Qrızdəhnə — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi dairəsində kənd.
| Qrızdəhnə | |
|---|---|
| 41°14′22″ şm. e. 48°18′36″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Quba rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 164 (2009) nəfər |
![]() Qrızdəhnə | |
Toponimikası
Qrızdəhnə oyk., miir. Baş Qafqaz silsiləsinin yamacmdadır. Oykonim qrız (etn.) və dahııə topokomponentlərindən ibarətdir. Keçmiş adı Hacıxan Dəhnə olmuşdur. Kənd Qudyal çayının Qnz kəndi yaxınlığında dağ dərələrindən düzənə çıxdığı yerdə, dəhnədə yerləşmişdir. Yaşayış məntəqəsi Qrız kəndindən Hacıxan adlı bir şəxsin başçılığı ilə köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Əhalisi
Kənd kiçik bir ərazidən ibarət olmaqla, əhalisi təqribən 110–120 nəfər, 28 evdən ibarətdir. 200 il bundan əvvəl kənd indikindən 3 dəfə çox ərazini əhatə edirdi. Lakin tədricən kənd boşalmış və indiki vəziyyətə düşmüşdür. Əhalinin çox hissəsi kənd ətrafına və Quba şəhərinə köçmüşlər. Qədim Qrız kəndinin qalıqları, müasir kənddən 6 km aralıda meşəlikdə, iri qayalıqların ətəyində saxlalnılıb. Kənddə əhali çox azdır. Sakinlər qrız dilini xatırlasa da, əsasən azərbaycan dilində danışırlar. Köhnə adət-ənənələr qismən də olsa saxlanılıb. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 164 nəfər əhali yaşayır.
Görməli yerlər
- Nazlı bulaq şəlaləsi
- Məst Dərgah
Görüntülər
Dağlar qoynunda qurulan Qrızdəhnə
Nazlı Bulaq şəlaləsi
Kəndin girişi
Məst dərgah istirahət mərkəzi
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qrızdəhnə sözünün mənası, qrızdəhnə haqqında məlumat. qrızdəhnə nədir? qrızdəhnə nə deməkdir?
