Aleksandr Beqlov (19 may 1956, Bakı, Azərbaycan SSR, SSRİ) — rus dövlət xadimi, 3 oktyabr 2018-ci ildən etibarən Sankt-Peterburqun qubernatoru vəzifəsini müvəqqəti icra edir. Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri və Rusiya prezidentinin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsidir. Vahid Rusiya partiyasının üzvüdür.
| Aleksandr Beqlov | |
|---|---|
| rus. Александр Дмитриевич Беглов | |
| |
Vəzifədədir | |
| 3 oktyabr 2018-ci ildən | |
| Əvvəlki | Georgi Poltavçenko |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 19 may 1956 (69 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | siyasətçi |
| Elmi dərəcələri |
|
| | |
| Təltifləri | |
![]() | |
Həyatı və təhsili
Aleksandr Dmitriyeviç Beqlov 19 may 1956-cı ildə Bakıda anadan olub. 1976–1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1983-cü ildə Leninqrad Mühəndis-İnşaat İnstitutunu (hazırkı Sankt-Peterburq Dövlət Memarlıq-İnşaat Universiteti), 2003-cü ildə Şimal-Qərb Dövlət Xidməti Akademiyasını (hazırkı Şimali-Qərb İdarəçilik İnstitutu) bitirib.
Fəaliyyəti
- 1979–1991-ci illərdə Leninqrad şəhərinin tikinti təşkilatlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.
- 1991–1997-ci illərdə "Melazel" alman-rus birgə müəssisəsinin baş mühəndisi olub.
- 1997–1999-cu illərdə Sankt-Peterburq Dövlət Arxitektur-İnşaat Universitetində baş elmi işçi, doktorant olub.
- 1999–2002-ci illərdə Sankt-Peterburqun Kurort inzibati rayonunun başçısı işləyib.
- 2002–2003-cü illərdə Sankt-Peterburqun vitse-qubernatoru, 2003–2004-cü illərdə Rusiya Prezidentinin Şimali-Qərb federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin I müavini, 2004–2008-ci illərdə Rusiya Prezidentinin köməkçisi, 2008–2012-ci illərdə Rusiya Prezident Administrasiyası rəhbərinin müavini, 2012–2017-ci illərdə Rusiya Prezidentinin Mərkəz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi olub.
- 25 dekabr 2017-ci ildə Rusiya Prezidentinin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsi təyin edilib. A. Beqlov 26 iyun 2018-ci ildə yenidən bu vəzifəyə təsdiq edilib.
- 3 oktyabr 2018-ci ildən etibarən Sankt-Peterburqun qubernatoru vəzifəsini müvəqqəti icra edir.
Mükafatları
- 15 mart 2004-cü ildə Rusiyanın Federasiyasının əməkdar mühəndisi adını alıb.
- 19 may 2006-cı ildə IV dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordeni və Rusiya Federasiyasının Fəxri Fərmanı ilə təltif olunub.
- 1 iyul 2010-cu ildə Sestroretsk şəhərinin fəxri sakini adını alıb.
- 2011-ci ildə I dərəcəli "Müqəddəs Mömin Moskva knyazı Daniil" ordeni ilə təltif edilib.
- 2012-ci ildə III dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordeni ilə təltif olunub.
- 2013 və 2014-cü illərdə "Müqəddəs Sergiy Radonejski" ordeni ilə təltif edilib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksandr Beqlov haqqında məlumat. Aleksandr Beqlov nədir? Aleksandr Beqlov nə deməkdir?

