Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qoçqarışan (az.-əski. قوچقاریشان‎) və ya Qoç boranı – Azərbaycan xalq təqviminə görə payızın əvvəlinə verilən ad.

Qoçqarışan

  • Ana Səhifə
  • Vikipediya
  • Qoçqarışan
Qoçqarışan
az.-əski. قوچقاریشان‎
Daxil olan dövrlərPaqtıqan
Keçirilən mərasimlər
  • Qoç döyüşü
  • Yallı
Əvvəlki dövrElqovan
Digər adları
  • Qoç boranı
  • Qoç qatımı (İğdır azərbaycanlılarında)
Müddətipayızın əvvəli
Qidalar
  • fətir
  • halva və qayısı qovurması
    (İğdır azərbaycanlılarında)

Qoçqarışan (az.-əski. قوچقاریشان‎) və ya Qoç boranı – Azərbaycan xalq təqviminə görə payızın əvvəlinə verilən ad.

Mündəricat

Müddəti

Azərbaycanda köçəri maldarlar payızın əvvəlini "qoçqarışan" adlandırır. Bu ayda əvvəlcədən yetişdirilmiş qoçlar sürüyə buraxılır və döllənmənin qışın son ayına (boz ay) düşməsi nəzərə alınır. Payızın ilk 5–10 günü ərzində qoç sürüyə buraxılır. Bu zaman hava soyuyur, güclü yağış və külək olur. Belə vaxtda dağlara düşən qar "boranlı qar" adlandırılır. Ona görə də qoçqarışana "qoç boranı" da deyirlər.

Tarixən qoçqarışan ayı yüksək səviyyədə qeyd edilmişdir. Bu zaman sürülərə baxış keçirilir, xəstə, qocalmış və doğuş üçün yararsız qoyunlar sürüdən çıxarılır. Çobanlar qoçların sürüyə buraxılacağı tarixi təyin edirlər. Adətə görə, bu gün cümə günü (adına günü) olmalıdır.

Sürüyə buraxılacaq qoçlara baxış mərasimi keçirilir. Alnına xına sürtülmüş cavan qoçlar bir-biri ilə döyüşdürülür. Ən yaxşı qoç sahiblərinə hədiyyə təqdim edilir. Seçilmiş qoçlar çobanların yanına aparılır. Çobanlar qonaqları qarşılayıb, yemək olaraq fətir verirlər. Yaxşı rəqs edənlər yallı oynayır. Sonra isə qoçlar sürüyə buraxılır.

Qoçların cütləşməsinə çobanlar nəzarət edir. Sürüyə qoç buraxılarkən qoçun yanına ağ qoyun gələrsə, qışın soyuq və qarlı keçəcəyinə inanılır. Əgər ala qoyun gələrsə, qış soyuq keçməyəcək. Qara qoyun gələrsə, mülayim qış olacaq. Qoçlar payızın son ayına qədər sürülərdə qalır.

İğdır azərbaycanlılarında "Qoç qatımı" mərasimi ənənə halını almışdır. Payızın sonlarında bir neçə, yaxşı yetişdirilmiş qoç sürüyə buraxılır. Bu qoçlar əvvəlcədən bəzədilir, yerli bitkilərdən əldə edilmiş kök boyası və ya xına ilə boyanır, üstünə şəkər, muncuq, alma asılır. Qoyunun həm dişi, həm erkək bala verməsi üçün qoçun üstünə qız və oğlan uşağı çıxardılır. Qoçun buynuzlarına alma və ya nar asılmasının əkiz quzuların doğulmasına səbəb olacağına inanılır. Bundan başqa sürü sahibləri əhaliyə halva və qayısı qovurması paylayırlar.

Kəsişən dövrlər

  • Payız gecə-gündüz bərabərliyi (Paqtıqan). Azərbaycan xalq inancında Ay və Günəş sevgilidir. Onların sevgisi əbədidir, amma heç vaxt birləşə bilməzlər, lakin gecə ilə gündüzün bərabər olduğu gündə bir-birinin üzünü görə bilirlər. Buna baxmayaraq, onlar yenə də görüşə bilmədən bir-birlərini itirirlər. Azərbaycan kəndlərində bu gecə müxtəlif oyunlar oynayırlar.

Ədəbiyyat

  • Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qoçqarışan sözünün mənası, qoçqarışan haqqında məlumat. qoçqarışan nədir? qoçqarışan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Təhmasib

  • Fevral 27, 2026

    Citrus maxima

  • Fevral 27, 2026

    Hidrazin

  • Fevral 26, 2026

    Ensefalit

  • Fevral 24, 2026

    Modul

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst