Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaraçanta (1939-cu ildən Əzizbəyov, 1991-ci ildən Areqnadem) — Qars vilayətinin Qars qəzasında, Amasiya rayonunda kənd.

Qaraçanta

  • Ana Səhifə
  • Vikipediya
  • Qaraçanta

Qaraçanta (1939-cu ildən Əzizbəyov, 1991-ci ildən Areqnadem) — Qars vilayətinin Qars qəzasında, Amasiya rayonunda kənd.

Kənd
Qaraçanta
Qaraçanta
40°55′51″ şm. e. 43°45′13″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Şörəyel mahalı
Rayon Amasiya rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub XVII əsr
Əvvəlki adı Əzizbəyov (1939-1991)
Sahəsi
  • 1,8 km²
Mərkəzin hündürlüyü 1856 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 1.750 nəfər (1988)
Milli tərkibi Türk
Rəsmi dili
  • erməni dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 377567
Xəritəni göstər/gizlə
Qaraçanta xəritədə
Qaraçanta
Qaraçanta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Qaraçanta (Qaraçəntey) kəndi rayon mərkəzindən 5.03 km cənub-qərbdə, Gümrü-Amasiya yolunun sol tərəfində, dəniz səviyyəsindən 1856 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Xalqın "Hulley" adlandırdığı dağın ətəyində yerləşən kəndin 1.5 km cənubundan Arpaçay keçir. Kənddən Ələyəz dağını görmək mümkündür.

Toponim qaraçanta nəsil adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti RH-nin 4 may 1939-cu il fərmanı ilə adı dəyişdirilib Əzizbəyov, Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Areqnadem qoyulmuşdur.

Coğrafiyası

Qarsla sərhəddə yerləşən Qaraçantanın qışı olduqca soyuq, yayı mülayimdir. "Duzdağ", "Qapılızağa", "Ömərdərəsi", "Arpaçayı", "Hülleydağ", "Ortatəpə", "Üçgözələr", "Məmmədağa", "Daşdərə", "Göybulaq", dağ, dərə, bulaq adlarıdır.

Təhsil

1988-ci ildə Qaraçantada 600 ev, 314 ailə, 1750 nəfərdən ibarət olan kəndin məktəbinin tipi orta, şagirdlərin sayı 500 olub. Dini-ruhani dərslərin keçirildiyi kənddə dünyəvi dərslərin əsası 1927-ci ildə qoyulub. 1938-ci ildə 7 illik məktəb açılıb, 1962-ci ildən isə orta məktəbə çevrilib.

Əhalisi

1886-cı ildə 348 nəfər, 1897-ci ildə 440 nəfər, 1908-ci ildə 665 nəfər, 1914-cü ildə 729 nəfər azərbaycanlı yaşamışdır.

1922-ci ildə kənddə 547 nəfər, 1926-cı ildə 670 nəfər, 1931-ci ildə 688 nəfər, 1939-cu ildə 774 nəfər, 1959-cu ildə 803 nəfər, 1970-ci ildə 1442 nəfər, 1980-ci ildə 1490 nəfər, 1987-ci ildə 1600 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə köçürülməsinə başlanan vaxt kənd əhalisi kəndi tərk etmişdir. 1988-ci ilin sonuna olan bəzi məlumatlara görə kəndin əhalisi 1750 nəfər olmuşdur.

Tanınmışları

  • Qaraçantalı Əhməd bəy Hacıoğlu — Cənub-Qərbi Qafqaz Türk Cümhuriyyəti qurucularından və hökumət üzvü
  • Ramiz Əskər — filologiya elmləri doktoru, professor
  • Sübhan Namazov — texnika elmləri doktoru, professor
  • Pərviz Abdullayev — texnika elmlər doktoru, professor
  • Tənzilə Rüstəmxanlı — Azəri Türk Qadınlar Birliyinin sədri
  • Murtaza Karaçanta — 2014–2019-cu illərdə Qars Bələdiyyə Başqanı
  • Kərim Əskərov — SSRİ Jurnalistlər İttifaqının həqiqi üzvü (1973)
  • Pərvanə İbrahimova — dosent
  • Nailə Əskər — dosent
  • Hamler Əskərov — dosent
  • Əsgər Əsgərov — SSRİ (1967) və Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986)
  • Atilla Əskər — National Aeronautics and Space Administration (NASA), mühəndis
  • Cavid Süyfullah oğlu Abdullayev —Boeing 747 hava gəmisi pilotu, kapitan
  • Sərxan Məhərrəmov — Boeing 787 hava gəmisi pilotu, kapitan
  • Cahandar Bayoğlu — Azərbaycan siyasətçisi; Turan Partiyasının sədri.

Şəhidlər

  • Səxavət Məhərrəmov — Şəhid, Azərbaycan Milli Qəhrəmanı
  • Məhərrəm Seyidov — Şəhid, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub (ölümündən sonra)
  • Əli Rəfiyev — Şəhid
  • Arslan Bayramov — Şəhid
  • Şair Rzayev — Şəhid
  • Rövşən Əliyev — Şəhid
  • Mehman Məhərrəmov — Şəhid
  • Daşqın Səmədov — Şəhid
  • Elvin Həsənov — Şəhid

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaraçanta haqqında məlumat. Qaraçanta nədir? Qaraçanta nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 328

  • Fevral 27, 2026

    Gülarə Cabbarlı

  • Mart 01, 2026

    Darvin (soyad)

  • Fevral 25, 2026

    Xarici siyasət

  • Fevral 27, 2026

    Dravid dilləri

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst