Şərifzadə (Şərifov) Qurbanəli (1854, Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1917, Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya Respublikası[d]) — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır.
| Qurbanəli Şərifzadə | |
|---|---|
![]() Qurbanəli Şərifzadə (sağdan 1-ci) Azərbaycan maarifpərvər ziyalıları arasında | |
| Digər adı | Qurbanəli Şərifov |
| Doğum tarixi | 1854 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1917 (62–63 yaşında) |
| Vəfat yeri |
|
| Uşağı | |
| Fəaliyyəti | yazıçı, publisist, maarifçi |
Həyatı
Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M. T. Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu olmuşdur.
C. Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, 1908-ci ildən başlayaraq "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir. O, 1909-cu ildə çıxan müxtəlif nömrələrdə (10, 18, 21, 22, 27, 28, 42, 44, 49, 50) və 1910-cu ilin 14-cü nömrəsində "Məşədi Mozalanbəy" imzası ilə felyetonlar çap etdirmişdir. "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir.
C. Məmmədquluzadə, Ə. Haqverdiyev, F. Köçərli, M. Ə. Sabir, Ö. F. Nemanzadə və Ə. Qəmküsarla dostluq əlaqələri saxlamışdır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qurbanəli Şərifzadə haqqında məlumat. Qurbanəli Şərifzadə nədir? Qurbanəli Şərifzadə nə deməkdir?
