Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qoçu Nəcəfqulu (bilinmir, Bakı – 29 may 1920, Bakı) — Bakı qoçusu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında yaratdığı Qoçu Nəcəfqulunun prototipi.

Qoçu Nəcəfqulu

  • Ana Səhifə
  • Vikipediya
  • Qoçu Nəcəfqulu

Qoçu Nəcəfqulu (bilinmir, Bakı – 29 may 1920, Bakı) — Bakı qoçusu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında yaratdığı Qoçu Nəcəfqulunun prototipi.

Qoçu Nəcəfqulu
Nəcəfqulu Rzaqulu oğlu
Doğum tarixi bilinmir
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR
Vəfat tarixi 29 may 1920(1920-05-29)
Vəfat yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR
Vəfat səbəbi güllələnmə[d]
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan Azərbaycan
Fəaliyyəti qoçu
Tanınır Bakı Qoçusu

1918-ci ildə ermənilər Bakıya hücum edən zaman öz vəsaiti hesabına aldığı silah-sursatı camaata paylayaraq müdafiə dəstələri yaradıb. Daşnaklarla mübarizədə göstərdiyi igidliyə görə türk ordusunun generalı Nuru Paşa, onu ordenlə təltif edib. Bakı tarixində bir çox qanlı hadisələr onun əli ilə törədilmişdi. Sovet hakimiyyətinin ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü ilə güllələnmişdi.

Mündəricat

Həyatı

Bakı tarixində bir çox qanlı hadisələr onun əli ilə törədilmişdi. Sovet hakimiyyətinin ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü ilə güllələnmişdi.

Keçisi

Özü ilə gəzdirdiyi keçisi olub. Keçini çəpişlik vaxtından bəsləyib. Məşhur "O olmasın, bu olsun" filmindəki həmin ağ keçidir. Qoçunun nəvəsi bildirir ki, filmdə rejissor təxəyyülünün məhsulu var:

" Keçinin olması faktı həqiqətdir, amma babam o qədər cılız adam olmayıb ki, keçiyə görə həmin satıcını vursun, alçaltsın. Elə hallarda babam həmişə sahibkara dəyən ziyanı ödəyib, keçini oradan uzaqlaşdırarmış. Həmin keçi daha çox qonum-qonşunu incidirmiş. "

Həbsi və güllələnməsi

1920-ci ildə 12 məşhur Bakı qoçusu həbs olunaraq, Bayıl türməsinə gətirilir. Sonradan onlara daha yeddi nəfər də əlavə olunur. 1920-ci il 20 mayda Mayılov Teatrında (indiki M. F. Axundov adına Opera və Balet Teatrı) işinə başlamış bu məhkəmə prosesinə 19 nəfər müttəhim cəlb edilmişdi. Bu prosesdə "İnqilabi tribunalın" sədri Teymur Əliyev, ittihamçı prokuror isə ədliyyə komissarı Əliheydər Qarayev idi.

Cəmi bir həftə, 28 maya qədər davam edən bu məhkəmə prosesi ittiham olunanların 15-i haqqında ölüm hökmü, 3-ü barədə müxtəlif müddətli həbs cəzası və birinin azadlığa buraxılması ilə yekunlaşır. Adı ölümə məhkum olanların arasında olan Qoçu Nəcəfqulu son sözündə Bakıda müxtəlif cinayətlər törətdiyini səmimi etiraf edir:

" Mən Bakıda bir sıra qanlı hadisələrin törədilməsinin iştirakçısı olmuşam, bizə hücum edən erməniləri öldürmüş, bir sıra başqa cinayətlər törətmişəm. Əgər siz məni bu işlərimə görə mühakimə etsəydiniz, sizə minnətdar olardım. Ancaq mən nə Əli Bayramovu tanımışam, nə də onun öldürülməsində iştirak etmişəm. Mən Bakının yarısını erməni daşnaklarından qorumuşam. Ona görə də türklərdən mükafat və orden almışam. Bəs bunlar hara getdi? "

28 may 1920-ci ildə hökm İnqilab Komitəsinin sədr müavini Mirzə Davud Hüseynov tərəfindən təsdiq olunur və 29-na keçən gecə saat 02:30-da hər iki tribunalın üzvü Zeynal Dadaşovun və Bakı şəhərinin komendantı Mazurovun iştirakı ilə icra edilir.

Mart soyqırımı

Erməni və rus birləşmiş qoşunlarının hücumunun qarşısı Qoçu Nəcəfqulunun rəhbərliyi ilə yaradılmış "Məştağa dəstəsi" tərəfindən Maştağanın yaxınlığında yerləşən körpüdən bir qədər aşağıda, Zabrat yolunda alınıb. Qafqaz İslam Ordusu Bakı kəndlərinə daxil olduqdan sonra dəstə, silahlı heyətini genişləndirərək "Maştağa qarnizonu" adını alıb və Bakı üzərinə həlledici hücum zamanı bu qarnizon böyük rəşadət göstərib. Nuru Paşa, Qoçu Nəcəfqulunu göstərdiyi igidliklərə görə ordenlə təltif edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qoçu Nəcəfqulu haqqında məlumat. Qoçu Nəcəfqulu nədir? Qoçu Nəcəfqulu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Yeqor Qaydar

  • Fevral 23, 2026

    Lənkərançay

  • Fevral 27, 2026

    Lombok boğazı

  • Fevral 27, 2026

    Gilzaylar

  • Fevral 27, 2026

    III Reyx

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst