Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rauf Arifoğlu (23 iyul 1966, Yuxarı Öysüzlü, Tovuz rayonu) — Azərbaycanlı jurnalist və siyasətçi. "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri.

Rauf Arifoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Rauf Arifoğlu

Rauf Arifoğlu (23 iyul 1966, Yuxarı Öysüzlü, Tovuz rayonu) — Azərbaycanlı jurnalist və siyasətçi. "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri.

Rauf Arifoğlu
Müsavat Partiyası başqanının müavini
May 2001 – ?
Başqanİsa Qəmbər
ƏvvəlkiVəzifə təsis edildi.
Müsavat Partiyasının mətbuat və informasiya məsələləri üzrə katibi
İyun 1992 – ?
Başqanİsa Qəmbər
ƏvvəlkiVəzifə təsis edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 23 iyul 1966(1966-07-23) (59 yaş)
Doğum yeri
  • Yuxarı Öysüzlü, Tovuz rayonu, Azərbaycan
Milliyyəti Azərbaycanlı
Təhsili Azərbaycan Texnologiya İnstitutu; Qərb Universiteti
Fəaliyyəti jurnalist
Dini İslam

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20152015"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
raufarifoglu.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Rauf Arif oğlu Abbasov 23 iyul 1966-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 1983-cü ildə həmin kəndin orta məktəbini qurtarıb. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitutunu mühəndis texnoloq ixtisası üzrə, 1994–1996-cı illərdə isə Qərb Universitetinin Dünya siyasəti və iqtisadiyyatı fakültəsini, politoloq ixtisası üzrə bitirib.

İctimai-siyasi fəaliyyəti

Rauf Arifoğlu 1988-ci ildə Azərbaycan Milli Azadlıq Hərəkatına qoşulub. 1989-cu ilin sonlarında qeyri-formal olaraq "Birlik dərgisi"ni çap etdirib. 1989-cu ilin 10 noyabrında isə "Yeni Müsavat" qəzetinin əsasını qoyub. Eyni zamanda, Azərbaycan Milli Demokrat "Yeni Müsavat" Partiyasının (AMDP "Yeni Müsavat") 5 qurucusundan biri, təşkilatın ideologiya məsələləri üzrə katibi olub.

Partiyanın Mərkəzi və "Yeni Müsavat" qəzetinin gizli redaksiyası 1989-cu ilin dekabrından 1991-ci ilin sonlarına qədər Gəncə şəhərinə köçürülüb. Həmin vaxt Gəncə ətrafında, konkret olaraq, Xanlar rayonunun (indiki Göygöl) ərazisindəki Çaykənd kəndində erməni-rus diversantlarına qarşı xalq müqavimət dəstələri döyüşürdü. Rauf Arifoğlunun yaxından iştirakı ilə "Yeni Müsavat"ın ilk könüllü silahlı dəstəsi qurulub. Həmin dəstəyə Qərbi Azərbaycandan qaçqın olan, Əfqanıstan müharibəsi veteranı Səfər Hümbətov rəhbərlik edirdi. Dəstənin qatıldığı döyüşlərin birində, 12 yanvar 1990-cı ildə Çaykənd-Todan istiqamətində AMDP "Yeni Müsavat"ın üzvləri Bəxtiyar Əliyev, Ruzigar Qasımov, Abbasqulu Məmmədov, Neman Vəliyev və başqaları şəhid olublar. Azərbaycanın Qərb bölgələrinin qorunması və müdafiəsinin təşkilində Rauf Arifoğlunun, "Yeni Müsavat" qəzeti və partiyasının ətrafında cəmləşmiş gənclərin iştirakı olub.

1991-ci ilin dekabr ayında "Yeni Müsavat" qəzetinin rəsmiləşməsi baş tutub. Həmin müddətdən etibarən qəzetin redaksiyası Bakı şəhərinə, Azərbaycan Xalq Cəbhəsinin (AXC) "Sahil bağı"nda yerləşən qərargahına köçürülüb. Həmin vaxt AXC sədri Əbülfəz Elçibəy qəzetin ilk redaksiyasının qurulması üçün təşkilatın binasında iki otaq ayırıb.

Rauf Arifoğlunun Əbülfəz Elçibəylə yaxın münasibətləri və apardığı danışıqlar nəticəsində 1992-ci ilin yanvar ayında AXC rəhbərliyində olan bir neçə şəxs Əbülfəz Elçibəyin razılığı və deputat İsa Qəmbərovun başçılığı ilə təşkilatdan ayrılaraq, Müsavat Partiyasını bərpa etmək üçün ortaq komissiya qurublar. 5 nəfər "Yeni Müsavat"dan, 5 nəfər AXC-dən olmaqla, Bərpa Mərkəzi yaradılıb, daha sonra Ankarada fəaliyyət göstərən Milli Mərkəzin iştirakı ilə onun tərkibi genişləndirilib. Nəticədə 1992-ci ilin iyun ayında Müsavat Partiyası rəsmi olaraq Azərbaycana qaytarıldı, bərpa edildi və iqtidar ortağı oldu. R. Arifoğlu Bərpa Qurultayında bu siyasi təşkilatın mətbuat və informasiya katibi seçildi. O, paralel olaraq, Azərbaycan Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin 7 üzvündən biri, AXC Mətbuat və İnformasiya şöbəsinin müdiri idi.

Arifoğlu 1993-cü ilin yanvar ayında təşkilatın "Cümhuriyət" adlı yeni bir qəzetini də yaradıb. "Yeni Turan" qəzeti, "Dünya" jurnalı da R. Arifoğlunun həmin dönəmdə qurduğu mətbuat qurumlarındandır.

2000-ci il parlament seçkilərində Rauf Arifoğlu Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 7-ci sırada olmuşdur. Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Rauf Arifoğlu deputat seçilə bilməmişdir.

O, 2006-cı ilə qədər Müsavat Partiyasının rəhbərliyində olub. 2006-cı ildən başlayaraq, daha çox mətbu fəaliyyətə istiqamətlənib. 2009-cu ilin feval ayında rəhbərlik etdiyi qəzeti Müsavatın qərargahından çıxardaraq, yeni redaksiya qurub.

"Yeni Müsavat" qəzetinin elektron əlavəsini Musavat.com adı ilə informasia portalına çevirib, daha sonra, 2013-cü ildə yeni media markası yaradıb. Onun ən son uğurlarından biri də Musavat TV adlı internet televiziyasının qurulması və güclü bir platformaya çevrilməsidir.

Hazırda "Yeni Müsavat" Media Qrupunda 1 qəzet, 1 sayt, Youtube platformasında 1 TV, 2 Facebook səhifəsi, 2 Instagram, 1 Telegram səhifələri fəaliyyət göstərir.

Rauf Arifoğlu 33 ildir siyasətdədir; eyni zamanda, 32 ildir media sektorunda fasiləsiz fəaliyyət göstərir.

Mükafatları

Prezident İlham Əliyevdən mükafat alarkən.

2011-ci ildə Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatına layiq görülüb.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən jurnalistika sahəsində fəaliyyətlərinə görə 2015-ci ilin 22 iyulunda Əməkdar jurnalist fəxri adı ilə mükafatlandırılmışdır.

27 iyul 2016-cı ildə "Mirzə Cəlil" Ali Media Mükafatı ilə təltif edilib.

2017-ci ilin iyul ayında Güney Azərbaycan Konqresi tərəfindən Seyid Cəfər Pişəvəri mükafatına layiq görülmüşdür.

İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin 27 may tarixində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif olunub.

22 iyul 2020-ci ildə Avropa Azərbaycanlıları Konqresi tərəfindən "Xatirə medalı" ilə tətif edilib.

Prezident İlham Əliyevin 2 fevral 2024-cü il tarixli, 4289 nömrəli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib. Medalı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev təqdim edib.

Bundan başqa, R. Arifoğlu bir sıra Türkiyə və Azərbaycan QHT-ləri tərrəfindən tərifnamə və plaketlərlə təltif olunub.

Tənqidlər

Mükafatlandırma və siyasi fəaliyyətlə bağlı müzakirələr

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən jurnalistika sahəsində fəaliyyətlərinə görə “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunması ictimai müzakirələrə səbəb olmuş, o cümlədən sosial şəbəkələrdə tənqidlərlə qarşılanmışdır. Rauf Arifoğlu həmin müsahibədə tənqidlərə münasibət bildirərək medianın “iqtidar” və “müxalifət” düşərgələrinə bölünməsini doğru hesab etmədiyini, “düşərgə qəzeti” modelindən uzaqlaşmaq istədiyini və təmsil olunduğu siyasi təşkilatda aktiv siyasi fəaliyyəti dayandırdığını qeyd etmişdir.

Müxalifət qurumları ilə mübahisələr

2014-cü ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə “Yeni Müsavat” qəzeti arasında gərginlik fonunda Rauf Arifoğlu “Azadlıq” qəzetini və sosial şəbəkələrdə onu təhqir etdiyini bildirdiyi bəzi AXCP fəallarını məhkəməyə verəcəyini açıqlamışdır. Daha sonra verdiyi müsahibədə o, “Yeni Müsavat”ın siyasi partiya mediası kimi deyil, “tənqidçi media” kimi fəaliyyət göstərdiyini bildirmiş, müxalifət düşərgəsi daxilindəki münasibətlərə və fəaliyyət metodlarına dair tənqidi fikirlər səsləndirmişdir.

İctimai çıxışların fakt yoxlaması

2025-ci ildə “Fakt Yoxla” platforması Rauf Arifoğlunun müxalif media və siyasi partiyalarla bağlı səsləndirdiyi bir iddianı yoxlamış və nəticə olaraq həmin iddianı “yanlış” kimi qiymətləndirmişdir.

Ailəsi

Evlidir, 3 övladı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rauf Arifoğlu haqqında məlumat. Rauf Arifoğlu nədir? Rauf Arifoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bazarstore

  • Fevral 28, 2026

    Nərə

  • Fevral 26, 2026

    Karbamid

  • Fevral 27, 2026

    Norat Ter-Grigoryants

  • Fevral 27, 2026

    J2000

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst