Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəmərşah Cavadov (23 fevral 1938, Aydınkənd, Quba rayonu – 27 aprel 2005, Bakı) — Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor.

Qəmərşah Cavadov

  • Ana Səhifə
  • Vikipediya
  • Qəmərşah Cavadov

Qəmərşah Cavadov (23 fevral 1938, Aydınkənd, Quba rayonu – 27 aprel 2005, Bakı) — Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor.

Qəmərşah Cavadov
Doğum tarixi 23 fevral 1938(1938-02-23)
Doğum yeri
  • Aydınkənd, Quba rayonu, Azərbaycan
Vəfat tarixi 27 aprel 2005(2005-04-27) (67 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elm sahələri tarix, etnologiya
Elmi dərəcəsi
  • tarix elmləri doktoru
Elmi adı
  • professor
Təhsili
  • Bakı Dövlət Universitetinin Tarix fakültəsi,
  • AMEA Tarix və Etnologiya İnstitutu
Elmi rəhbəri Əlisöhbət Sumbatzadə

Mündəricat

Həyatı

Qəmərşah Cavadov 1938-ci il fevral ayının 23-də Quba rayonunun Aydınkənd kəndində anadan olmuşdur. Atası və beş əmisini Böyük Vətən Müharibəsində itirmişdir. Orta məktəbi bitirdikdən sonra 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Universiteti tarixçi ixtisası ilə bitirdikdən sonra bir müddət Dəvəçi rayonunun (indiki Şabran rayonu) Aygünlü kənd məktəbində müəllim işləmişdir. Sonra Azərbaycan EA Tarix İnstitutunda etnoqrafiya ixtisası üzrə aspiranturaya qəbul olmuşdur.

Qəmərşah Cavadov ilk dəfə olaraq xalq əkinçilik texnikasının məhəlli köklərini və inkişaf mənbələrini müəyyən etməklə azərbaycanlıları gəlmə etnos sayanlara tutarlı cavab verdi. Akademik V.K.Bondarçuk Qəmərşah Cavadovun elmi monoqrafiyasına yazdığı rəydə bildirirdi: "Q.Cavadovun monoqrafiyası onun müəllifinin Azərbaycan xalqının əkinçilik texnikasının öyrənilməsi və tədqiqi sahəsində nə kimi böyük, əzəmətli işlər gördüyünü qiymətləndirməyə əsas verir. Gənc alimin tədqiqatları… dünya etnoqrafiya elminə böyük töhfədir".

Q.Cavadov 300-ə yaxın elmi məqalənin və 10 monoqrafiyanın müəllifidir. Bunların arasında "XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri", "Azərbaycanda əkinçilik mədəniyyəti: ənənələr və müasirlik", "Əkinçilik mədəniyyətimizin sorağı ilə", "Xalq təbabətimiz məişətimizdə", "Udilər", "Talışlar" kitabları xüsusi yer tutur.

Kitabları

  • XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri. Bakı: Elm, 1979, 128 səh.
  • Azərbaycanda əkinçilik təqvimi və xalq meteorologiyası. Bakı: Qızıl Şərq, 1986, 40 səh.
  • Azərbaycanda əkinçilik mədəniyyəti: ənənələr və müasirlik. Bakı: Qızıl Şərq, 1986, 40 səh.
  • Народная земледельческая техника Азербайджана. Баку: Элм, 1989, 304 стр.
  • Əkinçilik mədəniyyətimizin sorağı ilə. Bakı: Azərnəşr, 1990, 168 səh.
  • Azərbaycanda el köməyi adətləri. Bakı: Azərnəşr, 1993, 104 səh.
  • Xalq təbabətimiz məişətimizdə. Bakı: Azərnəşr, 1995, 84 səh.
  • Udilər (tarixi-etnoqrafik tədqiqat). Bakı: Azərbaycan, 1996, 240 səh. (Professor Rauf Hüseynovla şərikli)
  • Azərbaycanın azsaylı xalqları və milli azlıqları. Bakı: Elm, 2000, 440 səh.
  • Talışlar (tarixi-etnoqrafik tədqiqat). Bakı: Elm, 2004, 616 səh.
  • Yazdım ki, izim qalsın. Bakı: "MBM", 2005, 428 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qəmərşah Cavadov haqqında məlumat. Qəmərşah Cavadov nədir? Qəmərşah Cavadov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hers

  • Fevral 27, 2026

    Mötəziliyyə

  • Fevral 27, 2026

    Məclisi-fəramuşan

  • Fevral 27, 2026

    Yoldaşlıq oyunu

  • Fevral 27, 2026

    Tətil

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst