Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qreqor Yohan Mendel (alm. Gregor Johann Mendel‎); (20 iyul 1822, Heinzendorf bei Odrau, Sileziya, Avstriya İmperiyası — 6 iyun 1884, Brno, Avstriya-Macarıstan)

Qreqor Mendel

  • Ana Səhifə
  • Vikipediya
  • Qreqor Mendel

Qreqor Yohan Mendel (alm. Gregor Johann Mendel‎); (20 iyul 1822, Heinzendorf bei Odrau, Sileziya, Avstriya İmperiyası — 6 iyun 1884, Brno, Avstriya-Macarıstan) avstriya bioloq və botaniki, irsiyyət haqqındakı təsəvvürlərin inkişafında mühüm rol oynamış, genetikanın atası və İrsi əlamətlərin qanunauyğunluğunun müəllifi.

Qreqor Yohan Mendel
alm. Gregor Johann Mendel‎
Doğum adı Johann Mendel
Doğum tarixi 20 iyul 1822
Doğum yeri Heinzendorf bei Odrau, Sileziya, Avstriya İmperiyası
Vəfat tarixi 6 yanvar 1884 (61 yaşında)
Vəfat yeri Brno, Avstriya-Macarıstan
Vəfat səbəbi böyrək çatışmazlığı[d], Nefrit (xəstəlik)
Elm sahəsi Genetika
İş yerləri Müqəddəs Tomas abbatlığı, Brno
Təhsili
  • Vyana Universiteti
Tanınmış yetirməsi Leoş Yanaçek
Tanınır Genetikanın atası, İrsiyyət qanununun müəllifi
Mükafatları "Frans İosif" ordeninin komandor xaçı
İmza
mendelweb.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Qreqor Yohan Mendel 20 iyul 1822-ci ildə Avstriya imperiyasının Heinzendorf bei Odrau şəhərciyində (indiki Çexiya) kəndli Anton Mendelin ailəsində doğulmuşdur. Təbiətə erkən yaşlarında maraq göstərmiş və bağbanlıq etmişdir. İki il Olmüç universitetində fəlsəfə sinifində oxuduqdan sonra, 1843-cü ildən Brnodakı Avqustin ordeninin Müqəddəs Foma monastrında Qreqor adı altında monarxlığa başlayır. 1844-1848-ci illərdə Brno ali ruhani məktəbində oxumuş və 1847-ci ildə rahib olmuşdur. Bir çox elmlərə maraq göstərərək onları öyrənmiş, bir məktəbdə yunan dilindən, hesabdan dərs demişdir. 1849-1851-ci illərdə Znoym gimnaziyasında riyaziyyatdan, latın və yunan dilinən dərslər demişdir. 1851-1853-cü ildə Vyana universitetində sitoloq Ungerin rəhbərliyi altında təbiət hadisələrini öyrənmiş, bitkilərin çalaqlaşdırılması metodları ilə maraqlanmışdir.

1854-cü ildə diplomsuz mütəxəssis olsa da Brno ali real məktəbində fizikadan və təbiətşünaslıqdan dərs demək üçün təklif almışdır. Növbəti iki biologiya imtahanından kəsilən Mendel Avqustin monastrında abbatlıq edir. Bitkilərin müxtəlif əlamətləri onda böyük maraq yaradaraq 1856-1863 illərdə monastrın baxçasında noxud bitkisi üzərində bəzi tədqiqatlar apararaq irsi əlamətlərin qanunauyğunluğunu izah edən günümüzdə "Mendel qanunu" kimi tanınan qanununun izahını vermiş olur.

8 mart 1865-ci ildə Mendel öz təcrübə və tədqiqatlarının nəticələri haqqında Brno təbiətşünaslar cəmiyyətinə hesabat verir. Onun tədqiqatları cəmiyyətin işləri ilə birlikdə "Calaq bitkiləri üzərində təcrübələr" başlığı altında dərc olunur. Brno təbiətşünaslar cəmiyyətinin jurnalı prestij və bir o qədər də məşhur deyildir. Bu qəbildən olan dərclərə yalnız mərkəzi kitabxanalarda rast gəlmək mümkün idi. 1884-cü ildə Mendelin vəfatından sonra onun bu tədqiqatları unudulur və məşhurlaşa bilmir. 1900-ci ildən başlayaraq holland Huqo De Friz, alman Karl Korrens və avstriyalı Erix fon Çermak bir-birilərindən müstəqil şəkildə nəbati tədqiqatlar apararkən Mendelin məqaləsinə rast gəlirlər və anlayırlar ki, onların apardıqları tədqiqatlar Mendelin nəticələri ilə tam üs-üstə düşür. Beləliklə mendelin dərci sağlığında ala bilmədiyi qiymətini alaraq və yayılaraq dünyanın 120 universitetinin kitabxanasına yetişmiş olur.

Mendelin kəşfinin məğzi ondan ibarət idi ki, hər bir canlı orqanizm irsi əlamətləri daşıyan, hal-hazırda gen adlandırılan əsas hissəciklərə malikdir. Bu hissəciklər vasitəsilə irsi xasiyyət və əlamətlər nəsildən-nəsilə ötürülmüş olur.

Qalereya

  • Qreqor Yohan Mendelin barelyefi
    Qreqor Yohan Mendelin barelyefi
  • Avqustin ordeninin Müqəddəs Foma monastrı, Brno
    Avqustin ordeninin Müqəddəs Foma monastrı, Brno
  • Qreqor Yohan Mendelin Brno Mendel Universitetindəki büstü
    Qreqor Yohan Mendelin Brno Mendel Universitetindəki büstü
  • İrsiyyət qanunauyğunluğu
    İrsiyyət qanunauyğunluğu

Həmçinin bax

  • Mendel qanunu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qreqor Mendel haqqında məlumat. Qreqor Mendel nədir? Qreqor Mendel nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    18 may

  • Fevral 23, 2026

    Dnestryanı

  • Fevral 23, 2026

    İnçxon

  • Fevral 19, 2026

    Azərbaycan Respublikası

  • Fevral 23, 2026

    Dərisitikanlılar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst