Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qumarxana — Kütləvi şəkildə qumar oyunlarının təşkil edildiyi və ya keçirildiyi yerlərə verilən ümumi ad. Bir çox ölkələrdə qumarxanalara daxil olmaq üçün şəxsl

Qumarxana

  • Ana Səhifə
  • Vikipediya
  • Qumarxana

Qumarxana — Kütləvi şəkildə qumar oyunlarının təşkil edildiyi və ya keçirildiyi yerlərə verilən ümumi ad. Bir çox ölkələrdə qumarxanalara daxil olmaq üçün şəxslərdən yetkinlik yaşına çatmaları tələb olunur. Amerika Birləşmiş Ştatları başda olmaqla Almaniya, Çin, Fransa, İngiltərə, Kipr, İsveçrə, Avstraliya, İtaliya və Monakoda 18 yaşından aşağı şəxslər qumarxanalara buraxılmır. Günümüzdə qumarxanaları ifadə etmək üçün daha müasir bir termin olan Kazino sözündən istifadə olunur. ABŞ-nin Nevada ştatında yerləşən Las-Veqas şəhəri və Avropada yerləşən Monako ümumdünya qumarxana paytaxlarından hesab olunur.

Qumarxanaların tarixi

ABŞ-nin Nevada ştatında Las-Veqas şəhərində yerləşən Mirage kazino-hotel kompleksi.

Qumarxanaların dəqiq tarixi məlum deyil. Tarixi mənbələrdə Qədim Çində bir çox mərc oyunlarının oynanıldığı məlumdur. Həmin oyunlar hələ eramızdan əvvəl 2.300-cü ildə təşkil edililirdi. Qədim Yunanıstan və Qədim Romada da Qədim Çində olduğu kimi müxtəlif növ şans oyunları keçirilmişdir. İntibah dövrü Avropasından etibarən isə şans oyunları həvəskarlarının toplaşdığı ilk qumarxanalar meydana gəlməyə başladı. Tarixə məlum olan ilk qumarxana İtaliyanın Venesiya şəhərində 1638-ci ildə açılmışdır. Belə ki, hər il şəhərdə təşkil edilən karnavallar zamanı ölkənin müxtəlif yerlərindən gələn qumar həvəskarlarına nəzarət etmək üçün şəhərin mərkəzində ilk qumarxana fəaliyyətə başladı. Ridotto olaraq adlandırılan bu qumarxana 1770-ci ildən etibarən şəhərdə varlı və kübar insanların azalmasından sonra bağlanmışdır.

Avropadan Şimali Amerikaya kütləvi köçün başlamasından sonra Amerika qitəsində də ilkin qumarxanalar yaradılırdı. Salun olaraq adlandırlan bu tip yerlərdə kovboylar həm içki içir, həm də qumar oynayırdılar. Vəhşi Qərb mədəniyyətinin ayrılmaz tərkib hissələrindən olan Salonlar sırf qumarxanalar kimi əyləncə mərkəzləri kimi fəaliyyət göstərirdi. ABŞ müstəqillik əldə etdikdən sonra ölkənin müxtəlif bölgələrində qumar mərkəzləri yaranmağa və formalaşmağa başladı. Nyu-Orlean, Çikaqo, Sent-Lüis və San-Fransisko XIX əsr boyunca və XX əsrin ortalarına qədər Amerika qumar mərkəzləri hesab olunurdu. 1931-ci ildə Nevada ştatında qumar biznesi qanuniləşdirilir. Bununlada ABŞ ərazisində qumar biznesinin bir ştatın ərazisində cəmləmək hədəflənmişdir. 1978-ci ildə isə Nyu-Cersi ştatının Atlantik Siti şəhərində də qumarxanaların açılmasına rəsmən icazə verilir.

Həmçinin bax

  • Qumarbaz (film, 1959)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qumarxana haqqında məlumat. Qumarxana nədir? Qumarxana nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Cəlal Bayar

  • Fevral 27, 2026

    Georgi Çitaya

  • Mart 01, 2026

    Maks Vasmer

  • Fevral 27, 2026

    İvanovo vilayəti

  • Fevral 27, 2026

    81 (ədəd)

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst