Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qullar — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. Kənd Dərbənd şəhərindən 43 km cənubda Gülgeriçay sahilində, Məhərrəmkənd rayonu

Qullar (Dərbənd)

  • Ana Səhifə
  • Vikipediya
  • Qullar (Dərbənd)
Bu məqalə Dərbənd rayonunda yerləşən Qullar kəndi haqqındadır. Digər mənalar üçün Qullar (dəqiqləşdirmə) səhifəsinə baxın.

Qullar — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. Kənd Dərbənd şəhərindən 43 km cənubda Gülgeriçay sahilində, Məhərrəmkənd rayonu ilə sərhəddə yerləşir. Kənd şimalda Dərbənd rayonunun Belici qəsəbəsi ilə, cənubda Məhərrəmkənd rayonunun Kartas kəndi ilə, şərqdə Kurax rayonunun Qumux kəndi ilə, qərbdə Xiv rayonunun Friq kəndi ilə həmsərhəddir. Kənd Qubalı Fətəli xanın hakimiyyəti dövründə (1758-1789) salınmışdır. Kəndi bina edənlər Dərbənd şəhərindən gəlmiş türklər idilər. 1886-cı ildə kənd əhalisi 24 evdə 63 nəfəri kişilər, 44 nəfər isə qadınlar olmaqla 107 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 1 yanvar 1914-cü il tarixinə olan məlumata görə kənddə əsasən etnik tatarlardan (azərbaycanlılardan) ibarət hər iki cinsdən toplam 174 nəfər əhali yaşayırdı. XX əsrin 50-ci illərinədək monoetnik azərbaycanlı kəndi olsa da son 50-60 ildə (1950-ci ildən sonra) Dağıstanın Tabasaran, Kurax və Xiv rayonlarından tabasaranlıların və xüsusiylə ləzgilərin sürətli köçü nəticəsində kəndin etnik tərkibi dəyişmişdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınmasına əsasən kənddə 1,923 nəfər sakin yaşamış, milli tərkibinə görə isə kənd əhalisinin 1/2-i ləzgilərdən, 1/5-i azərbaycanlılardan, 1/5-i tabasaranlılardan, 1/10-i isə digər etnik qruplardan ibarət olmuşdur. Kəndin yaxınlığından "Bakı-Rostov" magistral avtomobil yolu keçir.

Qullar
41°50′11″ şm. e. 48°23′16″ ş. u.HGYO
Ölkə  Rusiya
Rayon Dərbənd rayonu
Əhalisi
Əhalisi
  • 2.326 nəf. (2025)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 368616
Xəritəni göstər/gizlə
Qullar xəritədə
Qullar
Qullar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qullar (dərbənd) sözünün mənası, qullar (dərbənd) haqqında məlumat. qullar (dərbənd) nədir? qullar (dərbənd) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aktobe FK

  • Fevral 27, 2026

    Sad surəsi

  • Mart 07, 2026

    Macəra diyarı

  • Fevral 25, 2026

    Maqma

  • Fevral 27, 2026

    Meğri rayonu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst