Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anatoli Nikolayeviç Davidoviç (belar. Анато́ль Мікала́евіч Давідо́віч; 28 mart 1965, Skabin[d], Minsk vilayəti – 13 iyun 1992, Bakı) — Azərbaycanın Milli Qəhrəm

Anatoli Davidoviç

  • Ana Səhifə
  • Vikipediya
  • Anatoli Davidoviç

Anatoli Nikolayeviç Davidoviç (belar. Анато́ль Мікала́евіч Давідо́віч; 28 mart 1965, Skabin[d], Minsk vilayəti – 13 iyun 1992, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Anatoli Davidoviç
belar. Анато́ль Мікала́евіч Давідо́віч
Şəxsi məlumatlar
Doğum tarixi 28 mart 1965(1965-03-28)
Doğum yeri
  • Skabin[d], Kapıl kənd soveti[d], Kapıl rayonu[d], Minsk vilayəti, Belorusiya Sovet Sosialist Respublikası, SSRİ
Vəfat tarixi 13 iyun 1992(1992-06-13) (27 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Slutsk[d]
Vətəndaşlığı
  •  SSRİ
Atası Nikolay Davidoviç
Anası Kima Davidoviç
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü artilleriya[d]
Rütbəsi Mayor
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

Həyatı

Slutsk.

Anatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kapıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açmışdır. Sonra ailələri ilə birlikdə Slutsk şəhərinə köçən Anatoli burada 10 saylı orta məktəbi bitirib. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib.

1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır.

Döyüşlərdə iştirakı

"N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük töhfələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi. Anatoli bu döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi. Anatoli Ağdamda gedən döyüşlərdə ağır yaralanır, onu xilas etmək mümkün olmur. Xeyli qan itirdiyindən həkimlərin səyi nəticə vermir. Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi yumdu.

Belarus Respublikasının Slutsk şəhərində dəfn edilmişdir.

Ailəsi

Ailəli idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Xatirəsi

Gəncədəki xatirə lövhəsi

Gəncədə küçəyə mayor Davidoviç adı verildi, həmin küçədə barelyefi qoyuldu (10 aprel 2015).

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 62.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anatoli Davidoviç haqqında məlumat. Anatoli Davidoviç nədir? Anatoli Davidoviç nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Saksaul

  • Mart 02, 2026

    Kurt Rassel

  • Fevral 27, 2026

    Cozef Henri

  • Fevral 27, 2026

    Hud peyğəmbər

  • Fevral 23, 2026

    Moldova bayrağı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst