Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qurbanmurad Bazarbay oğlu Nəfəsov (türkm. Gurbanmurad Nepesov, erm. Կուրբանմուրադ Բազարբայի Նեֆեսով, rus. Гурбанмырат Базарбаевич Непесов; ləqəbləri "Basmaç" və

Qurbanmurad Nəfəsov

  • Ana Səhifə
  • Vikipediya
  • Qurbanmurad Nəfəsov

Qurbanmurad Bazarbay oğlu Nəfəsov (türkm. Gurbanmurad Nepesov, erm. Կուրբանմուրադ Բազարբայի Նեֆեսով, rus. Гурбанмырат Базарбаевич Непесов; ləqəbləri "Basmaç" və "Türkmən"; 1969, Boldumsaz rayonu[d], Daşoğuz vilayəti – 1992, Xankəndi, Dağlıq Qarabağ Respublikası) — türkmənəsilli SSRİ və Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı. O, ölümündən sonra Ermənistan Respublikasının "İgidliyə görə" medalı ilə təltif edilmişdir (2009). Nəfəsov "Yerablur" hərbi qəbiristanlığında dəfn edilən yeganə müsəlmandır.

Qurbanmurad Nəfəsov
türkm. Gurbanmurad Nepesov
Şəxsi məlumatlar
Ləqəbləri "Basmaç", "Türkmən"
Doğum tarixi 1969(1969)
Doğum yeri
  • Boldumsaz rayonu[d], Daşoğuz vilayəti, Türkmənistan
Vəfat tarixi 1992(1992) (22–23 yaşında)
Vəfat yeri
  • Xankəndi, Dağlıq Qarabağ Respublikası
Dəfn yeri
  • Yerablur
Vətəndaşlığı
  •  Türkmənistan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Ordusu, Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
Döyüşlər
  • SSRİ–Əfqanıstan müharibəsi,
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "İgidliyə görə" medalı — 2009

Həyatı

Qurbanmurad Bazarbay oğlu Nəfəsov 1969-cu ildə Türkmənistan SSR-in Kalininski rayonunda (indiki Boldumsaz rayonu) anadan olmuşdur. O, SSRİ Silahlı Qüvvələri sıralarında xidmət etmiş, Əfqanıstan müharibəsində iştirak etmişdir. SSRİ qüvvələri daxilində erməni hərbçilərlə eyni sırada xidmət edən Nəfəsov döyüşlər zamanı ağır yaralanmışdır. Buradakı erməni əsgərlərindən biri ona qan verərək onun həyatını xilas etmiş, sonrakı döyüşlərində birində həlak olmuşdur.

Sovet qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra Nəfəsov Ermənistan SSR-ə xidmətə göndərilmişdir. Bundan sonra o, DQMV-yə getmiş və burada separatçılara kömək etməyə başlamış, 1991-ci ildə Volodya Avetisyanın yaratdığı "Ayr Vaan" könüllü dəstəsinə daxil olmuşdur. Bu dəstədə çoxlu yezidi, rus, aysor və yunan da xidmət edirdi. Müharibə zamanı o, ermənilər arasında "Basmaç" və "Türkmən" ləqəbləri ilə tanınmışdır. Nəfəsovun müharibədə Ermənistan tərəfində vuruşmağına mənəvi səbəb kimi Əfqanıstanda erməni silah yoldaşının ölümü göstərilsə də, digər bir versiyaya görə azərbaycanlılara qarşı şəxsi problemi var idi və o, Azərbaycandan intiqam almaq istəyirdi.

1992-ci ildə "Ayr Vaan" dəstəsi Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində əməliyyatlara başlamışdır. Nəfəsov kəşfiyyatçı kimi Azərbaycan qüvvələrinin arxasına keçmiş və burada məlumat toplamışdır. Onun kəşfiyyat xarakterli fəalliyyəti sayəsində Ermənistan hərbçisi Jora Qasparyanın komandanlığı altında olan dəstə aprel ayında Azərbaycan Silahlı Qüvvələrinə aid 6 tankı məhv etmişdir. Bundan sonra Ağdaban kəndi işğal olunmuş və burada qətliam törədilmişdir. Nəfəsov 13 dekabr 1992-ci ildə Azərbaycan qüvvələri ilə döyüşdə həlak olmuşdur. Onun cəsədinin Aşqabada göndərilməsi nəzərdə tutulmuşdu, lakin müharibə vaxtı bunu etmək mümkün olmamışdır. Nəfəsovun cəsədi 4 ay morqda qalmış, sonra "Yerablur"da dəfn edilmişdir. Ermənistanın o zamankı müdafiə naziri Vazgen Sarkisyan əvvəlcə bir müsəlmanın "Yerablur"da dəfn edilməsinin uyğun olub-olmamasına şübhə ilə yanaşsa da, sonradan dəfninə razı olmuşdur.

Mükafatlar

  • "İgidliyə görə" medalı (29 yanvar 2009).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qurbanmurad Nəfəsov haqqında məlumat. Qurbanmurad Nəfəsov nədir? Qurbanmurad Nəfəsov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yuxarı Şorca

  • Mart 01, 2026

    Kosinus

  • Fevral 27, 2026

    Qraf (riyaziyyat)

  • Mart 02, 2026

    Kamal Axundov

  • Fevral 27, 2026

    Diyircəkli qələm

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst