Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ramiz Tağı oğlu Nağıyev (20 may 1951, Düdəngə, Noraşen rayonu) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi (2005–2011), polis ge

Ramiz Nağıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Ramiz Nağıyev

Ramiz Tağı oğlu Nağıyev (20 may 1951, Düdəngə, Noraşen rayonu) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi (2005–2011), polis general-mayoru.

Ramiz Nağıyev
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi
sentyabr 2005 – may 2011
SonrakıNazim Əliyev
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi
avqust 2004 – sentyabr 2005
ƏvvəlkiEldar Mahmudov
SonrakıHəzi Aslanov
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi
fevral 1999 – avqust 2004
Şəxsi məlumatlar
Doğum tarixi 20 may 1951(1951-05-20) (74 yaş)
Doğum yeri
  • Düdəngə, Noraşen rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Rütbəsi
Polis general-mayoru

Təltifləri "Azərbaycan Bayrağı" ordeni
Milis əlaçısı

Mündəricat

Həyatı

Ramiz Tağı oğlu Nağıyev 20 may 1951-ci ildə Azərbaycan SSR Naxçıvan MSSR-in Şərur rayonunun Düdəngə kəndində anadan olmuşdur. 1957–1967-ci illərdə Şərur rayonundakı Cəlilkənd kənd orta məktəbində orta təhsil alıb, 1967–1969-cu illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxuyaraq müəllim ixtisasına yiyələnir.

1970-ci ilin noyabr ayından 1973-cü ilin noyabr ayına kimi Qara dəniz Hərbi Donanmasında həqiqi hərbi xidmətdə olub.

1974–1980-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib, 2009-cu ildə hüquq elmləri namizədi alimlik dərəcəsi alıb.

Əmək fəaliyyəti

  • 1967–1970-ci illərdə Cəlilkənd kənd orta məktəbində müəllim işləyib.
  • 1973-cü ilin dekabr ayından 1975-ci ilin dekabr ayına kimi Şərur şəhərindəki orta məktəbdə müəllim işləyib.
  • 1975-ci ildə daxili işlər orqanlarında xidmətə qəbul edilərək Şərur rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili, profilaktika üzrə baş inspektor, cinayət axtarış üzrə baş inspektor vəzifələrində işləmiş;
  • 1981–1982-ci illərdə Naxçıvan MR Daxili İşlər Nazirliyində növbətçi hissə rəisinin müavini işləmiş;
  • 1982–1986-cı illərdə Şərur rayon Daxili İşlər Şöbəsində müstəntiq;
  • 1986–1992-ci illərdə Quba rayon Daxili İşlər Şöbəsində baş müstəntiq;
  • 1992–1993-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq idarəsində müstəntiq və baş müstəntiq vəzifələrində işləmiş;
  • 1993–1995-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində inspektor, mühüm tapşırıqlar üzrə baş inspektor vəzifələrində çalışmışdır.
  • 1995-ci ilin mart ayından 1999-cu ilin fevral ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 7-ci İdarəsinin;
  • 1999-cu ilin fevral ayından 2004-cü ilin avqust ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin;
  • 2004-cü ilin avqust ayından 2005-ci ilin sentyabr ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin;
  • 2005-ci ilin sentyabr ayından 2011-ci ilin may ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi vəzifələrində işləyib. Ramiz Nağıyev Livan, Qazaxıstan, Gürcüstan, Avstriya, Türkiyə, Macarıstan, italiya Respublikalarında, Rusiya Federasiyasında, Tailand, İordaniya Krallıqlarında, İsveçrədə və bir sıra digər ölkələrdə beynəlxalq müşavirələrdə nümayəndə heyətlərinin rəhbəri və üzvü kimi Azərbaycanı təmsil edib, həmin tədbirlərdə problemli məsələlərə dair çıxışlar edib.

2011-ci ilin may ayından daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüddədir.

Mükafatları

  • AR Prezidentinin 30 iyun 2002-ci il tarixli Fərmanına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
  • AR Prezidentinin 29 iyun 2007-ci il tarixli Sərəncamı ilə "polis general-mayoru" ali rütbəsinə layiq görülüb.
  • AR Daxili İşlər Nazirliyi tərəfindən I dərəcəli medalı,
  • AR Daxili İşlər Nazirliyi tərəfindən II dərəcəli medalı
  • AR Daxili İşlər Nazirliyi tərəfindən III dərəcəli medalı
  • AR Daxili İşlər Nazirliyi tərəfindən "Milis əlaçısı"
  • Daxili İşlər Nazirliyi tərəfindən "Əla xidmətlərə görə" döş nişanı
  • AR Milli Təhlükəsizlik Nazirliyinin döş nişanı
  • Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin döş nişanı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ramiz nağıyev sözünün mənası, ramiz nağıyev haqqında məlumat. ramiz nağıyev nədir? ramiz nağıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hokkaydo (ada)

  • Fevral 15, 2026

    Türkmənistan

  • Mart 01, 2026

    Yaşıl Teatr

  • Fevral 27, 2026

    Türk dünyası

  • Fevral 27, 2026

    Aktinolit

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst