Lənkərançay — Lerik və Lənkəran rayonları ərazisindən axıb Xəzər dənizinə tökülən çay.
| Lənkərançay | |
|---|---|
| |
| Ölkə | |
| Keçdiyi ərazilər | Lerik rayonu Lənkəran rayonu |
| Mənbəyi | Talış dağları, Gömür-Göydağ |
| • Yüksəkliyi | 2493 m |
| Mənsəbi | Xəzər dənizi |
| Uzunluğu | 81 km |
| Hövzəsinin sahəsi | 1080 km² |
Ümumi məlumat
Uzunluğu 81 km, hövzəsinin sahəsi 1080 km²-dir. Başlanğıcını Talış dağları silsiləsinin Gömür-Göydağ (2493 m) mənbəsinin şərq yamacından götürür. Orta və yuxarı axımında Vəzəru, Dübür, Lerikçay, Bəşərüçay qolu qovuşandan sonra Lənkərançay adlanır. Başlıca qolları, sağdan Kəncəbərü (uzunluğu 44 km), Veriçay (uzunluğu 16 km), Bəşərü (uzunluğu 38 km), soldan isə Alaşa (uzunluğu 16 km) çaylarıdır. Çayın uzunluğu 81 km-dir.
Axımı əsasən yağış (70%), qismən də yeraltı (20%), qar (10%) sularından əmələ kəlir. Orta illik su sərfi 13,0 kub m/san-dir. Bunun 45%-i payızda, 30%-i yazda, 4%-i yayda, 21%-i isə qışda keçir. İntensiv su-varma dövründə (iyul-avqust) illik axımının Z-5%-i axır. Orta hesabla ildə Xəzər dənizinə 120 min tona qədər lil aparır. Suyu xloridli-natriumlu olmaqla minerallaşması 500–1000 mq/l-dir. Onun sağ qolları şimal-şərq, ana yatağı isə cənub-şərq istiqamətində axır. Bütün qolları Peştəsər silsiləsini düz bucaq altında kəsib keçir. Əsas yataq Burovar silsiləsini də kəsir. Çayın illik su sərfi Sifidor kəndi yaxınlığında 8,07 m3/san, Lənkəran şəhəri yaxınlığında isə 12 m3/san-dir.
Lənkərançayın suyu suvarma işlərinə və Lənkəran şəhərinin su təchizatına sərf olunur.
Həmçinin bax
- Azərbaycan çayları
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lənkərançay haqqında məlumat. Lənkərançay nədir? Lənkərançay nə deməkdir?

