Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ramiz Abutalıb oğlu Abutalıbov (27 oktyabr 1937, Kirovabad – 1 yanvar 2022, Moskva) — Azərbaycan və sovet diplomatı, 1-ci dərəcəli müşavir-diplomat, ictimai xad

Ramiz Abutalıbov

  • Ana Səhifə
  • Vikipediya
  • Ramiz Abutalıbov

Ramiz Abutalıb oğlu Abutalıbov (27 oktyabr 1937, Kirovabad – 1 yanvar 2022, Moskva) — Azərbaycan və sovet diplomatı, 1-ci dərəcəli müşavir-diplomat, ictimai xadim. Fəxri Legion ordeni kavaleri, H. Z. Tağıyev adına Milli mükafat laureatı (1994), Prezident təqaüdçüsü (2016-cı ildən).

Ramiz Abutalıbov
Ramiz Abutalıb oğlu Abutalıbov
Doğum tarixi 27 oktyabr 1937(1937-10-27)
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1 yanvar 2022(2022-01-01) (84 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Dəfn yeri
  • II Fəxri Xiyaban
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti diplomat, tarixçi, memuarçı, siyasətçi
Mükafatları "Puşkin" medalı "Fəxri legion" ordeninin cəngavər dərəcəsi "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
İmza

Mündəricat

Həyatı

Ramiz Abutalıbov 1937-ci il oktyabr ayının 27-də ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini (1960) bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq xarici ticarət (1971) və İctimai Elmlər Akademiyalarında (1984) davam etdirmişdir.

1980–1984-cü illərdə o, Azərbaycan kommunist partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışmışdır. R. Abutalıbov 1971–1979, eləcə də 1985–1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin — YUNESKO-nun əməkdaşı olmuşdur. 1993–2004-cü illərdə o, Azərbaycan Respublikası Xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində işləmişdir.

Ramiz Abutalıbov, Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynamışdır. Bu əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R. Abutalıbovun böyük zəhməti vardır. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunmuşdur. Dağlıq Qarabağ münaqişəsinə dair 1989–1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir.

Parisdə 1989-cu ildə "Azərbaycan evi" assosiasiyasının yaradıcılarından biridir. O, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində,"İçərişəhər" (2000-ci il) və "Muğam"(2003-cü il) sənətinin Ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olmuşdur.

Bakı Media Mərkəzi 2016-cı ildə R. Abutalıbovun iştirakı ilə 1919-cu ildə Parisə getmiş Azərbaycan diplomatları haqqında "Əbədi ezamiyyət" sənədli filmi çəkilmiş və "Qərib məzarlar" kitab-albomu nəşr edilmişdir.

Ramiz Abutalıbov 2016-cı ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü idi.

Ramiz Abutalıbov 2022-ci il, yanvarın 1-də Moskva xəstəxanasında vəfat edib.

4 yanvar 2022-ci ildə Bakıda, II Fəxri xiyabanda dəfn edilib.

Kitabları

  • Parisdəki illər və görüşlər (rus. Годы и встречи в Париже). Moskva: SJS Media, 2006.
  • Özgələr arasında doğma, doğmalar arasında özgə (rus. Свои среди чужих, чужие среди своих). Moskva: Гриф и К, 2007.
  • Azərbaycan Xalq Cümhuriyyəti. Birinci Cümhuriyyətin 90 illiyinə həsr olunmuş məqalələr toplusu (rus. Азербайджанская Демократическая Республика: сборник статей, посвященный 90-летию Первой республики). Moskva: SALAM press, 2008 (tərtibçi).
  • Məhəmməd Emin Rəsulzadə və Qafqaz Konfederasiyası (rus. Мамед Эмин Расулзаде и Кавказская Конфедерация). Moskva: Социально-политическая МЫСЛЬ, 2011; Bakı: Qanun Nəşriyyatı, 2018 (ikinci nəşri).
  • Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi 1920-1945. (rus. Страна огней. В борьбе за свободу и независимость: политическая история азербайджанской эмиграции 1920-1945 гг.). Bakı: CBS, 2014 (Giorgi Mamulia ilə birgə).
  • Ə. M. Topçubaşı. Paris arxivi 1919-1940. 4 kitabda (rus. А. М. Топчибаши. Парижский архив 1919-1940 в четырех книгах). Moskva: Художественная литература, 2016 (tərtibçilər: Giorgi Mamulia, Ramiz Abutalıbov).
  • Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi 1920-1945. İstanbul: TEAS Press, 2018 (Giorgi Mamulia ilə birgə).
  • Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi 1920-1945. (türk. Ateş Ülkesi. Özgürlük ve Bağımsızlık Savaşında Azerbaycan Muhaceret Tarihi (1920–1945)). İstanbul: TEAS Press, 2018 (Giorgi Mamulia ilə birgə).
  • Müsahibələr, məqalələr. Bakı: Ziya, 2019.
  • Qafqazın azadlığı və müstəqilliyi uğrunda: Prometey hərəkatı iştirakçılarının, müşahidəçilərin və əleyhdarların gizli sənəd və materiallarında (rus. За свободу и независимость Кавказа: Прометеевское движение в секретных документах и материалах участников, наблюдателей и противников). Bakı, Paris: JekoPrint, 2020 (Giorgi Mamulia ilə birgə).
  • Odlar yurdu. Azərbaycan mühacirətinin siyasi tarixi (1920–1940) (fr. Entretenir la flamme. Une histoire politique de l’émigration azerbaïdjanaise [1920–1940]). Paris: Maisonneuve&Larose, Hemisphères Editions, 2022 (Giorgi Mamulia ilə birgə).

Mükafatları

  • H. Z. Tağıyev adına Milli mükafat laureatı (Bakı, 1994)[mənbə göstərilməlidir]
  • Fəxri Legion ordeni (Paris, 1998-ci il)
  • "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı [mənbə göstərilməlidir]
  • "Puşkin" medalı (Moskva, 2010-cu il)
  • "AXC-nin 100 illiyi" medalı (Bakı, 2019-cu il)[mənbə göstərilməlidir]
  • Cümhuriyyət tarixinin sənədli kinoda işıqlandırılması işinde xidmətlərinə görə Azərbaycan Kinomatoqrafçılar İttifaqının mükafatı (Bakı, 2018)[mənbə göstərilməlidir]

Filmoqrafiya

  1. Parisli azərbaycanlı Ramiz Abutalıbov (film, 2009).
  2. Üfüqü ötənlər (film, 2011)
  3. Əbədi ezamiyyət (film, 2016)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ramiz Abutalıbov haqqında məlumat. Ramiz Abutalıbov nədir? Ramiz Abutalıbov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vladimir Smirnov

  • Fevral 28, 2026

    Argentina Respublikası

  • Fevral 28, 2026

    Meşəlik əməköməcisi

  • Fevral 27, 2026

    Akanye

  • Fevral 27, 2026

    Hyacinthus transcaspicus

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst