Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qurgen Qarnikoviç Nersiyan (erm. Գուրգեն Գառնիկի Ներսիյան; 15 oktyabr 1985, Stepanakert) — Ermənistan siyasətçisi, 2021-2023-cü illərdə DQR-nin baş prokuroru, 2

Qurgen Nersisyan

  • Ana Səhifə
  • Vikipediya
  • Qurgen Nersisyan

Qurgen Qarnikoviç Nersiyan (erm. Գուրգեն Գառնիկի Ներսիյան; 15 oktyabr 1985, Stepanakert) — Ermənistan siyasətçisi, 2021-2023-cü illərdə DQR-nin baş prokuroru, 22 fevral 2023-cü ildən avqust ayına qədər DQR-nin dövlət naziri.

Qurgen Nersisyan
Qondarma Dağlıq Qarabağ Respublikasının Dövlət naziri
23 fevral 2023 – 31 avqust 2023
ƏvvəlkiRuben Vardanyan
SonrakıSamvel Şahramanyan
Şəxsi məlumatlar
Doğum tarixi 15 oktyabr 1985(1985-10-15) (40 yaş)
Doğum yeri
  • Stepanakert, DQMV, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti siyasətçi

Həyatı

Qurgen Nersisyan 14 oktyabr 1985-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur. 2002-ci ildə Xankəndində Avetik İsaakyan adına 10 saylı məktəbi, 2007-ci ildə Xankəndi Universitetinin İqtisadiyyat-hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bitirmişdir. 2007-ci ildən DQR-nin prokurorluq sistemində işləmiş və Ağdərə rayon prokurorunun köməkçisi-stajyeri təyin edilmişdir. 2008–2009-cu illərdə Ağdərə rayon prokurorunun köməkçisi və həmin prokurorluğun prokuroru vəzifələrində çalışmışdır. 2009–2011-ci illərdə Xankəndi şəhər Prokurorluğunda prokuror vəzifəsində işləmişdir. 2011–2015-ci illərdə Baş Prokurorluğun Korrupsiyaya, əmlak və iqtisadi fəaliyyətə qarşı mübarizə idarəsinin prokuroru, 2019-cu ilə qədər isə böyük prokuror vəzifələrində çalışmışdır. 2019–2020-ci illərdə Baş Prokurorluqda prokuror vəzifəsində çalışmışdır. 2020-ci ilin iyul ayından hüquq müdafiəsi fəaliyyəti ilə məşğuldur.

11 fevral 2021-ci il tarixində DQR Milli Assambleyasının qərarı ilə Qurgen Nersisyan DQR-nin Baş prokuroru vəzifəsinə seçilmişdir. 23 fevral 2023-cü ildə Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan onu DQR-nin dövlət naziri vəzifəsinə təyin etmişdir.

Qurgen Nersisyan 2014-cü ildən elmi və pedaqoji fəaliyyətlə məşğuldur. Beş elmi məqalənin və ondan çox nəşrin müəllifidir.

Mükafatlar

  • "Mxitar Qoş medalı" (13 oktyabr 2016-cı il).
  • "Hüquq sisteminin gücləndirilməsinə görə medal" (22 noyabr 2019-cu il).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qurgen Nersisyan haqqında məlumat. Qurgen Nersisyan nədir? Qurgen Nersisyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Sağsağan

  • Fevral 27, 2026

    Taoizm

  • Fevral 27, 2026

    Yevgeni Qolovin

  • Fevral 28, 2026

    Diplomatik hüquq

  • Fevral 18, 2026

    Kosovo

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst