Qasımuşağı tayfası — Hacısamlı oymağının bir tayfası.
Qasımuşağı tayfası XVIII yüzilin ortalarında Xorasan əyalətindən öz ata-baba yurduna geri dönmüşdür. Xorasanda olan zaman Şadlı tayfa birliyinə bağlı olan bu tayfa Qarabağ xanlığına tabe olduqdan sonra Qaraçorlu tayfa birliyinə daxil olmuşdur.
Bəzi mənbələrdə Qasımuşağı tayfasının məskunlaşıb yaşadığı kəndlərin əhalisinin kürdəsilli olması qeyd edilmişdir. Sonradan başqaları iddia etmişdir ki, bu məlumat yanlışdır və tayfa əslində, azərbaycanlılardan ibarət olmuşdur. Bu iddia tayfanın kürddilli olmaması ilə əsaslandırılmışdır.
Bəzi mənbələrə görə Qasım bu torpağı qohumu Şirin bəy Hacı Hüsən bəy oğlundan alıb. O, Hacı Sam bəyin nəvəsi idi.
Qasımuşağı tayfasından 1867-ci ildə Məşədi Abbas İlyas oğlu, Uğurli Şahverdi oğlu, Həsən Bayram oğlu ətraf kəndlərdə tanınır, çörəkləri, bol süfrələri ilə ad çıxarmışdılar. 1887-ci ildə isə Teymur Qulu oğlu, Həsənəli Hüseynəli oğlu üzdə idilər.
Qasımuşağı tayfası Şamkənd, Çorman, Bozdağan, Piçənis, Kürdhacı, Ələkçi,Nağdalı və Ərikli kəndlərində yerləşdi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qasımuşağı tayfası haqqında məlumat. Qasımuşağı tayfası nədir? Qasımuşağı tayfası nə deməkdir?