Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaçaq Nəbi (1854, Aşağı Mollu, Rusiya imperiyası – 12 mart 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal

Qaçaq Nəbi

  • Ana Səhifə
  • Vikipediya
  • Qaçaq Nəbi

Qaçaq Nəbi (1854, Aşağı Mollu, Rusiya imperiyası – 12 mart 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı.

Qaçaq Nəbi
Doğum tarixi 1854(1854)
Doğum yeri
  • Aşağı Mollu, Rusiya imperiyası
Vəfat tarixi 12 mart 1896(1896-03-12) (41–42 yaşında)
Həyat yoldaşı
  • Həcər[d]
Fəaliyyəti qaçaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür, digərlərinə görə isə türkdür. 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir.

Ailəsi

Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır.

Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir.

Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir. Yerli mülkədar kəndlilərin torpaqlarını tutmaq istəyirdi. Nəbi buna dözməyib mülkədara müqavimət göstərir. Bundan sonra qaçaq düşür. Özü kimi narazı kəndlilərdən dəstə düzəldir. Onun dəstəsi Naxçıvan və Zəngəzur qəzalarında qaçaqlıq edir. O, kəndliləri zülümkarlardan müdafiə edirdi. Mülkadarların var dövlətini alaraq kəndlilərə paylayırdı. Arvadı Həcər də Qaçaq Nəbinin silahdaşı idi. Çar hökuməti 20 il qaçaq Nəbini dəstəsini məhv etməyə çalışmışdır. Lakin məqsədinə nail ola bilməmişdi. Sonda 1896-cı ildə martın 12-də satılmış iki xain qəflətən Nəbiyə hücum edərək onu öldürmüşdülər.

Qaçaq Nəbinin ailə üzvləri bunlardır:

  • Atası – Alı
  • Anası – Mehri
  • Qardaşları – Mehdi, Məcid
  • Həyat yoldaşı – Həcər
  • Uşaqları – Xəlil, Əhməd, Zeynəb, Məhəmməd

Haqqında

  • Qaçaq Nəbi dastanı, 1938 (Ə.H.Tahirov).
  • "Qaçaq Nəbi" dastanı, 1941 (Əhliman Axundov).
  • "Qaçaq Nəbi" dastanı, 1961 (Ə.Axundov).
  • "Qaçaq Nəbinin tarixi", nəşr: 2011 (Bəhlul Bəhcət).
  • "Qaçaq Nəbi" pyesi (Süleyman Rüstəm).

Filmoqrafiya

  • Qanlı zəmi (film, 1985)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaçaq Nəbi haqqında məlumat. Qaçaq Nəbi nədir? Qaçaq Nəbi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fatimilər xilafəti

  • Fevral 27, 2026

    İran təqvimi

  • Fevral 25, 2026

    Enuma eliş

  • Fevral 27, 2026

    Luar-Atlantik

  • Fevral 27, 2026

    Surra (Sabirabad)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst