Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qoçuluq ictimai bir hadisə kimi XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. Qoçu sözünə həmin dövrdə fəaliyyətdə ol

Qoçuluq

  • Ana Səhifə
  • Vikipediya
  • Qoçuluq

Qoçuluq — qolugüclülük, zorakılıq, güc göstərməklə nüfuz sahibi olmaq.

Məşhur Bakı qoçularından Qoçu Nəcəfqulu

Qoçuluq ictimai bir hadisə kimi XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. Qoçu sözünə həmin dövrdə fəaliyyətdə olan dövrü mətbuatda tez-tez rast gəlinir.

Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi öz xatirələrində qoçuları belə xatırlayır: "Qoçuların həyatını da öyrənməklə maraqlanırdım. Xüsusən onların həbsxana içərisindəki nüfuzu və həbsxana işçilərinin onlara bu qədər qorxa-qorxa yanaşması məni maraqlandıracaq işlərdən idi."

Bakıda hər bir məhəllənin və hər bir kəndin qoçusu var idi. Qoçular arasında tez-tez münaqişələr baş verirdi. Əksər qoçuların kiçik silahlı dəstələri olurdu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasında qoçuların davranışı tənqidi və komik şəkildə göstərilmişdir.

Mündəricat

Mart soyqırımı və Bakı qoçuları

1918-ci ilin mart faciəsində və o illər ətrafında Bakı qoçuları ermənilərə layiqli cavab verməklə Bakını və bakılıları müdafiə etmişdilər. Bu haqda "Bakı və bakılılar" kitabında müəllif yazır ki: "1905 və 1918-ci illərdə erməni-müsəlman qırğınında qoçuların fəaliyyətini qeyd etməmək mümkün deyil. 1918-ci ildə erməni daşnaklarının erməni kəndindən şəhərə hücum edəcəklərini eşidən kimi qoçular bir sədd kimi onların qabağını kəsmişdilər".

Türk ordusu Bakıya gələnədək şəhəri ermənilərin hücumundan qorumaq çətinləşibmiş. Həmin dövrdə ayrı-ayrı dəstələrə parçalanan Bakı qoçuları milyonçularla və ziyalılarla birləşərək xalqın köməyindən istifadə etməklə şəhəri ermənilərin hücumundan qoruyublar. Hadisələrin idarə olunduğu mərkəz isə "İsmailiyyə"nin binasında olub.

Həmin dövrü tədqiq edən tarixçilərin yazdıqlarına görə, şəhəri əhatəyə alan Qafqaz İslam Ordusuna ən dəqiq məlumatları məhz qoçular verirdilər. Professor Musa Qasımlı buna sübut kimi o vaxt şəhərdə olan ingilis generalı Denstervilin xatirələrinə istinad edərək deyir ki, şəhəri işğaldan azad edən topçular məhz qoçuların verdiyi məlumat əsasında dəqiqliklə atəş açırdı, memarlıq abidələrinə və yaşayış evlərinə heç bir zərər gəlmirdi.

Kürdəxanılı qoçu Məşədi Adil də 1918-ci il mart hadisələri zamanı əhalini erməni qırğınından qoruyan şəxslərdən biri olmuşdu. Qoçular Biləcəri-Xocahəsən yolunda səngərlər qazaraq Andranik və Amazaspın qoşunlarına qarşı döyüşmüşdülər. Təsadüfi deyil ki, ermənilər Bakıda genişmiqyaslı qətliam törətsələr də qoçuların müqavimətinə rast gəldiklərinə görə kəndlərə girə bilməmişdilər.

Həmçinin bax

  • Qoçu Nəcəfqulu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qoçuluq haqqında məlumat. Qoçuluq nədir? Qoçuluq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Qabriel Farengeyt

  • Fevral 25, 2026

    Şimali Koreya

  • Fevral 24, 2026

    Fransa tarixi

  • Fevral 23, 2026

    3 fevral

  • Fevral 24, 2026

    Adəm

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst