Ələkçi — Azərbaycan Respublikasının Laçın rayonunun Şamkənd kənd inzibati ərazi dairəsində kənd.
| Ələkçi | |
|---|---|
| 39°53′34″ şm. e. 46°24′11″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Şərqi Zəngəzur iqtisadi rayonu |
| Rayon | Laçın rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Ələkçi | |
Tarixi
Kənd XVII–XVIII əsrdə qasımuşağı tayfasının məskunlaşması nəticəsində yaranmışdır.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Ələkçi kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Ələkçi Laçın rayonunun tərkibinə daxil edilmişdir.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Coğrafiyası
Ələkçi kəndi dağətəyi ərazidədir.
Əhalisi
Kəndin ilkin əhalisi Qədim Türk tayfaları olmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ələkçi haqqında məlumat. Ələkçi nədir? Ələkçi nə deməkdir?
