Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qumral Hüseyn qızı Sadıqzadə (7 dekabr 1929, Bakı – 2010) — Azərbaycan yazıçısı və tərcüməçisi. Şair Ümmügülsüm və yazıçı Seyid Hüseynin qızıdır.

Qumral Sadıqzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Qumral Sadıqzadə

Qumral Hüseyn qızı Sadıqzadə (7 dekabr 1929, Bakı – 2010) — Azərbaycan yazıçısı və tərcüməçisi. Şair Ümmügülsüm və yazıçı Seyid Hüseynin qızıdır.

Qumral Sadıqzadə
Qumral Seyid Hüseyn qızı Sadıqzadə
Doğum tarixi 7 dekabr 1929(1929-12-07)
Doğum yeri
  • Bakı, Bakı dairəsi, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 2010(2010) (80–81 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
  • Aydın Hüseynzadə[d]
Uşağı
  • Gülər Hüseynzadə[d]
Atası Seyid Hüseyn Sadiq
Anası Ümgülsüm Sadıqzadə

Mündəricat

Həyatı

1929-cu il dekabrın 6-da Bakıda, İçərişəhərdə əslən Novxanıdan olan ziyalı ailəsində anadan olub. 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1960-cı ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri ilə çıxış edib.

Yaradıcılığı

Yazıçını ədəbi mühitə tanıtdıran ilk əsəri dövrünün görkəmli publisisti, tənqidçisi, nasiri olan atası Seyid Hüseyndən, Azərbaycanın ilk ziyalı xanımlarından olan anası şairə Ümmügülsümdən, ümumiyyətlə nəslinin tarixindən bəhs edən iki hissədən ibarət "Son mənzili Xəzər oldu" adlı tarixi-sənədli romandır.

Müəllifin 2002-ci ildə çap etdirdiyi "Mənim nakam qardaşım" romanı bu nəslin tarixinin davamıdır. Əsər Seyid Hüseyn – Ümmügülsüm ailəsinin 37-ci il repressiyasından sonrakı dövrünü əhatə edir.

2000–2009-cu illər Qumral Sadıqzadənin həyatında bədii yaradıcılıq baxımından ən məhsuldar dövrdür. Bu illər ərzində dövri mətbuatda ədibin bir-birindən maraqlı povest və hekayələri ("Analar tək qalmasın", "Uzunçu", "Deyingən", "Təranə" və s.) çap olunub. Yazıçının qələmi bu gün də öz itiliyini saxlayır və fəaliyyətini davam etdirir. Onun sonuncu "İnəkli Peçenye" adlı hekayəsi 6 noyabr 2009-cu il tarixli "Ədəbiyyat" qəzetində çap olunub. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Kitabları

  • Son mənzili Xəzər oldu… Bakı: Gənclik, 1991.
  • Son mənzili Xəzər oldu… II hissə. Bakı: Boz oğuz, 1998.
  • Mənim nakam qardaşım. Bakı: Çaşıoğlu, 2002.
  • Analar tək qalmasın. Bakı: Şirvannəşr, 2009.

Ailəsi

Qumral həyatını məşhur ziyalı Əlipaşa Səbur Hüseynzadənin oğlu, alim və yazıçı Aydın Hüseynzadə ilə bağlayıb. Uşaqları Gülər Hüseynzadə və Tokay Hüseynzadə.

Mükafatları

  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qumral sadıqzadə sözünün mənası, qumral sadıqzadə haqqında məlumat. qumral sadıqzadə nədir? qumral sadıqzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dövri funksiya

  • Mart 06, 2026

    Kolatan (Astara)

  • Fevral 27, 2026

    E.ə. 710

  • Fevral 27, 2026

    Google Ads

  • Fevral 27, 2026

    Diferensial hesabı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst