Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qara penni 1840-cı ildə çap olunub. İngiltərədə çap olunan bu marka qara rəngdə və bir penni dəyərində olduğuna görə onu "Qara penni" adlandırıblar. Yapışqanlı

Qara penni

  • Ana Səhifə
  • Vikipediya
  • Qara penni

"Qara penni" (ing. Penny Black) — tarixdə birinci poçt markası.

Qara penni
Azərbaycan poçt markası üzərində

Qara penni 1840-cı ildə çap olunub. İngiltərədə çap olunan bu marka qara rəngdə və bir penni dəyərində olduğuna görə onu "Qara penni" adlandırıblar. Yapışqanlı marka ideyasını ilk dəfə kitab satıcısı Ceyms Çalmers (ing. James Chalmers, 1782−1853) təklif etsə də, bu markanın ixtirasını general-postmaster Roulan Hillin (ing. Rowland Hill; 1795–1879) adı ilə bağlayırlar.

İlk poçt markasının dizaynı üçün elan olunan müsabiqədə 2700-ə yaxın təklif irəli sürülsə də, Çarlz və Frederik Hit (ing. Charles and Fredrick Heath) və Henri Koulun (ing. Henry Cole) layihəsi qalib gəlir. İngiltərədə aparılan poçt islahatı və marka sisteminə keçid poçt daşınmasının həcmini xeyli artırdı. Belə ki, əgər 1839-cu ildə 75 milyon məktub göndərilmişdisə, 1940-cı ildə bu rəqəm 168 milyona qədər artdı. Həmçinin, İngiltərədə poçt göndərişlərini asanlaşdırmaqla yanaşı, onlara görə ödənilən məbləği dəqiq və tam hesablamaq da mümkün oldu. Roulan Hill bu ixtirasına görə İngiltərə poçt idarəsində baş katib vəzifəsinə gətirildi və 20.000 funt sterlinq məbləğində mükafat aldı.

İlk markalar metalloqrafiya üsulu ilə çap olunurdu. Üzərində iki söz yazılırdı: "Postage" və "One penny". Qara Penninin üzərində şahzadə Viktoriyanın (1819–1901) rəsmi əks olunub.

"Qara Penni" 68 808 000 ədəd çap olunub. Bu gün həmin nümunələri əldə etmək nadir tapıntı hesab olunmasa da kolleksionerlər tarixiliyinə görə daima öz kolleksiyalarına "Qara Penni"ni əlavə etmək həvəsindədirlər.

Markanın yubileylərində isə xüsusi marka blokları hazırlanır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qara penni haqqında məlumat. Qara penni nədir? Qara penni nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əl-Məbsut

  • Fevral 26, 2026

    Paqo Paqo

  • Fevral 27, 2026

    Gümüşlü

  • Fevral 27, 2026

    Overkill

  • Fevral 27, 2026

    Nestle

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst