Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qazağı — Azərbaycanın Qazax rayonuna məxsus olan, sürətli templi və dinamik hərəkətləri ilə seçilən xalq rəqsidir. Bu rəqs həm kişilər, həm də qadınlar tərəfind

Qazağı

  • Ana Səhifə
  • Vikipediya
  • Qazağı

Qazağı — Azərbaycanın Qazax rayonuna məxsus olan, sürətli templi və dinamik hərəkətləri ilə seçilən xalq rəqsidir. Bu rəqs həm kişilər, həm də qadınlar tərəfindən ifa olunur və adətən el şənliklərində, toy mərasimlərində və milli bayramlarda nümayiş etdirilir.1936-cı ildə bəstəkar Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblı yaradarkən bir sıra mütəxəssislərin köməyi ilə bu rəqsi xoreoqrafik yönümündə işləyərək nota salınmışdır. Səhnə tamaşası kimi quruluşunda "Qazağı" onu böyük məharətlə oynamağı bacaran bir dəstə kişi tərəfindən ifa olunur.

Qazağı

Mündəricat

Təsviri

Qazağı rəqsi Azərbaycan xalq rəqsləri arasında özünəməxsusluğu ilə fərqlənir. Rəqs əsasən ritmik və çevik hərəkətlərə əsaslanır. Bu rəqsdə bədən duruşu, çevik addımlar və ani dönüşlər əsas rol oynayır. Qazağı rəqsi Qazax bölgəsinin qəhrəmanlıq ruhunu və mərdliyini simvolizə edir. Rəqsdə düzümü rəngarəng və texniki cəhətdən mürəkkəb hərəkətlər çoxdur. Məişətdə, el şənliklərində bu rəqs solo qaydasında ifa olunur. Kişi rəqslərinin çoxunda olduğu kimi, hökmən sərrast hərəkətlər, daxili qüvvənin əzəməti tələb olunur və oynayanlardan hər biri öz qabiliyyətini, rəqsdə nəyə qadir olduğunu göstərməyə çalışır.

Tarixi

Rəqsin tarixi Qazax bölgəsindəki qədim mərasim və bayram ənənələrinə dayanır. Ənənəvi olaraq bu rəqs kişilər tərəfindən ifa olunsa da, sonradan qadın ifaçıların repertuarına da daxil edilmişdir. Rəqsin müşayiətində adətən zurna və nağara alətlərindən istifadə olunur.

İfa xüsusiyyətləri

  • Rəqs qrup və ya solo şəkildə ifa olunur.
  • Hərəkətlər ritmik və cəlddir.
  • Rəqs zamanı qəhrəm anlıq, vətənpərvərlik və fəxarət ifadə olunur.
  • Rəqs çox vaxt "Cəngi", "Tərəkəmə", "Köçəri" kimi digər xalq rəqsləri ilə birlikdə ifa olunur.

Musiqi

Rəqs musiqisi əsasən zurna və nağaranın müşayiəti ilə ifa olunur. Musiqidə yüksək temp və ritmik zərbələr üstünlük təşkil edir. Qazax bölgəsinə xas olan musiqi üslubu bu rəqsdə aydın şəkildə hiss olunur.

Geyim

Qazağı rəqsi zamanı ifaçılar ənənəvi Azərbaycan milli geyimlərindən istifadə edirlər. Kişilər çox vaxt papaq, çuxa və kəmər taxır, qadınlar isə uzun donlar, baş örtükləri və gümüş bəzəklərlə səhnəyə çıxırlar.

Əlavə bax

  • Azərbaycan rəqsləri
  • Qazax rayonu
  • Zurna
  • Nağara

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qazağı haqqında məlumat. Qazağı nədir? Qazağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vandeya üsyanı

  • Fevral 27, 2026

    İqbal Məmmədov

  • Fevral 27, 2026

    Rövşən Mustafayev

  • Fevral 27, 2026

    Celastrales

  • Fevral 27, 2026

    Jorj Klemanso

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst