Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaşqaçay oyk., sadə. Qaşqaçayın sol sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi sahilində yerləşdiyi çayın adını daşıyır. Qaşqa qədim tür

Qaşqaçay

  • Ana Səhifə
  • Vikipediya
  • Qaşqaçay

Qaşqaçay — Azərbaycan Respublikasının Qax rayonunun Qaşqaçay kənd inzibati ərazi dairəsində kənd.

Qaşqaçay
41°23′24″ şm. e. 47°02′33″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Şəki-Zaqatala iqtisadi rayonu
Rayon Qax rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1 325
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 1.055 nəfər (2012)
Rəqəmsal identifikatorlar
Telefon kodu +994
Poçt indeksi AZ 3421
Nəqliyyat kodu 34
Xəritəni göstər/gizlə
Qaşqaçay xəritədə
Qaşqaçay
Qaşqaçay

Mündəricat

Tarixi

Coğrafiyası və iqlimi

Əsasən dağlıq ərazilərdən ibarətdir. Yağıntıları bərabər paylanan mülayim–isti iqlim hakimdir.

Əhalisi

  • 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən "Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalı"na əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Qaşqaçay kəndində milli tərkibi ləzgilərdən ibarət 98 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik Türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
  • 14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Qax şöbəsi, Qaşqaçay kənd cəmiyyəti tərkibinə daxil olan Qaşqaçay kəndində 192 evdə sünni etiqadlı müsəlman avarlardan (190 evdə 555 nəfər kişilər və 431 nəfər qadınlar olmaqla toplam 986 nəfər əhali) və tatarlardan (2 evdə 7 nəfəri kişilər və 6 nəfəri qadınlar olmaqla toplam 13 nəfər) ibarət 999 nəfər (562 nəfəri kişilər, 437 nəfəri qadınlar) əhali yaşayırdı. Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik Türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdirlər.
  • 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik saxurlardan ibarət toplam 1269 nəfər əhali yaşayırdı.
  • 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 396 təsərrüfatda toplam 1055 nəfər əhali yaşamaqdadır.

Toponimikası

Qaşqaçay oyk., sadə. Qaşqaçayın sol sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi sahilində yerləşdiyi çayın adını daşıyır. Qaşqa qədim türkdilli abidələrdə "sakit, dinc" mənalarında işlənilən "qosqı" (qoşqı) sözünün xalq etimalogiyası təsiri ilə yaranmış formasıdır (türk dillərində "s" səsinin "ş" səsi ilə yerdəyişməsi məlumdur). Müasir dildə qoşqı sözü işlənmədiyindən Qaşqaçay şəklinə düşmüşdür. Digər fikrə görə, çay qara və boz rəngə çalan çaydaşlarının üzərindən axdığına görə yerli əhali çaya Qaşqa adı vermişlər. Əslində ad "qaşdan, dağın yüksək yerindən axan çay" mənasını verir. Azərbaycanda "qaşqa" komponentli coğrafi adlar azdır. Qırğızıstanda qaşqa komponenti ilə yaranan 62 coğrafi ad mövcuddur.

Tanınmış şəxsiyyətləri

  • Cavanşir Rəhimov — Azərbaycanın Milli Qəhrəmanı
  • Rəfael Süleymanov — Tarix elmləri doktoru, professor.
  • Abdulhəmid Manafov — Sərbəst güləş üzrə Veteranlar arasında dünya birinciliyinin 2012-ci il qızıl, 2013-ci ildə isə bürünc mükafatçısı.
  • Tofiq Osmanov — Texnika elmləri namizədi, dosent.
  • Ənvər Əfəndiyev — General-leytenant, Azərbaycan Respublikasının müdafiə nazirinin müavini, Birinci Qarabağ müharibəsinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı.
  • Cavid Abdullayev — İkinci Qarabağ müharibəsi şəhidi.

İnfrastrukturu

2012-ci ildə kənd sürətli internet xidməti ilə təmin olunmuşdur.

Həmçinin bax

  • Zaqatala dairəsi
  • Qax rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaşqaçay haqqında məlumat. Qaşqaçay nədir? Qaşqaçay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fasih Havafi

  • Fevral 27, 2026

    Azerspace-1

  • Fevral 27, 2026

    Meningit

  • Fevral 27, 2026

    1962-ci il

  • Fevral 27, 2026

    Şahmatçı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst