Şah Abbas məscidi və ya Qarğabazar məscidi — Qarabağın qədim məscidlərindən biri. Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir. Tarixi abidə kimi qorunur.
| Qarğabazar məscidi | |
|---|---|
| |
| Ölkə | |
| Şəhər | Füzuli rayonu |
| Yerləşir | Qarğabazar |
| Aidiyyəti | Səfəvilər dövləti |
| Memar | Hacı Qiyasəddin |
| Tikilmə tarixi | 1683-1684 |
| Üslubu | Arran memarlıq məktəbi |
| Vəziyyəti | 1993-cü ildə Füzuli rayonunun işğalı zamanı Erməni Silahlı Qüvvələri tərəfindən dağıdılıb. |
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı | |
| İstinad nöm. | 4212 |
| Kateqoriya | Məscid |
| Əhəmiyyəti | ÖLkə əhəmiyyətli |
| 39°32′20″ şm. e. 47°09′25″ ş. u.HGYO | |
![]() | |
![]() Qarğabazar məscidi | |
Tarixi

Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır.El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin (Qiyas əd-Din məscidi) məscidi kimi öz əksini tapmışdır. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb hicri təqvimi ilə 1095". Bu da miladi tarixi ilə 1683–84-cü ilə uyğundur. Məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb h. t. 1095". Bu da miladi tarixi ilə 1683–1684-cü ilə uyğundur.
Memarlıq xüsusiyyətləri
Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materialları ilə bir zaldan ibarət tikilmişdir. Dam örtüyü tağtavan şəkilindədir. Giriş qapısı nəzərə alınmasa burada ağac materialından istifadə olunmamışdır. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir. Onunla eyni dövrdə (XVII əsrdə) tikilmiş karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir. Füzuli şəhərində, eləcə də bu rayonun digər kəndlərində də qədim məscidlər çoxdur.
Həmçinin bax
- Qarğabazar kənd məktəbi
- Qarğabazar
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qarğabazar məscidi sözünün mənası, qarğabazar məscidi haqqında məlumat. qarğabazar məscidi nədir? qarğabazar məscidi nə deməkdir?

