Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kvas (ukr. , belar. , mak. və serb-xorv. квас; lang-sk|kysel', kyselica, parovec}}, pol. kwas, kisiel, żur, lit. gira, latış. kvass‎, est. kali) — turş ənənəvi

Kvas

  • Ana Səhifə
  • Vikipediya
  • Kvas

Kvas (ukr. , belar. , mak. və serb-xorv. квас; lang-sk|kysel', kyselica, parovec}}, pol. kwas, kisiel, żur, lit. gira, latış. kvass‎, est. kali) — turş ənənəvi slavyan içkisi.

Çörək kvası nanə ilə

Mündəricat

Kvasın növləri

Çörək kvası

Tərkibi

  • Çörək – 0.5 kq,
  • su – 5 ml,
  • kişmiş – 1 x. q.,
  • şəkər – 200 q,
  • maya – 5 q.

Hazırlanması

Ev üsulu ilə hazırlanmış çörək kvası

Çovdar çörəyini nazik dilimlərə doğrayıb, qızdırıcı şkafda tünd-qəhvəyi rəng alana qədər qurutmalı. Suyu qaynadıb, çörək suxarisini isti-isti suya tökməli. Gündə iki-üç dəfə qarışdırmaq şərtilə 2 gün saxlayıb, sonra ikiqat tənzifdən süzmək lazımdır. Sıxılmış mayanı 2 xörək yaxşı qarışdırıb, üzərinə yarım stəkan ilıq su töküb, 20-25 dəq. saxlamalı və süzülmüş xörək suyunun üzərinə əlavə etməli. 1-2 gün saxlayıb qıcqırtdıqdan sonra kvası süzüb maya çöküntüsündən ayırır, lazım gələrsə süzür, balonlara töküb, kişmiş və şəkər əlavə edilir. Kvas dolu balon və ya bankalar soyuducuya qoyulur. 2-3 gündən sonra kvas içilmək üçün hazırdır.

Alma kvası

Tərkibi

  • Alma – 1 kq,
  • şəkər – 500 q,
  • sıxılmış maya – 50 q,
  • su – 3 litr.

Hazırlanması

Alma yuyulur, toxum kamerasından azad edilib, xırda doğranılır. Almanı iri gözcüklü sürtkəcdən də keçirmək olar. Üzərinə su töküb qaynayana qədər qızdırırlar, 4-5 saat saxlanılır və süzülür. Qızdırılmış məhlula ilıq suda həll edilmiş maya, şəkər və limon turşusu qatılıb, otaq temperaturunda 8-10 saat qızdırılır. Qıcqırmış kvas süzülür, maya çöküntüsündən azad edilir və soyudulur.

Çiyələkli kvas

Tərkibi

  • çiyələk – 250 q
  • su – 700 ml
  • şəkər – 2-3 x.q.
  • limon duzu – 0,5 ç.q.
  • kişmiş

Hazırlanması

Çiyələyin üzərinə su töküb ocağın üstünə qoyun. Qaynara düşdükdən sonra söndürün. 20 dəqiqə saxlayın. Şəkər tozu, limon duzu qatıb qarışdırın, süzün. Butulkalara süzüb otaq temperaturunadək soyudun. Sonra hər butulkaya 5-6 kişmiş atın. Kvası iki-üç gün otaq temperaturunda, amma qaranlıq yerdə saxlayın. Günlərin sayı artıq da ola bilər, hər şey temperaturdan, kvasın qıcqırmasından asılıdır. Hazır olduqda kişmişlər yuxarı qalxacaq və köpük əmələ gələcək. Bundan sonra kvası 4-5 gün də soyuducuda saxlamaq lazımdır.

Südlü kvas

Kvas

Tərkibi

  • Süd – 5 l,
  • şəkər – 200 q,
  • sıxılmış maya – 50 q.

Hazırlanması

Süd qaynadılır, şəkər əlavə edilib soyudulur. Otaq temperaturuna qədər soyudulur, ilıq suda həll edilmiş maya qatılıb, qapağı örtük qabda 10 saat müddətində qıcqırdılır. Süzülür və soyudulur. İçməzdən əvvəl yaxşı qarışdırılır. Əgər çox turş olarsa, bir qədər qaynadılıb soyudulmuş su qatılıb çalınır.

Ədəbiyyat

  • Квас / Валенцова М. М. // Славянские древности: Этнолингвистический словарь : в 5 т. / под общ. ред. Н. И. Толстого; Институт славяноведения РАН. — М. : Межд. отношения, 1999. — Т. 2: Д (Давать) — К (Крошки). — С. 488–489. — ISBN 5-7133-0982-7.
  • Георгиевский «Об отношении кваса к пиву и диетическом значении свободных кислот в этих напитках» (дисс. СПб., 1875)
  • Георгиевский «Химический состав кваса, отношение его к пиву, с замечаниями о диетическом его значении» («Здоровье», т. I, 1874—1875 г., стр. 218 и 243)
  • Ильинский «Материалы к учению о госпитальном квасе» («Врач», 1885 г., стр. 85 и 104)
  • Квас // Российский гуманитарный энциклопедический словарь: В 3 т. / Гл. ред. П. А. Клубков; Рук. проекта С. И. Богданов. — М.; СПб.: Гуманит. изд. центр ВЛАДОС: Филол. фак. С.-Петерб. гос. ун-та, 2002. — Т. 2: З–П. — 720 с. — ISBN 5-691-00882-X.
  • Королев Дмитрий Амосович «Русский квас», издательство «Пищевая промышленность», 1967
  • Мединский В. О том, кто и когда сочинял мифы о России. М.: Олма Медиа Групп, 2010. — 240 с. — (Мифы о России). — 10 000 экз. — ISBN 978-5-373-03724-2.
  • Похлёбкин В. В. 2. Термины спиртных напитков, существовавшие в Древней Руси с IX по XIV век // История водки (IX—XX вв.). — М.: Интер-Версо, 1991. — 288 с. — ISBN 5-85217-012-7.
  • Симонов Л. Н. «Пивоварение (заводское и домашнее), квасоварение и медоварение». СПб, типография Е. Евдокимова, 1898
  • Стефанович «К вопросу о госпитальном квасе» («Медицинские прибавления к Морскому Сборнику», июль 1882)

Həmçinin bax

  • Alma kvası
  • Çörək kvası
  • Süd kvası
  • Üzüm kvası
  • Meyvə-giləmeyvə kvası
  • Çuğundur kvası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kvas sözünün mənası, kvas haqqında məlumat. kvas nədir? kvas nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Martin Haydegger

  • Fevral 27, 2026

    Ubsu-Nur

  • Fevral 27, 2026

    Abazalar

  • Fevral 27, 2026

    Linkoln

  • Fevral 27, 2026

    Hathor

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst