Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Riçard Stoun (ing. John Richard Nicholas Stone) (30 avqust 1913 - 6 dekabr 1991) — ingilis iqtisadçı. 1984-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görü

Riçard Stoun

  • Ana Səhifə
  • Vikipediya
  • Riçard Stoun

Riçard Stoun (ing. John Richard Nicholas Stone) (30 avqust 1913 - 6 dekabr 1991) — ingilis iqtisadçı. 1984-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Riçard Stoun
ing. John Richard Nicholas Stone
Doğum tarixi 30 avqust 1913
Doğum yeri London  Böyük Britaniya
Vəfat tarixi 6 dekabr 1991 (78 yaşında)
Vəfat yeri Kembric  Böyük Britaniya
Vəfat səbəbi ağciyər iltihabı
Milliyyəti  Böyük Britaniya
Uşağı 1
Elm sahəsi İqtisadiyyat
İş yeri Kembric Universiteti
Təhsili
  • Qonvil və Kayus Kolleci[d],
  • Kembric Universiteti
Tanınır Milli gəlir hesabları, Giriş-çıxış modelləri, İqtisadi böyümə
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Ekonometrik Cəmiyyət (1945),
  • Dei Linçei Akademiyası (1987)
Mükafatları Nobel mükafatı 1984 İqtisadiyyat üzrə Nobel mükafatı

Mündəricat

Həyatı və fəaliyyəti

Riçard Stoun Kembric Universitetinin Qonville və Kayus kollecində oxumuş və 1936-cı ildə məzun olmuşdu. Sonra İkinci Dünya müharibəsi başlayana qədər Londonda tanınmış Lloyds sığorta şirkətində sığorta brokeri olaraq fəaliyyət göstərmişdi. Müharibə dövründə dövlət məmuru kimi statistik və iqtisadçı olaraq işləmişdi. Bu müddət ərzində tanınmış iqtisadçı Ceyms Midlə birlikdə ikili yazılışlı mühasibat hesabına əsaslanan rəsmi Milli gəlir və xərcləmə statistikasını təkmilləşdirib 1941-ci ildə nəşr etdirdilər. Riçard Stoun müharibədən sonra 1945-1955-ci illərdə Kembric Universitetində Tətbiqi iqtisadiyyat bölməsini qurdu və bu bölmənin direktoru olaraq işlədi. Eyni zamanda həmin universitetdə maliyyə və mühasibat professoru olaraq işləmiş və 1980-ci ildən sonra təqaüdə fəxri professor olaraq çıxdıqdan sonra da akademik fəaliyyətinə davam etdi.

Riçard Stoun 1984-cü ildə iqtisadi fəaliyyətlərin qeydiyyatını izləmək üçün iqtisadi və sosial mühasibat sistemini təkmilləşdirdiyi üçün İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü. Riçard Stoun bəzən milli gəlir mühasibat sisteminin atası hesab olunur. Bundan başqa Riçard Stoun istehlakçı tələb statistikasını, riyazi tələb modelləri, iqtisadi böyümə və giriş-çıxış modelləri ilə bağlı çox önəmli nəzəri tədqiqatlar aparmış, kitablar və məqalələr yazmışdır.

Əsərləri

  • 1944 - Milli gəlir və xərclər.
  • 1954 - İstehlakçıların qiymətləndirilməsi: Birləşmiş Krallıqda xərclər və davranış, (1920-1938). (Ceyms Midlə birlikdə)
  • 1966 - Sosial elmlərdə riyaziyyat və başqa esselər.
  • 1970 - İqtisadiyyatın riyazi modelləri və başqa esselər.
  • 1971 - Demoqrafik mühasibat uçotu və model qurma.
  • 1975 - Müşahidələrin tənzimlənməsinə birbaşa və dolayı maneələr.
  • 1980 - Stasionarlığa meylli sadə böyümə prosesi.

Həmçinin bax

  • İqtisadiyyat üzrə Nobel mükafatı
  • İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, riçard stoun sözünün mənası, riçard stoun haqqında məlumat. riçard stoun nədir? riçard stoun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Osmanlı şeyxülislamları

  • Fevral 27, 2026

    Təhlil

  • Mart 06, 2026

    Böyük dodaqlar

  • Mart 06, 2026

    Anemoneae

  • Fevral 27, 2026

    İvan Meşaninov

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst