Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu xalçalar ilk dəfə Qarabağda toxunub. Sonradan Qobustanın Nabur və Qubanın Dərəçiçi kəndlərində də bu tip xalçaları toxumağa başlayıblar. Bu xalçaların toxunm

Qollu-çiçi xalçaları

  • Ana Səhifə
  • Vikipediya
  • Qollu-çiçi xalçaları

Qollu-çiçi və ya Qollu xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.

Xalça
Qollu-çiçi xalçaları
Xalça haqqında məlumatlar
Məktəbi Quba xalçaçılıq məktəbi
Ölkə Azərbaycan Azərbaycan
Toxunması haqqında məlumatlar
Üslubu Quba xalçaçılıq məktəbi

Mündəricat

Təsnifatı

Bu xalçalar ilk dəfə Qarabağda toxunub. Sonradan Qobustanın Nabur və Qubanın Dərəçiçi kəndlərində də bu tip xalçaları toxumağa başlayıblar. Bu xalçaların toxunması buradan da Qubanın digər bölgələrinə yayılıb. Hazırda Azərbaycandan başqa bu xalçalar Dağıstanda və Türkmənistanda da toxunur. Bu kompozisiya rəngarəngliyi və gözəlliyi ilə Yaxın və Orta Şərqdə, sonralar isə daha geniş miqyasda şöhrət qazanıb. Bəzi sənətşünaslar bu xalçaları "Şirvani" və "Dağıstan" adlandırırlar. Bu xalçaya Qarabağdan olan ustalar "Maşın", Şirvanda olanlar isə "Qollu" və ya "Qollu göl" adı veriblər. Çiçidən olan xalça toxucuları isə bu xalçalara "Qollu çiçi" və ya "İsbigülçiçi" deyirlər.

Bədii xüsusiyyətləri

1775–1800-cü illərdə Azərbaycan xalçaçılıq məktəbində yaranan bu kompozisiya konstruksiya və bəzək elementləri ilə seçilir. İki yüz il ərzində bu kompozisiya müxtəlif adlar altında və müxtəlif formalarda mövcud olub. Bu xalça növü xalçaçılıqda əlaqəli yox Rusiyada inkişaf etmiş qalın parça istehsalı ilə bağlıdır. XX əsrin əvvəllərində Nijeqorod yarmarkasında və İstanbul bazarında böyük qalın toxunuşlu böyük Qarabağ xalçalarına tələb aşağı düşür. Burada artıq daha yumşaq toxunuşlu nisbətən kiçik Quba xalçası olan "Qollu çiçi" xalçalarına tələb artır.

"Qollu Çiçi" xalçalarının kompozisiyasını, xalçanın orta sahəsində bir neçə gülün biri-biri ilə bağlı formada olması təşkil edir. Onlar diaqonal boyunca uzanan və çarpazlaşan 4 qol vasitəsilə düzəlirlər. Xalçanın adı da məhz burdan gəlir. Xalçaların haşiyələrində eyni qrup xalçaların müxtəlif haşiyə zolaqlarından istifadə olunur. "Dolanqaç" və ya "çaxmaq" adlı haşiyələrdən geniş istifadə olunur. "Dolanqaç" kimi haşiyənin "Qollu çiçi" xalçasına uyğun gəlməməyinə baxmayaraq S hərfini xatırladan və haşiyənin bir hissəsi olan "su" elementindən ibarət bu haşiyə xalçalarda geniş istifadə olunur.

Texniki xüsusiyyətləri

"Qollu Çiçi" xalçaları əsasən 120x180 sm-dən 135x210 sm-ə qədər olur. Bəzən daha böyük ölçülərə də təsadüf olunur. İlmələrin sıxlığı 40–50-dən 50–60-a qədər dəyişilir, hündürlüyü isə 4–6 mm olur. "Qollu Çiçi" xalçalarına şöhrət gətirən ən böyük amil onların ağ fonda görünüşü olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qollu-çiçi xalçaları sözünün mənası, qollu-çiçi xalçaları haqqında məlumat. qollu-çiçi xalçaları nədir? qollu-çiçi xalçaları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kənan Evrən

  • Mart 01, 2026

    Çevrə qövsü

  • Fevral 24, 2026

    Azadlıq radiosu

  • Fevral 27, 2026

    Rüstəm Paşa

  • Fevral 27, 2026

    Məmməd Orucov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst