Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəy aqreqatoru və ya icmal aqreqatoru — məhsul və xidmətlər (filmlər, kitablar, video oyunlar, proqram təminatı, kompüter avadanlıqları və avtomobillər kimi) il

Rəy aqreqatoru

  • Ana Səhifə
  • Vikipediya
  • Rəy aqreqatoru

Rəy aqreqatoru və ya icmal aqreqatoru — məhsul və xidmətlər (filmlər, kitablar, video oyunlar, proqram təminatı, kompüter avadanlıqları və avtomobillər kimi) ilə əlaqədar olan rəyləri yığan bir sistemdir. Bu sistem verilmiş rəyləri bir yerə cəmləyir və istifadəçilərin verdikləri rəylərə baxa bildikləri veb-saytı dəstəkləmək, istehlakçıların meylləri haqqında məlumatları üçüncü tərəflərə satmaq və yaxud şirkətlərin öz həqiqi və potensial müştəriləri haqqında məlumatlar əldə edə bilməsi üçün verilənlər bazası yaratmaq kimi məqsədlər üçün istifadə edilir. Sistem istifadəçilərinə bir məhsula aid verilmiş müxtəlif rəyləri asanlıqla müqayisə etməyə imkan yaradır. Belə sistemlərin əksəriyyəti müəyyən bir məhsul haqqında verilmiş müxtəlif rəylərə ədədi dəyərlər verir və məhsulun təxmini orta qiymətləndirilməsi üçün bu məlumatlardan istifadə edirlər.

Rəy aqreqatoru saytları satışı baha olan videooyunlar kimi müəyyən kateqoriyalarda, rəy bildirilən məhsulları istehsal edən şirkətlərə iqtisadi təsir göstərməyə başlamışdırlar. Bəzi şirkətlər işçilərinə verilən əməkhaqqının nisbətini və işçilərə verilən mükafatları (bonuslar) rəy aqreqatorlarında verilən xallara əsasən hesablayırlar. Həmçinin şirkətlərin səhm qiymətləri şirkətlərin potensial satışları ilə şirkətlərə verilən ümumi rəy xalları arasındakı əlaqəyə görə ümumi rəy xallarına əsasən dəyişiklik göstərir. Ədəbiyyatda satış və ümumi rəy xalları arasında güclü əlaqə olduğu geniş şəkildə qəbul edilmişdir. Rəylər müştərilərin satın alma qərarlarına yüksək səviyyədə təsir göstərir. Bu təsiri nəzərə alan istehsalçılarda öz növbələrində müntəzəm olaraq müştərilər tərəfindən bu rəylərdə bildirilmiş nöqsanları aradan qaldırırlar. Bu, adətən istehsalçıya yönəlmiş məhsulu nəzərdən keçirmə (məhsula rəy bildirmək) aqreqatorundan istifadə edilməklə həyata keçirilir. Reutersin verdiyi məlumata əsasən, kino sənayesində fəaliyyət göstərən əsas studiyalar icmal aqreqatorlarının verdikləri məlumata diqqət yetirirlər, lakin "həmişə onlara çox diqqət yetirməyi sevmirlər".

Mündəricat

Mühüm rəy aqreqatorları

Kitab

  • Book Marks
  • iDreamBooks

Elektron əşyalar

  • Epinions
  • TestFreaks
  • TestSeek

Film və televiziya

  • Metacritic
  • Movie Review Query Engine
  • Rotten Tomatoes

Musiqi

  • Acclaimed Music
  • AnyDecentMusic?
  • Last.fm
  • Metacritic
  • Album of the Year
  • Rate Your Music

Video oyunlar

  • GameRankings
  • Metacritic
  • OpenCritic

Biblioqrafiya

  • Needleman, Rafe. . cnet.com. CBS Interactive. 20 sentyabr 2006. 17 avqust 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2010.
  • Needleman, Rafe. . cnet.com. CBS Interactive. 19 oktyabr 2006. 16 avqust 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2010.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəy aqreqatoru haqqında məlumat. Rəy aqreqatoru nədir? Rəy aqreqatoru nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Eduardo Kamavinqa

  • Fevral 27, 2026

    Hələb

  • Mart 01, 2026

    Lonely Planet

  • Fevral 27, 2026

    Bakteriofaq

  • Fevral 27, 2026

    Həbsxana

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst