Rəbiqə Nazim qızı Zeynalova (5 noyabr 1979, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist.
| Rəbiqə Nazimqızı | |
|---|---|
| Rəbiqə Nazim qızı Zeynalova | |
| Doğum tarixi | 5 noyabr 1979 (46 yaş) |
| Doğum yeri | |
| Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
| İxtisası | filoloq |
| Fəaliyyəti | şair, tərcüməçi |
| rabiga-nazimqizi.blogspot.com | |
Həyatı
Rəbiqə Nazimqızı 1979-cu il noyabrın 5-də Bakı şəhərində anadan olub. 263 saylı Bakı şəhər tam orta məktəbindən məzun olub.
Təhsili
1995–1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 2006–2008-ci illərdə həmin fakültənin magistratura pilləsini ədəbiyyat ixtisası üzə bitirib.
Fəaliyyəti
1998-ci ildən qəzet, jurnal, sayt və onlayn televiziyalarda müxbir, tərcüməçi və redaktor kimi çalışıb. 2006-cı ildən etibarən Rəbiqə Nazimqızı imzası ilə şeirlər yazmağa başlayıb. Azərbaycan Dövlət Tərcümə Mərkəzində dil mütəxxəsisi vəzifəsində fəaliyyət göstərib.
Şeir kitabları
2008-ci ildə "Sənə qədər" adlı şeirlər kitabı çap olunub.
2013-cü ildə "Yazıçı" nəşriyyatında "Epizodik sevgilər" adlı şeirlər kitabı çapdan çıxıb.
2020-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzində "Çətirlərin qiyamı" adlı kitabı nəşr olunub.
Tərcümələri
2014-cü ildə onun tərcüməsində "Rixard Vaqner. Mənim həyatım" memuarı (Qismət Rüstəmovla birlikdə);
2015-ci ildə "ATV Kitab" layihəsi çərçivəsində Avqust Strindberqin "Tənha" romanı onun tərcüməsində "Parlaq İmzalar" nəşriyyatında nəşr olunub.
Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamına əsasən, çap olunan 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" (DƏK) seriyasından Romen Rollanın "Seçilmiş əsərləri" (2016) və Elias Kanettinin "Korlaşma" əsəri (2018) onun tərcüməsində işıq üzü görüb.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rəbiqə nazimqızı sözünün mənası, rəbiqə nazimqızı haqqında məlumat. rəbiqə nazimqızı nədir? rəbiqə nazimqızı nə deməkdir?