Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qarakollu — Azərbaycan Respublikasının Füzuli rayonunun Qarakollu kənd inzibati ərazi dairəsində kənd. 14 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfi

Qarakollu

  • Ana Səhifə
  • Vikipediya
  • Qarakollu

Qarakollu — Azərbaycan Respublikasının Füzuli rayonunun Qarakollu kənd inzibati ərazi dairəsində kənd. 14 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Qarakollu
39°29′13″ şm. e. 47°07′09″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.334 nəf. (1978)
Xəritəni göstər/gizlə
Qarakollu xəritədə
Qarakollu
Qarakollu

Mündəricat

Tarixi

Qarakollu kəndi rayon mərkəzindən 13 km cənubda, Qarabağ silsiləsinin ətəyində, Qozluçayın sol sahilində yerləşir. 1600 nəfərə yaxın əhalisi var. Əhali taxılçılıq, baramaçılıq, heyvandarlıq və üzümçülüklə məşğul olur. Kənddə orta məktəb, kitabxana, xəstəxana, rabitə şöbəsi, avtomat telefon stansiyası, mədəniyyət evi və s. var. Qarakollu kəndinin də daxil olduğu mahalı öz tərkibində birləşdirən Qarabağ xanlığına 25 mahal daxil idi. Mahallardan biri də Qarakollu kəndinin də daxil olduğu Xırdapara-Dizaq mahalı idi. 1593-cü ilə aid olan Osmanlı mənbələrində Qarakollu kəndinin adı "Qaraküllü" kimi yazılmışdır. Yaşayış məntəqəsinin adı bəzi mənbələrdə "Qarakəlli" kimi qeyd olunur. Oykonimin tərkibindəki "qara" sözünün müxtəlif məna çalarları (böyük, geniş, uca, ağır, qoçaq, əzəmətli, qüdrətli, hündür, nəhəng, qaranlıq, güclü, başçı və s.) var. Güman etmək olar ki, Qarakollu adındakı kol komponenti tayfa adı ilə bağlıdır. Qarabağ xanı İbrahimxəlil xan Sarıcallı-Cavanşir bu kəndi qardaşı Talıbxan ağaya vermiş, o öldükdən sonra (1797-ci il) kənd onun övladlarına qalmışdır.1945 ci ildə Saracığ kəndi Qarakollunun əhatəsinə alınmışdır.

Toponimikası

Qozluçayın (Arazın qolu) sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Tədqiqatçılara görə, kəndin adı qara (burada "çoxlu" mənasında) va kol (kolluq) sözlərindən ibarət olub, "kolluq, kol-koslu yerdə salınmış kənd" mənasındadır. Məlumdur ki, Araz çayının yuxarı axarında adlarından biri Qarasudur. Arazın sağ qollarından biri də Qarasu adlanır. Qozluçay da Arazın qollarından biridir. Güman etmək olar ki, kənd Qozluçayın sahilində yerləşdiyindən Qaraqolu/Qaraqollu adlandırılmışdır.

Əhalisi

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəaliyyət göstərmiş kənd sakinləri:

  • Mehdi Mehdiyev (dövlət xadimi)
  • Xurşud Məmmədov
  • Heydər Heydərov
  • Məmməd Məmmədov

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq olub.

Həmçinin bax

  • Füzuli rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qarakollu haqqında məlumat. Qarakollu nədir? Qarakollu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Qrammatika

  • Fevral 23, 2026

    13 noyabr

  • Fevral 27, 2026

    Melanin

  • Fevral 27, 2026

    Obyektivizm

  • Fevral 28, 2026

    Tağı Nağıyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst