Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

O, Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. Qazma dərəsində olduğundan bu cür adlandırılıb.

Qazma mağarası

  • Ana Səhifə
  • Vikipediya
  • Qazma mağarası

Qazma mağarası — Şərur rayonu ərazisində 1983-cü ildə aşkarlanmış paleolit dövrünə aid düşərgə.

Qazma mağarası
Ümumi məlumatlar
Uzunluğu 22 m
Kəşf tarixi 1987-1990
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Şərur
Şəhər
  • Naxçıvan
Mağaradan əldə edilmiş nukleuslar (Azərbaycan Tarix Muzeyi)

Mündəricat

Tarixi-coğrafi mövqeyi

O, Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. Qazma dərəsində olduğundan bu cür adlandırılıb.

Tədqiqi tarixindən

1987-1990-cı illərdə Ə.Q.Cəfərovun rəhbərliyi ilə Qazma mağarasında qazıntı işləri aparılmışdır. Qazıntı zamanı qalınlığı 3 m olan mədəni təbəqə aşkar edilmişdir. 6 mədəni təbəqə qeydə alınmışdır. 1-2-ci təbəqələrdən Orta əsrlər və Tunc-Eneolit dövrü maddi mədəniyyət qalıqları tapılmışdır.Düşərgənin aşağı təbəqələrindən isə Daş dövrü nümunələri aşkarlanıb.Qazma mağarasından aşkar olunmuş daş məmulatının hazırlanma texnikası və tipologiyası əsasında alimlər burada Mustye mədəniyyəti dövründə yaşayış olduğunu deyirlər.

Aşkarlanmış maddi mədəniyyət nümunələri

Mədəni təbəqələrin üçündə IV, V və VI təbəqələrdə zəngin osteoloji material, ocaq yerləri və Mustye mədəniyyətinə aid daş alətlər aşkar edilmişdir. Mustye mədəniyyətinə aid təbəqələr tərkibcə eyni olub az miqdarda əhəngdaşı çınqılının qarışığı olan yüngül gil torpaqdan ibarətdir. Kəsiklərin birində bir neçə ocaq qeydə alınmışdır. Altıncı təbəqə müxtəlif maddi mədəniyyət qalıqları ilə zəngin olmuşdur. Bu təbəqədə daş alətlərdən başqa üç tərəfdən yastı daşlarla əhatələnmiş iki ocaq aşkar olunmuşdur. Ocaqlardan xeyli qaralmış sümük tapılmışdır. Əmək alətləri əsasən obsidiandan hazırlanmışdır. Bundan başqa çaxmaqdaşı (21 ədəd) və daşlı şistdən (5 ədəd) hazırlanmış alətlərə də təsadüf olunmuşdur. Əmək alətlərinin hazırlandığı bütün daş növləri yerlidir. Xeyli miqdarda istehsal tullantısının – nukleus, qəlpə, obsidian və çaxmaqdaşı sınıqlarının aşkar edilməsi göstərir ki, daşın ilkin emalı mağarada olmuşdur. Dördüncü təbəqədən daş alətlərlə bərabər sümük alətlər də aşkar edilmişdir. Onlar biz, bıçaq, kəsici və oyucu alətlərdən ibarətdir.

Dövrləşdirilməsi

Aşkar olunmuş tapıntılar göstərir ki, Qazma mağarasında Mustye dövründə uzun müddət yaşayan qədim sakinlərin əsas təsərrüfat forması ovçuluq olmuşdur.

Ədəbiyyat

  • Azərbaycan Tarixi (7 cilddə) Bakı, Elm, 1998. 1-ci cild
  • Vəli Baxşəliyev. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qazma mağarası sözünün mənası, qazma mağarası haqqında məlumat. qazma mağarası nədir? qazma mağarası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Stumbras FK

  • Fevral 27, 2026

    Dəlikdaş (dağ)

  • Fevral 27, 2026

    Kristofer Nolan

  • Fevral 27, 2026

    Birlik (jurnal)

  • Fevral 27, 2026

    Saak Süni

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst