Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tarverdiyev Ramazan Baxşəli oğlu (5 avqust 1928, Hacıqabul, Salyan qəzası – 27 may 1983, Bakı) — coğrafiyaşünas alim, hidroloq, coğrafiya elmləri doktoru (1977)

Ramazan Tarverdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Ramazan Tarverdiyev

Tarverdiyev Ramazan Baxşəli oğlu (5 avqust 1928, Hacıqabul, Salyan qəzası – 27 may 1983, Bakı) — coğrafiyaşünas alim, hidroloq, coğrafiya elmləri doktoru (1977), professor (1978).

Ramazan Tarverdiyev
Ramazan Baxşəli oğlu Tarverdiyev
Doğum tarixi 5 avqust 1928
Doğum yeri Navahı, Hacıqabul, Azərbaycan SSR
Vəfat tarixi 27 may 1983 (54 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Elm sahələri coğrafiyaşünas, hidroloq
Elmi dərəcəsi coğrafiya elmləri doktoru (1977)
Elmi adı professor (1978)

Mündəricat

Həyatı

Ramazan Tarverdiyev 1928-ci il avqustun 5-də Şamaxı qəzasının Navahı kəndində anadan olmuşdur. 1947-ci ildə Ələt qəsəbə orta məktəbini bitirib həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olur.Birinci kursu əla qiymətlərlə bitirdiyin görə ADU-nun rəhbərliyi tərəfindən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin II kursuna köçürülüb. 1953-cü ildə ali təhsilini başa vurmuşdur. 1953–1956-cı illərdə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində, 1956–1968-ci illərdə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda , 1968–1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fiziki coğrafiya kafedrasında dosent və 1973-cü ildən ömrünün sonuna kimi kafedra müdiri vəzifəsində çalışmışdır.

Tədqiqatları əsasən Azərbaycanın gölləri və su anbarlarının hidroloji xüsusiyyətlərinə həsr edilmişdir. Azərbaycanın Böyük Qafqaz təbii vilayətində yerləşən Cavanşir, Nohurqışlaq, Qaranohur, Aşıq Bayramlı, Yekəxana su anbarlarının, Tufangöl, Ağrıbir, Taxtagöl, Xalaxı göllərinin hidroloji xüsusiyyətlərini öyrənmişdir. Əsas tədqiqat obyekti Mingəçevir su anbarı, onun suyunun səviyyə rejimi, külək-dalğa rejimi, temperaturu, lillənməsi, donma halları, suyun rəngi, şəffaflığı, su balansını öyrənmişdir. Su anbarının lillənməsinin təkcə çayın gətirdiyi lil materialları ilə deyil, həm də sahillərin yuyulub uçması, külək vasitəsilə gətirilən materiallar hesabına da baş verməsini tədqiq etmişdir. Məhz onun irəli sürdüyü elmi-metodik hesablama üsulları Şəmkir SES-in tikintisində tətbiq olunmuşdur.

1959-cu ildə "Mingəçevir su anbarının hidrologiyası" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək coğrafiya elmləri namizədi, 1976-cı ildə Perm Dövlət Universitetində "Böyük dağətəyi su anbarlarının lillənməsinin tədqiqi" mövzusunda dissertasiyasını müdafiə edərək 1977-ci ildə coğrafiya elmləri doktoru, 1978-ci ildə isə professor elmi adını almışdır.

Ramazan Tarverdiyev 1963-cü ildə Azərbaycanın İsmayıllı rayonu ərazisindəki Qafqaz Albaniyası dövrünə aid Cavanşir qalasının (VII əsr) mövcudluğu barədə elmi ictimaiyyətə ilk dəfə məlumat vermiş və qalanın tam sxemini bussol planaalma yolu ilə tərtib etmişdir. ASE-nin I–VII cildlərində göl və su anbarlarına aid bir çox məqalələrin müəllifidir. Həmçinin 1980-ci ildə Rusiyanın Baykal gölündə elmi-tədqiqat işləri aparmışdır.

R. B. Tarverdiyev "1941–1945-ci illər Böyük Vətən Müharibəsində fədakar əməyə görə" (1945), "Böyük Vətən Müharibəsində Qələbənin 30 illiyi" (1975) və "Sosializm yarışının qalibi" (1980) medalları ilə təltif edilmişdir.

1983-cü il may ayının 27-də Bakıda vəfat etmişdir.

  • Biologiya elmləri namizədi Tahir Tarverdiyevin (Navahı) atasıdır.
  • Doktorant, Ləman Tarverdiyevanın babasıdır.
  • Pedaqoji elmlər doktoru, professor Akif Abbasovun (Nurağaoğlu) qayınatasıdır.

Əsərləri

  1. Böyük Qafqazın gölləri və su anbarlarının hidroloji xüsusiyyətləri. Bakı: Elm, 1965 (Xəlil Zamanovla birgə)
  2. Заиление Мингечаурcкого водохранилища. Баку: 1974

Şəkillər

  • Cavanşir qalası. Ramazan Tarverdiyevin çəkdiyi sxem-1
    Cavanşir qalası. Ramazan Tarverdiyevin çəkdiyi sxem-1
  • Cavanşir qalası. Ramazan Tarverdiyevin çəkdiyi sxem-2
    Cavanşir qalası. Ramazan Tarverdiyevin çəkdiyi sxem-2

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ramazan Tarverdiyev haqqında məlumat. Ramazan Tarverdiyev nədir? Ramazan Tarverdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vilhelm Tomsen

  • Fevral 28, 2026

    Voleybolçu

  • Mart 01, 2026

    Macəra turizmi

  • Mart 01, 2026

    Kərənay

  • Fevral 27, 2026

    Qida çatışmazlığı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst