Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Giroskop (yun. γυρο "fırlanmaq" və yun. σκοπεω "baxmaq" sözlərindəndir) — ətalət hesablama sisteminə əsasən oriyentasiya bucağını dəyişmə qabiliyyətinə malik qu

Giroskop

  • Ana Səhifə
  • Vikipediya
  • Giroskop

Giroskop (yun. γυρο "fırlanmaq" və yun. σκοπεω "baxmaq" sözlərindəndir) — ətalət hesablama sisteminə əsasən oriyentasiya bucağını dəyişmə qabiliyyətinə malik qurğudur. Giroskopun ən sadə forması uşaqlar üçün oyuncaq olan fırfıradır.

Üç sərbəstlik dərəcəsinə malik giroskopun modeli

Onların növləri sərbəstlik dərəcəsindən asılı olaraq 2 və 3 dərəcəliyə bölünürlər. Bundan əlavə giroskoplar bölünürlər:

  • Mexaniki və
  • Optik

İşləmə prinsipinə görə olurlar:

  • Bucaq sürətini ölçən vericilər,
  • İstiqamət göstəriciləri.

Xassələri

Hərəkətdə olan giroskopa əgər xarici qüvvə təsir edərsə onda, o öz istiqamətini bu qüvvəyə uyğun deyil ona perpendikulyar istiqamətdə dəyişir. Nəticədə giroskop təsir edən momentin oxuna perpendikulyar olan, belə adlanan ölçü oxu istiqamətində fırlanır. Bu xassə koriolis qüvvəsinin yaranması ilə bağlıdır.

Fırlanan hissələrin giroskopik effekti materiyanın ətalətliyinə əsaslanır.

Giroskopun hərəkətinin sadə formada tənliyi belədir:

M → = d L → d t = d ( I ω → ) d t = I ε → {\displaystyle {\vec {M}}={{d{\vec {L}}} \over {dt}}={{d(I{\vec {\omega }})} \over {dt}}=I{\vec {\varepsilon }}} {\displaystyle {\vec {M}}={{d{\vec {L}}} \over {dt}}={{d(I{\vec {\omega }})} \over {dt}}=I{\vec {\varepsilon }}},

burada M → {\displaystyle {\vec {M}}} {\displaystyle {\vec {M}}} və L → {\displaystyle {\vec {L}}} {\displaystyle {\vec {L}}} vektorları uyğun olaraq, giroskopa təsir edən qüvvənin momenti və onun moment impulsudur, I skalyar kəmiyyəti — onun ətalət momentidir, ω → {\displaystyle {\vec {\omega }}} {\displaystyle {\vec {\omega }}} və ε → {\displaystyle {\vec {\varepsilon }}} {\displaystyle {\vec {\varepsilon }}} vektorları bucaq sürəti və bucaq təcilidir.

Buradan alınır ki, giroskopun fırlanma oxuna və eyni zamanda L → {\displaystyle {\vec {L}}} {\displaystyle {\vec {L}}}ə perpendikulyar təsir edən moment qüvvəsi M → {\displaystyle {\vec {M}}} {\displaystyle {\vec {M}}} həm M → {\displaystyle {\vec {M}}} {\displaystyle {\vec {M}}}ə həm də L → {\displaystyle {\vec {L}}} {\displaystyle {\vec {L}}}ə perpendikulyar olaraq presesiyya halını yaradır. Bucaq sürəti Ω → P {\displaystyle {\vec {\Omega }}_{P}} {\displaystyle {\vec {\Omega }}_{P}} onun moment impulsu və təsir edən qüvvənin momenti ilə hesablanır:

τ → = Ω P × L → {\displaystyle {\vec {\tau }}={\Omega }_{P}\times {\vec {L}}} {\displaystyle {\vec {\tau }}={\Omega }_{P}\times {\vec {L}}},

yəni Ω → P {\displaystyle {\vec {\Omega }}_{P}} {\displaystyle {\vec {\Omega }}_{P}} giroskopun fırlanması ilə əks mütənasibdir.

Tətbiq sahələri

Giroskop avtomobillərdə və naviqasiya sistemlərində geniş tətbiq olunur.

Təyyarələrdə giroskoplardan istifadə etməklə üfüqün vəziyyəti düzgün qiymətləndirmək üçün istifadə edilir. Bu təyyarənin vəziyyətindən asılı olmayaraq həmişə düzgün vəziyyəti göstərir.

Ballistik raketlərdə giroskopun tətbiqi uçuş zamanı xarici təsirlərdən uçuş trayektoriyasından meyillənməsini ölçmək və onu korrektə etmək mümkün olur. İlk dəfə olaraq Verner fon Braun tərəfindən düzəltdilmiş V2 raketində tətbiq olunmuşdur.

Kosmosda aparatların vəziyyətini tənzim etmək üçün tətbiq olunur. Burada ətalət və reaktiv qüvvələrin təsirindən o özü tənzimlənir. Ən dəqiq giroskipik cihaz 2004-cü ildə Gravity peyki üçün düzəldilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Giroskop haqqında məlumat. Giroskop nədir? Giroskop nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ümrə

  • Fevral 27, 2026

    Knut Hamsun

  • Fevral 27, 2026

    Qaraqorum

  • Fevral 27, 2026

    Reologiya

  • Fevral 27, 2026

    Mexanizm

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst