə edilmiş əsərin elmi redaktoru coğrafiya elmləri doktoru, professor Zakir Eminov, rəyçilər isə tarix elmləri doktoru, professor Şahin Fazil və tarix elmləri doktoru Vasif Qafarovdur * Şirvaninin Səyahət bağları "Riyaz əs-siyahət" əsərinin II hissəsinin II cildi də artıq tərcümə edilərək nəşr edilmişdir. Qeyd edilən II cildin fars dilindən tərcüməsi Ələddin Məlikova məxsusdur. Tərcümə edilmiş əsərin elmi redaktoru coğrafiya elmləri doktoru, professor Zakir Eminov, redaktoru AMEA Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Şahin Yəhyayev, rəyçilər isə tarix elmləri doktoru, professor Şahin Fazil və tarix elmləri doktoru Vasif Qafarovdur.. Şirvaninin qeyd edilən əsərinin II hissəsinin III cildi də çapdan çıxmışdır. Əsərin elmi redaktou professor Zakir Eminov, redaktoru AMEA Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Şahin Yəhyayev, tərcüməçilər isə Şahin Yəhyayev və Ələddin Məlikovdur Akademik Rafael Hüseynov bu məsələyə özünün "Səyyahın son dayancağı" adlı məqaləsində diqqət çəkərək deyir. 1974-cü ildə şirvanişünas alim Ağamir Quliyevin tərtibində "Riyaz üs-siyahə"nin 3 kitabdan ibarət ikinci hissəsini SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Moskvada nəşr etdi. Həmin əsər yalnız yarım əsr sonra Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun təşəbbüsü ilə Ələddin Məlikov və Şahin Yəhyayevin tərcüməsində işıq üzü gördü.

Şirvaninin əsərləri

H. Z. Şirvaninin tarixi, fəlsəfi, coğrafi, bioqrafik xarakter daşıyan əsərləri Çin, Hindistan, Koreya, İran, Türkiyə, İndoneziya, Bolqarıstan, Polşa, Fransa, İngiltərə və s. ölkələrin mütəxəssisləri və alimləri tərəfindən çox yüksək qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, Şirvaninin elmi irsi və əsərlərinin sayı barədə araşdırmaçılar müxtəlif, bəzən də yanlış fikirlər söyləmişlər.Abbasqulu Ağa Bakıxanov, Firudin bəy Köçərli və digər müəlliflər Şirvaninin ancaq bir əsərini qeyd ediblər. Digər tədqiqatçılar onun iki əsərinin olduğunu söyləmişlər. Rzaqulu xan Hidayət, Məsuməli şah Şirazi, "Çarlz Rio" isə Şirvaninin üç əsərinin olduğunu qeyd edirlər. Rzaqulu xan Hidayət, Məhəmməd Əli xan Tərbiyət, Məhəmməd Əli Təbrizi və digərləri Şirvaninin yuxarıda qeyd edilən 3 əsərindən əlavə şeirlərinin də olduğunu söyləmişlər. Şirvaninin əsərlərindən məlum olur ki, onun 3 böyük əsəri olmuşdur: "Səyahət bağları" ("Riyaz əs-siyahət"), "Səyahət bağçaları" "Hədayiq əs-siyahət" və "Səyahət bustanı" "Bustan əs-siyahət".

Aparılan araşdırmalardan belə məlum olur ki, Şirvaninin qeyd edilən 3 əsərindən əlavə digər 3 əsəri də mövcud olmuşdur. Bu barədə hər şeydən öncə Cəlaləddin Ruminin həyat və yaradıcılğından bəhs edən məqalə və Misirin Xədiviyyə kitabxanasında qorunan trarktatı qeyd etmək lazımdır. Bundan əlavə Şirvaninin şeirlər divanı da mövcuddur.

Həmçinin bax

  • Hacı Zeynalabdin Şirvani
  • Bustan əs-siyahət
  • Hədayiq əs-siyahət

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, riyaz əs-siyahət sözünün mənası, riyaz əs-siyahət haqqında məlumat. riyaz əs-siyahət nədir? riyaz əs-siyahət nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Hanafuda

  • Fevral 27, 2026

    Yunus peyğəmbər

  • Fevral 27, 2026

    E.ə. 580

  • Fevral 27, 2026

    Ağqala şəhristanı

  • Mart 06, 2026

    Anuket

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst