Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Reyva erasının 1 may 2019-cu ildə başlamışdır. Həmin gün İmperator Akihitonun böyük oğlu Naruhito Yaponiyanın 126-cı imperatoru kimi taxtda oturmuşdur.

Reyva erası

  • Ana Səhifə
  • Vikipediya
  • Reyva erası

Reyva erası (令和時代, Reiwa jidai?) – Yaponiyada hazırkı era.

Yoşihide Suqa yeni eranın adını ictimaiyyətə açıqlayır.
Yapon ofis işçiləri yeni era adının anonsunu canlı şəkildə televiziyadan izləyirlər.

Reyva erasının 1 may 2019-cu ildə başlamışdır. Həmin gün İmperator Akihitonun böyük oğlu Naruhito Yaponiyanın 126-cı imperatoru kimi taxtda oturmuşdur.

30 aprel 2019-cu ildə isə İmperator Akihito Payızgülü taxtından imtina etmiş və Heysey erasını başa çatmışdır. 2019-cu il iki eraya ev sahibliyi etmişdir: 30 aprel Heysey 31 olmuş, 1 mayda isə Reyva 1 olmuşdur.

Arxaplan

Yaponiya hökuməti eranın adını canlı yayımlanan mətbuat konfransı vasitəsilə açıqlamışdır: baş katib Yoşihide Suqa lövhədə eranın adını kancilərlə nümayiş etdirmişdir. Baş nazir Şinzo Abe Reyvanın "gözəl şəkildə bir araya gələn insanlar tərəfindən ortaya çıxarılan mədəniyyəti əks etdirdiyini" demişdir. Yaponiya Biznes Federasiyasının keçmiş sədri Sadayuki Sakakibara, Kioto Universiteti professoru və Nobel laureatı olmuş alim Şinya Yamanaka və mükafat qazanmış romançı Mariko Hayaşi də daxil olmaqla 9 nəfərlik ekspert qrupu bu adı 5 namizəd içindən seçmişdir.

Reyva sözünün kanci yazılışı qədim şeir antologiyası olan Manyoşudan, xüsusilə də harmoniyanı təmsil edən Yaponiyanın müqəddəs ume güllərindən alınmışdır.

" Orijinal Kanbun mətni:

yap. 初春令月、氣淑風和、梅披鏡前之粉、蘭薫珮後之香。

"
" Müasir yaponca mətn:

yap. 初春の令月にして気淑く風和ぎ、梅は鏡前の粉を披き、蘭(らん)は珮(はい)後の香を薫らす

"
" Azərbaycanca tərcümə:

İndi yaxşı uğur ("Rey") ayıdır, hava mülayimdir, küləklər harmonikdir ("wa"), gavalı çiçəkləri qrimlənən gözəllik kimi gül açır və səhləblər öz qoxuları ilə özlərini bəzəyirlər.

"

Nüanslar

İlk dəfədir ki, Yaponiyada bir era adı Çin ədəbiyyatından yox, klassik yapon ədəbiyyatından götürülür. Yaponiya Ədəbiyyatı Milli İnstitutunun direktoru Robert Kampbell bildirmişdir ki, "Rey" külək vasitəsilə daşınan gavalı çiçəklərinin mülayim enerji dalğasını, "Wa" isə sülh və sakitliyi təmsil edir. Eranın adını Azərbaycan dilinə "ətirli harmoniya" kimi tərcümə etmək olar.

Reyva Yaponiya tarixində qeydə alınan 248-ci era adıdır.

Unicode Consortium era adının kancilərinin birlikdə tək simvol kimi yazılmasından ötrü yeni qlif üçün kod nöqtəsi (U+32FF) ayırmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Reyva erası haqqında məlumat. Reyva erası nədir? Reyva erası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Timsahlar

  • Fevral 27, 2026

    Jalə Əhmədova

  • Fevral 27, 2026

    Lavanda

  • Fevral 28, 2026

    Meteor seli

  • Fevral 27, 2026

    Paleoasiya dilləri

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst