Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qreqori Pek (ing. Gregory Peck; 5 aprel 1916[…], San-Dieqo, Kaliforniya, ABŞ – 12 iyun 2003[…], Los-Anceles, Kaliforniya, ABŞ) — ABŞ aktyoru. Pek 1940–1960-cı i

Qreqori Pek

  • Ana Səhifə
  • Vikipediya
  • Qreqori Pek

Qreqori Pek (ing. Gregory Peck; 5 aprel 1916[…], San-Dieqo, Kaliforniya, ABŞ – 12 iyun 2003[…], Los-Anceles, Kaliforniya, ABŞ) — ABŞ aktyoru. Pek 1940–1960-cı illərdə Hollivudun ən çox tələb olunan aktyorlarından biri olmuşdur. O, "Bülbülü öldürmək" filmindəki vəkil Attikus Finç roluna görə Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı laureatı (1962).

Qreqori Pek
ing. Gregory Peck
Doğum adı Eldred Gregory Peck
Doğum tarixi 5 aprel 1916(1916-04-05)[…]
Doğum yeri
  • San-Dieqo, Kaliforniya, ABŞ
Vəfat tarixi 12 iyun 2003(2003-06-12)[…] (87 yaşında)
Vəfat yeri
  • Los-Anceles, Kaliforniya, ABŞ
Vəfat səbəbi bronxopnevmoniya[d]
Fəaliyyəti kino aktyoru, xarakter aktyoru, film prodüseri, teatr aktyoru, televiziya aktyoru, aktyor, prodüser, aktivist
Fəaliyyət illəri 1939-cu ildən
Təhsili
  • San-Dieqo Ştat Universiteti,
  • Berkli Kaliforniya Universiteti (–1939),
  • Neyborhud Pleyhaus teatr məktəbi[d]
Mükafatları Prezidentin "Azadlıq" medalı — 1969 "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi Kennedi Mərkəzinin fəxri mükafatı — 1991 ABŞ-nin incəsənət sahəsində milli medalı
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı — 1963
IMDb ID0000060
gregorypeck.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Eldred Qreqori Pek 5 aprel 1916-cı ildə Kaliforniya ştatının La-Hoyya şəhərciyində anadan olmuşdur. 3 yaşında ikən valideynləri ayrılmışdılar. Pekin atası qarışıq millətdən idi: atası ingilis, anası irland idi. Hətta anası da qarışıq millətdən idi (atası şotland, anası ingilis). Qreqori Pek Los-Ancelesdəki Sent-Con hərbi akademiyasında və Kaliforniyanın Berkli universitetində təhsil almışdır.

Qreqori Pek təhsil haqqını dalandar və ofisiant işləyərək özü ödəyirdi. Universitetdə oxuduğu illərdə Pek ədəbiyyat və aktyorluq sənəti ilə xüsusi maraqlanır və hətta universitet teatrına üz tutur. 1939-cu ildə Qreqori Pek bakalavr dərəcəsi alır və bir dəfə aktyorluq həvəsi onda baş qaldırır. Bu zaman Qreqori Nyu-Yorka getməli olur.

Ciddi şikəstlik onu İkinci dünya müharibəsində xidmət etməkdən azad edir. Elə bu zaman onun bəxti gətirir və təqaüd almağa başlayır. 2 teatr mövsümündən sonra Pek Brodveyə doğru irəliləməyə nail olur. Brodvey teatrlarının səhnələrində onun ifa etdiyi hər üç tamaşa teatr tənqidçiləri və izləyiciləri tərəfindən müsbət qarşılanır. Pekin sorağı Hollivuda da gedib çatır. 1944-cü ildə Qreqori Pekə "Şöhrət günləri" filmində rus partizanı rolunu ifa etməyi həvalə edirlər.

Elə həmin ildə də (1944) "Şahlığın açarı" filmində çəkilir. Bu filmdə rol alması Qreqori Pekə ulduz statusu və ilk "Oskar" qazandırır. Həmin müharibə illəri zamanı Hollivudda bir növ aktyor qıtlığı yaranmışdı. Səbəb bütün məşhur aktyorların cəbhəyə yollanması idi. Buna görə də Qreqori Pek rejissorlar tərəfindən "əldən buraxılmayan tapıntı" kimi aramsız olaraq müxtəlif filmlərə dəvət alırdı.

50 illik aktyorluq fəaliyyəti zamanı Pek 50-dən artıq filmdə çəkilməyə nail oldu. Onu dəfələrlə "Oskar"a namizəd seçsələr də, yalnız bir dəfə – "Bülbülü öldürmək" filmində ifa etdiyi vəkil roluna görə bu mükafatı qazana bilir. Bu film 1962-ci ildə ekranlara çıxmışdı.

Nüfuzlu aktyor olmasına baxmayaraq, 1947-ci ildə Pek öz vətənində Mel Ferrerlə birgə əsasını qoyduğu kiçik "Pleyhauz" teatrında işləməyə razı olmuşdu. Ömrünün sonlarına yaxın bir nəfərin şousu ilə ("Qreqori Peklə söhbətlər") bütün Amerikanı gəzir. Burada o, özü haqqında danışır və dinləyicilərin verdiyi ayrı-ayrı sualları cavablandırırdı.

Qreqori Pek 12 iyun 2003-cü ildə 87 yaşında Los-Ancelesdə ürək çatışmazlığı və bronxial pnevmoniya diaqnozu ilə vəfat etmişdir.

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1944Şöhrət günləriDays of GloryVladimir
1945Şahlığın açarlarıKeys of the KingdomFrensis Çizholm
1945OvsunlanmışSpellboundCon Bellantayn
1946Maral balasıYearlingEzra "Penni" Bekster
1946Günəş altında duelDuel in the SunLüton Makkenles
1947Centlmensayağı razılaşmaGentleman’s AgreementFilip Şöyler Qrin
1947Makomber işiThe Macomber AffairRobert Vilson
1948Sarı səmaYellow SkyCeyms "Striç" Douson
1949Şaquli uçuşTwelve O’Clock HighFrenk Sevic
1949Böyük günahkarGreat SinnerFyodor
1950AtıcıGunfighterCimmi Rinqo
1951Kapitan HorasioCaptain Horatio Hornblower R.N.kapitan Horasio Hornblouer
1951David və VirsaviyaDavid and BathshebaÇar David
1952Kilimancaronun qarlarıSnows of KilimanjaroHarri Strit
1953Roma tətilləriRoman HolidaysCo Bredli
1954Milyon funt sterlinq dəyərində bank biletiThe Million Pound NoteHenri Adams
1954Gecə adamlarıNight Peoplepolkovnik Stiv Van Dayk
1954Bənövşəyi düzənlikPurple PlainBill
1956Mobi DikMoby Dickkapitan Ahab
1957Qadını yaradarkənDesigning WomanMayk
1958BravadosBravadosCim Duqlass
1958Böyük ölkəBig CountryCeyms Makkey
1959Sevimli bütpərəstBeloved InfidelSkott
1959SahildəOn the BeachDVayt Layonel
1961Navaron adasının toplarıGuns of Navaronekapitan Kit Mellori
1962Qorxu burnuCape FearSem Bouden
1962Bülbülü öldürməkTo Kill a MockingbirdAttikus Finç
1963Kapitan NyumenCaptain Newman, M.D.kapitan Cozef Nyumen
1965XəyalMirageDevid Stiluell
1966ArabeskArabesqueprofessor Devid Pollok
1968Ayın izi iləStalking MoonSem Vorner
1969Makkennanın qızılıMackenna's GoldMakkenna
1969SədrChairmanCon Hetuey
1969İtirilmişlərMaroonedÇarlz Keyt
1976NişanəOmensəfir Robert Torn
1977Mak ArturMacArthurgeneral Duqlas Makartur
1978Braziliyadan olan oğlanlarBoys from BrazilYozef Mengele
1980Dəniz canavarlarıSea WolvesLüis
1982Mavi və bozBlue and the GrayAvraam Linkoln
1983Qırmızı və qaraScarlet and the BlackHyu O’Flerti
1987Təəccübedici Qreys və ÇakAmazing Grace and Chuckprezident
1991Başqalarının pullarıOther People's MoneyEndrü Yorgenson
1991Qorxu burnuCape Fearvəkil Li Heller
1998Mobi DikMoby Dickvaiz

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qreqori Pek haqqında məlumat. Qreqori Pek nədir? Qreqori Pek nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hücum təyyarəsi

  • Fevral 27, 2026

    Güzgü

  • Fevral 27, 2026

    Hənəfi məzhəbi

  • Fevral 23, 2026

    Rusiya SFSR

  • Fevral 27, 2026

    Anhesenamon

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst