Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müqəddəs Xilaskar kafedralı (erm: Սուրբ Ամենափրկիչ մայր տաճար /Surb Amenaprkiç mayr taçar/) və ya Qazançı kilsəsi (erm: Ղազանչեցոց Եկեղեցի /Ğazançetsots Yekeğet

Qazançı kilsəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Qazançı kilsəsi

Müqəddəs Xilaskar kafedralı (erm: Սուրբ Ամենափրկիչ մայր տաճար /Surb Amenaprkiç mayr taçar/) və ya Qazançı kilsəsi (erm: Ղազանչեցոց Եկեղեցի /Ğazançetsots Yekeğetsi/) — 8 noyabr 2020-ci ilə qədər Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının mərkəzi hesab edilən kilsə kompleksi.

Qazançı kilsəsi
erm. Սուրբ Ամենափրկիչ մայր տաճար
Ölkə Azərbaycan
Şəhər Şuşa
Yerləşir Şuşa
Memar Simon Ter-Hakopyan
Tikilmə tarixi 1868-1887
Üslubu Erməni memarlığı
Vəziyyəti zərər görüb (hərbi münaqişə zonasında yerləşir)
39°45′32″ şm. e. 46°44′50″ ş. u.HGYO
Xəritə
Qazançı kilsəsi (Azərbaycan)
Nöqtə
Qazançı kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Erməni mənbələrinin verdiyi məlumata görə, kilsənin hazırkı yerində Abidənin 1987-ci ildə hazırlanmış pasportunda "Qazançılar kilsəsi"nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub".1722-ci ildən bəri mövcud olmuş başqa bir kilsə yerləşmişdir. Həmin qaynaqlara görə daha köhnə kilsənin zəng qülləsi 1858-ci ildə Xandəmiryants ailəsinin vəsaiti hesabına inşa edilmişdir. Hazırkı kilsə isə, Culfanın Qazançı kəndindən Şuşaya köçmüş ermənilərin vəsaiti hesabına 1868–1887-ci illər arasında tikilmişdir. Bu səbəbdan də kilsəyə Qazançılı mənasına gələn Ğazançetsots (erm. Ղազանչեցոց) kilsəsi deyilməkdədir.

Şuşa şəhərinin ümumi fonunda Qazançetsots kafedralı görünüşü (XX əsrin əvvələri).

20 sentyabr 1888-ci ildə dualarla rəsmi açılış mərasimi ilə dindarların istifadəsinə verilmişdir.

1920-ci ildə Qarabağda ermənilərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı üsyan hərəkatının yatırılması zamanı kilsə ciddi dağıntılara məruz qalmışdır. Sovet hakimiyyətinin Qafqazda bərqərar olmasından sonra, yeni rejimin din və dini obyektlərə münasibəti kəskin olduğundan, kilsə ibadət üçün bağlanmış və 1940-cı ildən etibarən anbar kimi istifadə edilmişdir. 1950-ci illərdə kompleksin ətrafındakı divarlar uçurulmuşdur. 1970-ci illərdən etibarən, Azərbaycan SSR məbədin qorunması məqsədiylə müəyyən addımlar atmağa başlamışdır. 1981–1988-ci illlərdə, Volodya Babayevin başçılığı altında kilsə kompleksində restavrasiya işlərinə başlanılmışdır. Bu dövrlərdə mələkli sütunlardan sadəcə ikisinin bütöv qaldığı bildirilir.

Erməni tərəfinin iddialarına görə Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu kilsəni silah anbarı olaraq istifadə etmişdir. Həmin dövrdə, kilsənin bürünc zənginin çıxarılaraq satıldığı bildirilir. Daha sonra Ukraynanın Donetsk şəhərindən təsadüfən bir erməni zabiti tərəfindən 3 milyon rubla alınaraq kilsəyə hədiyyə edilmişdir.

Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra kilsəyə xüsusi diqqət ayrılmışdır. ABŞ başda olmaqla dünyanın bir çox yerlərindəki erməni xeyriyyə təşkilatları, diaspor üzvlərinin aktiv təbliğatı ilə kilsə kompleksinin restavrasiyası üçün yüzminlərlə ABŞ dolları ianə toplanmışdır. 1997-ci ildə Volodya Babayanın başçılığı altında təmir işlərinə başlanılmış və 1998-ci ilin iyun ayında təmir işləri yekunlaşmış, rəsmi açılış mərasimi ilə ibadətə verilmişdir.

8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Memarlığı

Kilsə 4 apsisdən ibarətdir. Maksimal hündürlüyü 35 metr, uzunluğu 34,7 metr və eni 23 metr olmaqla, ölçülərinə görə ən geniş erməni kilsələrindən biridir. Qülləsinin hündürlüyü 17 metrdir. Bəzi mənbələrə görə qüllə orijinala uyğun şəkildə restavrasiya edilməyib. Kilsə üç girişdən, qərb, şimal və cənub qapılarından ibarətdir. Girişlərdə və pəncərələrdə müxtəlif ornament işləmələr var. Kilsənin döşəməsi Eçmiədzin Kafedralının eynisidir. Ümumən kilsə müasir və klassik erməni memarlıq üslubunu özündə ehtiva edir.

Kilsə və zəng qülləsinin hər ikisi əhəng daşından inşa edilmişdir. Zəng qülləsi üç mərtəbədən ibarətdir və iki zəngi var. Daha böyük olan zəng, 1857-ci ildə Rusiyanın Tula şəhərində hazırlanmışdır. Qüllənin ilk mərtəbəsində truba çalan mələk heykəlləri var.

Digər məlumatlar

16 oktyabr 2008-ci ildə erməni iş adamı Levon Hayrapetyanın sponsorluğu ilə təşkil edilmiş toplu nikah zamanı 500 cütlüyün nikah mərasimi Qazançetsots Kafedralında təşkil edilmişdir.

Aprel döyüşlərindən sonra, atəşkəsdən bəri ən çox ölüm hadisənin yaşandığını nəzərə alaraq, katolikos II Qareqin Qarabağda sülh və təhlükəsizlik üçün dua etmişdir.

Aprel döyüşlərinin ildönümü ərəfəsində, 6 aprel 2017-ci ildə məşhur rok qrupu "System of a Down"-un solisti Serj Tankyan kafedralda erməni dilində "Ter voğormea" (Tanrı, mərhəmət et) liturgiyasını oxumuşdur.

Qarabağ ermənilərinə görə Şuşadakı Qazançetsots Kafedrası tarixi və erməni kimliyinin simvoludur. Separatizm hərəkatı zamanı Zori Balayan başda olmaqla, hərəkatın bir çox öncülləri kafedrala simvolik mənalar yükləyən çıxışlar etmişdir. Şuşa şəhərinin ermənilər tərəfindən işğalından sonra müharibədən zərər görmüş binada dini mərasim keçirməklə ermənilər öz mübarizələrinə dini motivlər də qatmışdır. Diaspora ermənilərinin turist marşrutuna salınmaqla kafedralın simvolik mənası dünya ermənilərinə də çatıdırılmağa çalışılır. Katolikos II Qaregin 2016-cı ildəki bir çıxışında kafedralın Qarabağdakı erməni azadlıq hərəkatının bir simvolu olduğunu vurğulamışdır.

Hal-hazırda, kafedralda br çox dini əlyazmalar saxlanılmaqdadır. Bunlardan ən qədim olanı 1612-ci ildə yazılmışdır. Bundan başqa Əziz Qriqorun ("İluminatiae") nəvəsi Qriqorinin sağ qolu da burada saxlanılmaqdadır.

Qazançetsots kafedralı eyni zamanda Erməni Qriqorian Kilsəsinin Dağlıq Qarabağ üzrə arxiyepiskopu, 1989-cu ildən etibarən Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasının rəhbəri, Qarabağdakı erməni icmasının əsas din xadimi Pargev Martirosyanın iqamətgahı sayılır.

Həmçinin bax

  • Müqəddəs Qriqori kilsəsi (Bakı) — Azərbaycan yeparxiyasının mərkəzi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qazançı kilsəsi haqqında məlumat. Qazançı kilsəsi nədir? Qazançı kilsəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Postsovet ölkələri

  • Mart 01, 2026

    Əbuziya Tofiq

  • Fevral 27, 2026

    Qayana bayrağı

  • Fevral 27, 2026

    80 (ədəd)

  • Fevral 27, 2026

    Qremmi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst