Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gülarə Cəfər qızı Cabbarlı (11 fevral 1930, Bakı – 12 fevral 2018, Bakı) — filoloq, uzun illər Cəfər Cabbarlının ev-muzeyinin direktoru olub. Dramaturq Cəfər Ca

Gülarə Cabbarlı

  • Ana Səhifə
  • Vikipediya
  • Gülarə Cabbarlı

Gülarə Cəfər qızı Cabbarlı (11 fevral 1930, Bakı – 12 fevral 2018, Bakı) — filoloq, uzun illər Cəfər Cabbarlının ev-muzeyinin direktoru olub. Dramaturq Cəfər Cabbarlının qızıdır. "C. Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri.

Gülarə Cabbarlı
Gülarə Cəfər qızı Cabbarlı
Doğum tarixi 11 fevral 1930(1930-02-11)
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 12 fevral 2018(2018-02-12) (88 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı

SSRİ SSRİ→

Azərbaycan Azərbaycan
Həyat yoldaşı Seyfəddin Dağlı
Atası Cəfər Cabbarlı
Anası Sona Cabbarlı
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti filoloq
Mükafatları "Fəxri Mədəniyyət İşçisi"

Həyatı və fəaliyyəti

Gülarə Cabbarlı 1930-cu ildə Bakıda Cəfər Cabbarlının ailəsində dünyaya gəlib. 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub. Fəaliyyəti dövründə onun muzeydə gerçəkləşdirdiyi layihələr sırasında yazıçının 100 illik yubileyi münasibətilə təsis olunmuş "Cəfər Cabbarlı Mükafatı"nı, yazıçının əsərlərinin toplandığı "Mənim tanrım—gözəllik", "XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu" adlı kitablarını, həmçinin, ədibin öz sözlərinə bəstələdiyi mahnılardan və şeirlərdən ibarət "Azad bir quşdum" adlı musiqi albomunu göstərmək olar. 2001-ci ildən ömrünün sonunadək Gülarə xanım eyni zamanda "C. Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri olmuşdur.

Gülarə Cabbarlı 2018-ci ildə 88 yaşında vəfat etmişdir.

Mükafatları

2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gülarə Cabbarlı haqqında məlumat. Gülarə Cabbarlı nədir? Gülarə Cabbarlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Akson

  • Fevral 27, 2026

    Bank qanunu

  • Fevral 27, 2026

    Harold Holt

  • Fevral 27, 2026

    Aranlı (Biləsuvar)

  • Fevral 20, 2026

    Latın dili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst