Recai Kutan (türk. Mehmet Recai Kutan; 5 aprel 1930 – 7 oktyabr 2024, Ankara) — türkiyəli siyasətçi
| Recai Kutan | |
|---|---|
| türk. Mehmet Recai Kutan | |
| |
| 8 yanvar 1996 – 1 oktyabr 2002 | |
| 13 iyun 1977 – 12 sentyabr 1980 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 5 aprel 1930 |
| Vəfat tarixi | 7 oktyabr 2024 (94 yaşında) |
| Vəfat yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Uşağı | 3 |
| Dini | İslam |
Həyatı
5 aprel 1930-cu ildə dünyaya gəlib. 1952–1969-cu illərdə Türkiyə Respublikası Dövlət Su İşləri Baş İdarəsində çalışıb.
1977-ci il seçkilərində Milli Qurtuluş Partiyasından Malatya millət vəkili, 1977-ci il koalisiya hökumətində tikinti və məskunlaşma naziri[türk.] vəzifələrində çalışıb. 12 sentyabr çevrilişindən sonra 9,5 ay həbsdə keçirib.
1983-cü ildən sonra qurulan Rifah Partiyasının sədr müavini oldu və Rifah Partiyasının Malatya millət vəkili olaraq parlamentə girdi. O, 1996–1997-ci illərdə 54-cü hökumətdə[türk.] enerji və təbii ehtiyatlar naziri vəzifəsində çalışıb. Rifah Partiyası bağlandıqdan sonra yeni yaradılmış Fəzilət Partiyasının sədri seçilib. 1999-cu ildə keçirilən ümumi seçkilər nəticəsində parlamentə daxil olub.
1954-cü ildə Mebrure Xanımla evləndi və İsmayıl, Əbdüləziz Murat və Əhməd adlı üç övladı oldu. Onun həyat yoldaşı Mebrure Kutan 12 noyabr 2009-cu ildə 74 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.
7 oktyabr 2024-cü ildə vəfat edib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Recai Kutan haqqında məlumat. Recai Kutan nədir? Recai Kutan nə deməkdir?
