Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəfiqə Şahgül qızı Mustafayeva — azərbaycanlı alim, pedaqoji elmlər doktoru (1987), professor (1990), Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü (2002), Azərb

Rəfiqə Mustafayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Rəfiqə Mustafayeva

Rəfiqə Şahgül qızı Mustafayeva — azərbaycanlı alim, pedaqoji elmlər doktoru (1987), professor (1990), Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü (2002), Azərbaycan Respublikasının əməkdar müəllimi (1992). O, pedaqoji elmlər üzrə Qafqazda ilk qadın elmlər doktorudur.

Rəfiqə Mustafayeva
Rəfiqə Şahgül qızı Mustafayeva
Doğum tarixi 21 iyun 1936
Doğum yeri Balaxanı, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 20 avqust 2019 (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi pedaqogika
Elmi dərəcəsi pedaqoji elmlər doktoru
Elmi adı professor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 19911991

Mündəricat

Həyatı

Rəfiqə Şahgül qızı Mustafayeva 21 iyun 1936-cı ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində, neftçi ailəsində anadan olmuşdur. O, 204 nömrəli orta məktəbi bitirmiş, 1954-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin junalistika şöbəsində ali təhsil almışdır.

Rəfiqə Mustafayeva 20 avqust 2019-cu ildə Bakı şəhərində vəfat etmiş və Balaxanı kənd qəbristanlığında dəfn edilmişdir.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə 1960-1976-cı illərdə Bakının 100, 182, 240 nömrəli məktəblərində əvvəlcə ibtidai sinif, sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır. Bu müddət ərzində onun 18 şagirdi məktəbi qızıl, 1 nəfəri isə gümüş medalla bitirmiş, 54 şagirdi ədəbiyyat müəllimi kimi ali təhsil almışdır.

Elmi fəaliyyəti

Mustafayeva 1970-1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasının əyani şöbəsində oxumuşdur. Elmi işini vaxtından əvvəl tamamlamış, 14 may 1974-cü ildə müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

1979-cu ilədək aspiranturada oxuduğu institutda əvvəlcə kiçik elmi işçi, sonra isə baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 1979-cu ildə müsabiqə yolu ilə Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutuna qəbul edilmişdir. 1985-ci ilin fevralınadək burada kiçik elmi işçi, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir. 1985-cü ilin fevralında institutdakı "pedaqogika-psixologiya" kafedrasının müdiri seçilmiş, 2006-cı ilin noyabr ayınına qədər həmin kafedraya rəhbərlik etmişdir.

Mustafayeva 1987-ci ilin dekabrında Tiblisi Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almış, 1990-cı ilin 27 sentyabrında ona professor elmi adı verilmişdir. O, respublikada ilk, Şərqdə ikinci pedaqoji elmlər doktoru, professor qadındır.

4 aprel 2002-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü akademik seçilmişdir. 2000 və 2003-cü illərdə Azərbaycan Müəllimləri Qurultaylarına nümayəndə seçilmişdir.

Rəfiqə Mustafayevanın rəhbərliyi ilə 14 nəfər pedaqoji elmlər namizədi dərəcəsi almışdır. O, 5 nəfərin doktorluq, 13 nəfərin isə namizədlik dissertasiyasının rəsmi opponenti olub.

24 kitabın, 137 məqalənin, 14 tədris proqramının müəllifidir, o cümlədən 45 kitab və kitabçanın elmi redaktoru və 17 əsərin rəyçisidir.

Ailəsi

Rəfiqə Mustafayevanın 2 övladı var.

Kitabları

  • "Orta məktəbdə ədəbiyyat tədrisi", I və II hissələr, Bakı, Maarif, 1975,
  • "IX sinif üçün Ədəbiyyat müntəxəbatı”, Bakı, Maarif, 1985,
  • "Yeni vətəndaş tərbiyəsində proqram, dərslik və müəllimin rolu", Bakı, 1992,
  • "Əliheydər Şirin oğlu Həşimov (biblioqrafik göstərici),", Bakı, 1994,
  • "Təlim prosesində milli xüsusiyyətlərin nəzərə alınması", Bakı, 1994,
  • "Pedaqogika.Ümumi pedaqogika üzrə mühazirə xülasələri", Bakı, 2002,
  • "80 yaşın işığında: pedaqoji elmlər doktoru, professor Əliheydər Şirin oğlu Həşimovu xatırlayarkən", Bakı, 2004,
  • "Ömürlərə nur paylayanlar", Bakı, 2006,
  • "Günəş evi-tərbiyə məktəbi", Bakı, 2007,
  • "Mir Cəlalın hekayələrində tərbiyə məsələləri", Bakı, 2008,
  • "Son 20 ildə çap olunanlardan nümunələr", Bakı, 2011,
  • "Gənclər siyasəti XXI əsrdə: Ali məktəb tələbələrinin tərbiyəsinin bəzi məsələləri".

Təltifləri

  • 1970 — "Fədakar əməyə görə" medalı
  • 1971 — "Qırmızı əmək bayrağı" ordeni
  • 1988 — "Əmək veteranı" medalı
  • 1992 — "Əməkdar müəllim" fəxri adı
  • 1995 — "Xan qızı Natəvan" diplomu
  • 1995 — "Akademik Mehdi Mehdizadə mükafatı" laureatı
  • 1996 — TC Samsun Milli Egitim Bakanlığı tərəfindən fərqləndirilmişdir.

Haqqında

  • "Ə.Y.Seyidov, M.M.Mehdizadə və M.Ə.Muradxanov məktəbinin davamçıları". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. — səh. 436,
  • “Azərbaycan qadını ensiklopediyası”, Azərbaycan Milli Ensiklopediyası, Bakı, 2002, s.304,
  • “Azərbaycan qadınları” (II) — ensiklopedik toplu, Bakı, 2002, s.180,
  • “Azərbaycanın tanınmış xanımları” Bakı, 2002, s.196,
  • A.Eminov, “20 əsrin 20 böyük azərbaycanlı pedaqoqu”, Bakı, 2002, s.77—81,
  • “Akademik Rəfiqə Mustafayeva.Gəncliyə həsr olunmuş ömür”(biblioqrafik göstərici), Bakı, 2006,
  • S.Ə.Mustafayeva, J.Ə.Mustafayeva “Azərbaycan pedaqogikasının sərv ağacı”(müasirləri R.Ş.Mustafayeva haqqında),Bakı 2006,
  • "Olduğu kimi görünən insan". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. — səh. 187,
  • "Şah xanım Şahgül qızı demişəm". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. — səh. 98.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rəfiqə mustafayeva sözünün mənası, rəfiqə mustafayeva haqqında məlumat. rəfiqə mustafayeva nədir? rəfiqə mustafayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hatşepsut

  • Fevral 27, 2026

    Island Records

  • Fevral 28, 2026

    S:Müəllif:Şekspir

  • Mart 01, 2026

    İren Məlikova

  • Fevral 27, 2026

    Mərcanı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst