Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hümmətov Rafiq Hümmət oğlu (Rafiq Hümmət) — şair, publisist, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri.

Rafiq Hümmət

  • Ana Səhifə
  • Vikipediya
  • Rafiq Hümmət

Hümmətov Rafiq Hümmət oğlu (Rafiq Hümmət) — şair, publisist, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri.

Rafiq Hümmət
Rafiq Hümmət oğlu Hümmətov
Doğum tarixi 13 fevral 1965 (61 yaş)
Doğum yeri Darvaz, Bolnisi, Gürcüstan SSR
Fəaliyyəti şair

Həyatı

Rafiq Hümmət 1965-ci il fevralın 13-də Borçalıda - Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib (1983-1985). Tbilisi Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb (1986-1991). 1991-ci ildən etibarən bir müddət (1991-1999) "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") və Rustavi şəhərində nəşr olunan "Region" qəzetlərində çalışıb. Gürcüstan Respublikası prezidentinin Fəxri fərmanı ilə təltif olunub (1997). 1998-ci ildən bir neçə il Bakıda yaşayıb və burada bir çox mətbu orqanlarla, o cümlədən "Şərq", "Faktor", "Yeni Azərbaycan", "Həyat" qəzetləri ilə əməkdaşlıq edib, "Milliyət" qəzetinin baş redaktoru olub. 2000-ci ildə Azərbaycanda gənc yazarlar üçün təsis olunmuş Prezident təqaüdünə layiq görülüb. 2004-cü ildə Gürcüstana qayıdıb və Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri seçilib, dilimizdə "Ədəbi Gürcüstan" adlı qəzet nəşr etdirib. 2009-cu ilin yazından Tbilisidəki "Varlıq" Mədəniyyət Mərkəzinin sədri, "Varlıq" həftəlik qəzetinin baş redaktorudur.

Yaradıcılığı

Rafiq Hümmət ədəbi-bədii yaradıcılıqla gənc vaxtlarından – ötən əsrin 80-ci illərindən məşğul olur. Bir neçə kitabın, o cümlədən "Salam, dünyanın yiyəsi...", "Rüzgara oxuna söz" adlı şeir kitablarının müəllifidir. Onun toplayıb nəşrə hazırladığı və 2007-ci ildə Tbilisidə nəşr etdirdiyi 548 səhifəlik "Ədəbi Gürcüstan" almanaxı ədəbi dairələrdə böyük maraqla qarşılanıb. 2011-ci ildə Tbilisidə çap olunmuş son üç yüz ili əhatə edən "Ədəbi Gürcüstan" antologiyası Azərbaycan ədəbiyyatı tarixinə qiymətli töhfədir. Yüzədək kitaba redaktorluq edən R.Hümmətin rəhbərliyi ilə "Koroğlu" eposu, "Min bir Azərbaycan bayatısı" və "Hekayələr və nağıllar" toplusu iki dildə - gürcü və Azərbaycan dillərində hər biri ayrıca kitab halında nəşr olunmuşdur.

Bədii tərcümə ilə də məşğul olan Rafiq Hümmət çağdaş gürcü və rus poeziyasından bir çox nümunələri dilimizə çevirərək nəşr etdirib. Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafında Rafiq Hümmətin özəl xidməti vardır.

Ailəlidir, iki övladı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rafiq hümmət sözünün mənası, rafiq hümmət haqqında məlumat. rafiq hümmət nədir? rafiq hümmət nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bosniya müharibəsi

  • Mart 03, 2026

    Mintay

  • Fevral 27, 2026

    Rentgen şüaları

  • Fevral 27, 2026

    Sulut qalası

  • Mart 01, 2026

    ISAN

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst